Panzer IV

Panzerkampfwagen IV, kimi tanınan tank, Nasist Almaniyası tərəfindən 1930-cu ilin sonlarında düzəldilməyə başlandı. İkinci dünya müharibəsində ən çox istifadə olunan tanklardan biridir.

Əvvəllər Piyadaya dəstək məqsədilə istehsal olunan tank, sonralar Panzer III tankının şərq cəbhəsində T-34 tanklarına qarşı heç bir şansı olmamasından Panzer IV tankına daha böyük toplar taxılaraq, Şərq cəbhəsində tanklara qarşı istifadə olundu. Amma bu müvəqqəti olduğundan Almanlar Panther tankını istehsal etməyə başladılar.

Panzerkampfwagen IV
Panzer 4 tankı sərgidə.
Panzer 4 tankı sərgidə.
Tipi Orta Sinif Tank
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1939 - 1967
İstismara başlanması 1939
İstismar edənlər

Üçüncü Reyx

İtaliya Krallığı

Finlandiya

Rumıniya

Türkiyə

Macarıstan

Bolqarıstan

İspaniya
Əsas istismarçı Nasist Almaniyası
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruktor Krupp
Konstruksiya tarixi 1936
İstehsalçı Krupp, Steyr-Daimler-Puch
İstehsal illəri 1939-1945
Vahidinin qiyməti 103,462 Reichsmark
Variantları Ausf. A, Ausf. B, Ausf. C, Ausf. D, Ausf. F, Ausf. E, Ausf. G,Ausf. H, Ausf. J, Ausf. F1, Ausf. F2
Xüsusiyyətləri
Ağırlığı 25.0 ton
Zireh 10-80 mm
Mühərrik 12 silindirli Maybach HL 120 TRM V12
Sürət Yolda 42 km/s,Ərazidə 16 km/s
Mühərrik gücü 300 PS (296 Kw,220 Kw)
Məsafə 200 km
Əsas silah 7.5 cm (2.95) KwK 40 L/48 əsas silahı
Köməkçi silah 2 ədəd 7.92 MG 34
Uzunluğu 5.92 metr
Eni 2.88 metr
Hündürlüyü 2.68 metr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Panzer IV tankını 1936-cı ildə tanınmış alman general Heinz-Guderian dizayn etmişdir. Piyadalara dəstək məqsədilə dizayn olunan tank, digər tanklara qarşı çox effektiv idi. 1941-də qarşısına ilk dəfə çıxan T-34 tankına qarşı effektivliyi azaldı. MAN, KruppRheinmetall-Borsig şirkətləri öz konstruksiyalarını iləri sürdü. Ancaq istehsalın daha effektiv olması üçün Krupp dizaynı seçildi. Nəticədə, Krupp şirkətinə istehsal üçün tapşırıq verildi.

Polşa işğalından əvvəl sadəcə 262 ədəd Panzer IV istehsal olunmuşdu.Sonralar Almanlar Avstriyadakı Steyr-Daimler-Puch fabrikində tankı istehsal etməyə başladılar. 1941-ci ildə 462 tank Vermaxtın xidmətinə verildi. 1942, 1943, 1944 illərində istehsal sayı yaxşı olsa da, 1945 tarixində Müttəfiqlərin bombardımanı nəticəsində bu rəqəm 55 qədər tanka düşmüşdü.

Müharibədə Rolu

[redaktə | mənbəni redaktə et]
Afrika üçün istehsal olunmuş Panzer IV.

Müharibədə Vermaxtın 30% müharibə gücünü təşkil edən tank, həmişə bütün müharibələrdə və planlarda istifadə olundu və bütün müharibə boyu istehsalı dayanmadı. Afrika cəbhəsində geniş istiadə olunan tank, əsasən, xüsusi çöl kamuflyajı ilə istifadə edilirdi.