Peter Beron | |
---|---|
bolq. Петър Хаджиберович Берон | |
Doğum tarixi | təq. 1799[1][2] |
Vəfat tarixi | 21 mart 1871[3] |
Vəfat yeri | |
Elm sahələri | pedaqogika, fəlsəfə, tibb, təbiətşünaslıq |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Peter Beron (bolq. Петър Хаджиберович Берон; təq. 1799[1][2] – 21 mart 1871[3], Krayova) — Bolqarıstan pedaqoqu, alimi, ensiklopedisti, müəllimi, filosofu, həkimi və təbiətşünası.
Peter Beron 1799-cu ildə Koteldə anadan olub. Qısa müddət Braşovda yaşayıb. O, yerli internat məktəbində və müəllim Andon Hacı Krinçunun Ellin-Bolqar məktəbində təhsil alıb və oranı bitirdikdən sonra işə başlayıb. 21 yaşında Buxarestə getmiş, burada Yunanıstan Knyazlıq Akademiyasında, daha sonra isə həmvətənlərinin köməyi ilə Avropanın müxtəlif universitetlərində təhsil almaq imkanına sahib olub. O, Heidelberg və Münhendə tibb təhsili alıb. Münhendə Fridrix Şellinq və Lorens Okkenin mühazirələrini dinləyib.[4] 1831-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Rumıniyaya qayıdır. 20-yə yaxın elmi məqalənin müəllifidir.[5] Peter Beron doqquz dil bilir və Paris, Berlin, London, Vyana, Praqa və Afinada yaşayıb. İxtisaslı həkim olmaqla yanaşı, özünü elmi axtarışlara da həsr edirdi. 21 mart 1871-ci ildə Kraiovadakı mülkündə boğularaq tapılıb. Peter Beronun portreti 1999-cu ilin 10 levalıq əskinasında əks olunub.
Beron həyatının təxminən 25 ilini Parisdə və digər Avropa şəhərlərində keçirdi. O, qərb fəlsəfəsini və mədəniyyətini ciddi və sistemli şəkildə öyrənir, klassik pozitivizmin, xüsusən də müasiri Ogüst Kont materializm və idealizmi fəlsəfədə üçüncü xəttlə əvəz etmək cəhdlərinin şahidi olur. Bununla belə, Beron özünün Panepisteme fəlsəfəsinin müstəqilliyinə səmimiyyətlə inanırdı. O, Aristoteli son elmi nüfuz sahibi hesab edirdi.