Paro Taktsanq | |
---|---|
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Paro Taktsanq — Butanın Paro vilayətində yerləşən buddist məbədi “Taxsanq Lakxanq” Paro şəhərinin Şimalında, hündürlüyü 3120 m olan bir uçurumun üstündə yerləşir. Məbədin bir çox adı var:Taksanq-lakxanq, Paro Taksanq və Taxsanq-dzonq.
Adı “Pələng yuvası” kimi tərcümə olunur. Məbədin tikildiyi qayanın yamacları demək olar ki, dikdir və məbəd binalarının xarici divarları uçurumun ən kənarında, sanki qayaya "gömülmüş" kimi inşa edilmişdir. İlk baxışda məbədə giriş əlçatmaz görünür, lakin əslində Taxsanq Lakxanq məbədinə çatmağın bir neçə yolu var: şimal-qərbdən və ya cənubdan (zəvvarlar adətən bu yolla gedirlər) və ya şimaldan "Yüz min Pəri" və ya “Bumda” adlanan qayalı bir yayladan. Daha sonra şam meşəsindən keçən qatır yolu var. Bu yol mamır çələngləri və rəngli bayraqlar ilə bəzədilib. Məbəd 1692-ci ildə inşa edilib. İlk vaxtlar meditasiya üçün istifadə edilib. Məbədlə bağlı çoxsaylı əfsanələr gəzir.
Əfsanələrdən birinə görə, VIII əsrdə, mağarada meditasiya qurucusu sayılan Padmasambhavanın özü, Tibetdən bura bəzədiyi pələngin belində uçaraq meditasiya üçün gəlmişdir. Buna görə də, məbəd şeytan pələnginin əhliləşdirilməsinə həsr olunmuşdur. Həmçinin, arvadının pələngə çevrildiyinə və Padmasambhava (Quru Rinpoçe) tərəfindən əhilləşdirilən şeytan pələnginin - İmperator Yeşe Tsoqyalın keçmiş həyat yoldaşı olduğuna inanılır. Quru meditasiya etmək üçün yerli mağaralardan birində qalır və burada səkkiz təcəssüm formasını təzahür etdirir. O gündən bu günə kimi bu yer müqəddəs sayılır və "Pələng yuvası" kimi tanınır.
19 aprel 1998 -ci ildə məbəd demək olar ki, tamamilə yanğın nəticəsində məhv oldu.Yanğından dərhal sonra məbəd diqqətlə bərpa olunmağa başlandı və 2005 -ci ildə məbəd artıq tamamilə bərpa edildi. Bərpə işlərində iştirak etmək üçün Butan hökumət üzvləri, hətta Kral Jigme Singye Wançukun özü belə gəlmişdir. Məbədin bərpası təxminən 135 milyon ngultruma başa gəldi.