Pelin Əsmər | |
---|---|
türk. Pelin Esmer | |
Doğum tarixi | 1972 |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, montajçı[d], ssenarist, film prodüseri |
Təhsili | |
IMDb | ID1959064 |
Pelin Əsmər (1972, İstanbul[1]) — Türkiyəli rejissor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub.
Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir.[2] Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub.[3]
1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib.[4]
Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub.[5]
Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.[3]
2001-ci ildə daha iki filmdə rejisor köməkşisi olaraq çalışıb.
2002-ci ildə müstəqil olaraq çəkdiyi ilk film olan "Kolleksiyaçı" filmini ərsəyə gətirib. Pelin xanım bu filmi kolleksiyaçı olan əmisi Mithat Əsmərdən ilhamlanaraq ərsəyə gətirir.[6]
2005-ci ildə Pelin xanımın ilk səs küylu və ona uğur gətirən "Oyun" adlı sənədli filmi əsrsəyə gəlir. Bu film ilə o, "Tribeca Film Festivalı"nda ən yaxşı debüt edən sənədli film rejissoru mükafatı da daxil olmaqla bir neçə festivalın mükafatını qazanır. Sənədli filmdə, Mersinin dağ kəndində yaşayan doqquz kəndli qadın, öz həyat hekayələri və bu müddətdə keçirdikləri dəyişikliklər barədə bir oyun hazırlayır və bu oyunu oynayırlar.[7]
2009-cu ildə müəllifin növbəti filmi olan "10-dan 11-ə qədər" filmi yaranır.
İl | Film | Vəzifəsi |
---|---|---|
1998 | Cümhuriyyət | Rejisor köməkçisi |
2001 | Crazy Heart: Bumeranq Cəhənnəm | Rejisor köməkçisi |
2001 | Ürəyimdə bir malikanə olmasaydı | Rejisor köməkçisi |
2002 | Kolleksiyaçı | Rejissor, prodüser, operator, redaktor |
2005 | Oyun | Rejissor, prodüser, operator, redaktor |
2009 | 10-dan 11-ə qədər | Rejissor, ssenarist, prodüser, montaj |
2012 | Gözətçi qülləsi | Rejissor, ssenarist, prodüser, montaj |
2017 | Faydalı bir şey | Rejissor, ssenarist, prodüser, montaj |
2019 | Kraliça Lir | Direktor |