Pavel Nedved | |
---|---|
məsri. Pavel Nedvěd | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 30 avqust 1999[1][2][…] (25 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 177 sm |
Çəkisi | 70 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Pavil Nedved (30 avqust 1999[1][2][…], Xeb[3][4]) — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edilir.[5] O, daha çox İtaliya çempionatında "Latsio" və "Yuventus" klublarında çıxış edib və onlarla birlikdə bir sıra kuboklar qazanıb.
Dövrünün ən güclü yarımmüdafiəçilərindən biri hesab edilən o, 2003-cü ildə göstərdiyi gözəl oyuna görə mövsümün ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görülüb.[6] İtaliyanın "Latsio" klubuyla UEFA Kuboklar Kubokunu qazanıb.
O, dözümlülüyü və uğurlu cinah ötürmələri ilə tanınırdı. "Yuventus"da oynadığı zaman "Yuventus" azarkeşləri ona "Çex qəzəbi" ləqəbini verirlər.[7]
Nedved peşəkar futbolda 19 mövsüm keçirdikdən sonra 2009-cu ildə fubolçu karyerasını bitirir.
30 avqust 1972-ci ildə Çexoslovakiyanın Almaniya sərhədində yerləşən Xeb şəhərində anadan olub və yaxınlıqdakı Skalnada kəndində böyüyüb.[8]
Nedved futbolçu karyerasına doğma Çexoslovakiyada başlayıb. Kiçik yaşlarından futbol azarkeşi olan o, 1977-ci ildə 5 yaşında Skalnanı təmsil edən "Tatran" klubunda oynamağa başlayıb.[9] Nedved 1985-ci ildə Xeb şəhərini təmsil edən "Rudá Hvězda Cheb" klubuna keçir. Burda göstərdiyi istedadı ilə digər klubların marağını çəkən Pavel Nedved, Pilzeni təmsil edən "Şkoda Plzen" klubuna dəvət edilir.[9]
1990-cı ildə Nedved hərbi xidmətinin bir hissəsi olaraq Çexiya ordusunun idarə etdiyi "Dukla Praqa" klubuna icarəyə verildi.[10] 28 oktyabr 1991-ci ildə Nedved "Dukla Praqa"nın heyətində ilk oyununa çıxır. Hərbi xidməti bitirdikdən sonra 1992-ci ildə "Sparta Praqa" klubuna transfer oldu. Pilzen klubuyla Praqa klubunun arasında olan müqaviləyə görə Nedved xarici kluba keçərsə, Pilzen transfer haqqının 30%-ni almalı idi.[11][12]
Nedved "Sparta"da 4 il keçirir və meydana çıxdığı 97 oyunda 23 dəfə fərqlənir.
1996-cı ildə təşkil olunmuş Avropa Çempionatındakı gözəl oyunundan sonra İtaliyanın "Latsio" klubuna transfer edilir. Nedved İtaliya klubu ilə 1,2 milyon lirə müqabilində dörd illik müqavilə imzaladı.[13] 7 sentyabr 1996-cı ildə Bolonya ilə matçda "Latsio"nun heyətində A Seriyasında debüt etdii.[14] Oktyabrın 20-də İtaliyada ilk qolunu "Kalyari"yə vurdu. Həmin mövsüm Nedved liqada "Latsio"nun heyətində yeddi dəfə qol vurdu.[15]
Nedved "Latsio"nun heyətində liqada 137 oyunda meydana çıxaraq 33 qol vurur.
2001-ci ilin yayında Nedved 38,7 milyon avroya Turin "Yuventus"una keçir.[16][17][18] Karyerasının sonuna kimi "Yuventus"un formasını geyinən futbolçu, burada meyda çxdığı 247 oyunda 51 qol vurur.
Klub | Sezon | Liqa | Kubok | Avropa | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Dukla Praqa | 1991–92 | Çexoslovakiya birinci liqası | 19 | 3 | — | — | 19 | 3 | ||||
Sparta Praqa | 1992–93 | Çexoslovakiya birinci liqası | 17 | 0 | 5[a] | 0 | — | 22 | 0 | |||
1993–94 | Çexiya birinci liqası | 23 | 3 | 4[b] | 0 | — | 27 | 3 | ||||
1994–95 | Çexiya birinci liqası | 27 | 6 | 2[b] | 0 | — | 29 | 6 | ||||
1995–96 | Çexiya birinci liqası | 30 | 14 | 8[c] | 4 | — | 38 | 19 | ||||
Total | 97 | 23 | 19 | 5 | 0 | 0 | 116 | 28 | ||||
Latsio | 1996–97 | A Seriyası | 32 | 7 | 3 | 1 | 3[c] | 2 | — | 38 | 10 | |
1997–98 | A Seriyası | 26 | 11 | 6 | 2 | 11[c] | 2 | — | 43 | 15 | ||
1998–99 | A Seriyası | 21 | 1 | 4 | 0 | 8[a] | 4 | 1[d] | 1 | 34 | 6 | |
1999–2000 | A Seriyası | 28 | 5 | 6 | 1 | 12[b] | 1 | 1[e] | 0 | 47 | 7 | |
2000–01 | A Seriyası | 31 | 9 | 3 | 1 | 10[b] | 3 | 1[d] | 0 | 45 | 13 | |
Total | 138 | 33 | 22 | 5 | 44 | 12 | 3 | 1 | 207 | 51 | ||
Yuventus | 2001–02 | A Seriyası | 32 | 4 | 4 | 0 | 7[b] | 0 | — | 38 | 10 | |
2002–03 | A Seriyası | 29 | 9 | 1 | 0 | 15[b] | 5 | 1[d] | 0 | 43 | 15 | |
2003–04 | A Seriyası | 30 | 6 | 4 | 0 | 6[b] | 2 | 1[d] | 0 | 34 | 6 | |
2004–05 | A Seriyası | 27 | 7 | 1 | 0 | 10[b] | 3 | — | 47 | 7 | ||
2005–06 | A Seriyası | 33 | 5 | 4 | 0 | 8[b] | 2 | 1[d] | 0 | 45 | 13 | |
2006–07 | B Seriyası | 33 | 11 | 3 | 1 | — | — | 36 | 12 | |||
2007–08 | A Seriyası | 31 | 2 | 2 | 1 | — | — | 33 | 3 | |||
2008–09 | A Seriyası | 32 | 7 | 3 | 0 | 9[b] | 0 | — | 44 | 7 | ||
Total | 247 | 51 | 22 | 2 | 55 | 12 | 3 | 0 | 327 | 65 | ||
Career total | 501 | 110 | 44 | 7 | 118 | 29 | 6 | 1 | 669 | 147 |
Milli komanda | İl | Oyun | Qol |
---|---|---|---|
Çexiya | 1994 | 1 | 0 |
1995 | 4 | 0 | |
1996 | 12 | 2 | |
1997 | 10 | 2 | |
1998 | 3 | 1 | |
1999 | 9 | 2 | |
2000 | 10 | 4 | |
2001 | 11 | 4 | |
2002 | 6 | 0 | |
2003 | 8 | 2 | |
2004 | 9 | 0 | |
2005 | 2 | 0 | |
2006 | 6 | 1 | |
Total | 91 | 18 |