port. Petróleo Brasileiro S.A. | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | S.A. |
Sənaye | Neft və Təbii qaz |
Məhsulları | Neft və neft məhsulları |
Təsis tarixi | 1953 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Struktur | |
İşçi sayı |
|
Rəhbərlik | |
Təsisçi | |
Rəhbərlik | Pedro Parente |
petrobras.com.br | |
Vikianbarda əlaqəli mediafayllar |
"Petrobras" (port. Petróleo Brasileiro S.A.) — Braziliyanın ən böyük neft-qaz şirkəti[2]
Bu şirkət dünyanın ən çox gəlirə sahib 500 şirkətinin yer aldığı "Fortune Global 500" siyahısında 28-ci yerdədir[3].
60%-dən çox səhmləri Braziliya hökumətinə məxsus olan bu şirkətin digər səhmləri isə Nyu-York və San-Paulu birjalarında ticarətə çıxardılıb[2].
"Petrobras" tarixə birjada birdəfəlik böyük dəyərli səhmlərin yerləşdirilməsi ilə düşmüşdür[2]. Belə ki, 2010-cu ilin sentyabr ayında birjada onun 72,8 milyard dollar dəyərində səhmləri satılmışdır[2].
"Petrobras" şirkəti balinaların haqqlarını müdafiə edir, lakin bu onlara okeanda dərin quyular qazmağa mane olmur[2].
16 avqust 1984-cü ildə şirkətin "Enchova Central Platform" üzən platforması Rio-de-Janeyro sahillərində qəzaya uğramışdır[4]. Burada quyunun qəfil püskürməsi nəticəsində əvvəlcə partlayış, sonra isə yanğın baş vermişdir[4]. İşçilərin əksəriyyəti evakuasiya edilmiş, lakin xilasetmə qayığı suya endirilərkən platformadan asılı qalmıdır[4]. Bundan sonra 20 metrlik hündürlükdən dənizə çırpılan qayıqda 42 nəfər həlak olmuşdur[4].