Podkamennaya Tunquska

Podkamennaya Tunquska çayı
rus. Подкаменная Тунгуска
rus. Подкаменная Тунгуска
Ölkə  Rusiya
Mənbəyi  
 • Yüksəkliyi 510 m
Mənsəbi Yenisey çayı
 • Yüksəkliyi 27 m
Uzunluğu 1865km
Su sərfi 1.587,18 m³/s
Hövzəsinin sahəsi 240000 km²
Podkamennaya Tunquska (Rusiya)
mənbəyi
mənsəbi
Podkamennaya Tunquska Rusiyanın fiziki xəritəsində:

57°00′00″ şm. e. 104°35′00″ ş. u.HGYO

61°00′00″ şm. e. 90°00′00″ ş. u.HGYO
DSR[rus.] 17010500112116100033870
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Podkamennaya Tunquska ('Orta Tunqus, Çulakan, Kа'tanqa) (evenk Дулгу Катэнӈа, rus. Подкаменная Тунгуска) — Rusiyanın Sibir ərasisində yerləşən çay. İrkutsk vilayəti ərazisindən başlayaraq Krasnoyarsk diyarından axaraq Yenisey (sağ qolu) çayına tökülür. Yayla ərazisindən axan çay yüksək axın sürətinə malikdir.

Çayın uzunluğu 1865 km, hövzəsinin sahəsi 240 min km² təşkil edir. Orta Sibir yaylasından axır. Yuxarılarda çay dərin dərələrlə axır və Katanqa adlanır. Ümumulikdə Podkamennaya Tunquskanı dağ çayı adlandırmaq olar. Bəzi yerlərdə çay vulkanik suxurların arasından axır. Yuxarı axarlarda çay xüsusi ilə sərt suxurların arasında 3–4 m/s sürətlə axır. Çayda çoxlu sayda astana və ensiz yatağ boğazları vardır. Onlar arasında «Bolşoy» (mənsəbdən 535 km), Munjoy (417 km), «Poliquzskie»]] (471—474 km), «Velminskie» (254 km) və başqalarını göstərmək olar.

Əsas qolları: (sağdan) — Kamo, Velmo; (soldan) — Çula, Tetere, Çunya.

Çayın qidalanmasının 60 % qar, yerdə qalan hissəsi isə yağış və yeraltı sular hesabına ödənilir. Gursululuq dövrü mayın ortalarında iyunun sonlarına qədər davam edir. İyuldan oktyabra qədər suyun səviyəsi 5,5 metr olur. Çayın ilik sərfiyyatı mənsəbdə 1587,18 m³/s təşkil edir. Çayın donması oktyabrın ortalarına təsadüf edir. Təmiz buzlanma 7-16 gün çəkir. Oktyabrın ortalarından mayın ortalarına qədər çay donur. Çayın hövzəsinə daxil olan bir çox ərazilər daimi qrut buzlağı zonasında yerləşir. Çayın hidrologiyası Kuzmovka stansiyasında[1] 52 il aparılan təcrübə sayəsində öyrənilmişdir.

Çayın hidroqrafikası aşağıdakı kimi əks (1939-1999) olunmuşdur:

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Podkamennaya Tunquska çayının sahillərində Vanavara, Baykit, Podkamennaya Tunquska kəndi.

Çayın yatağı boyunca gəmilər 1 146 km hərəkət edə bilirlər. Xüsusi ilə orta həçmli gəmilər mənbədən 571 km yuxarı axara qədər hərəkət edə bilirlər. Digər kiçik gəmilər isə Velmo çayının mənsəbindən 275 km yuxarı axara qədər hərəkət edə bilirlər.

Maraqlı məlumat

[redaktə | mənbəni redaktə et]

Çayı adı insanlar arasında 30 iyun 1909-cı ildə ki, daşqından sonra daha çon anılır. Bu daisə tarixə Tunqus meteoritu kimi düşmüşdür. Onun səviyyəsi dəfələrlə yüksək olmuşdur. Bəziləri Çeko gölünün bu daşqln nətucəsində yarandığını düşünürlər. Bəziləri isə ərazinin insanlar tərəfindən pis öyrənilməsi səbəbindən ola bilsin ki, o zamanlara qədər göl müəyyən edilməmişdir. Bununla belə göl Podkamennaya Tunquska çayının hövzəsinə daxildir.

  1. "Podkamennaya Tunguska At Kuz'movka" (ingilis). 2013-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-29.