Pol Mörfi | |
---|---|
ing. Paul Morphy | |
Ölkə | |
Doğum tarixi | 22 iyun 1837[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyul 1884[1][2][…] (47 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Pol Mörfi (ing. Paul Morphy; 22 iyun 1837[1][2][…], Nyu-Orlean, Luiziana[3] – 10 iyul 1884[1][2][…], Nyu-Orlean, Luiziana) — Amerika şahmatçısıdır. O, qeyri rəsmi şahmat üzrə dünya çempionudur. Pol şahmat dahisi idi. Parlaq karyerası olduğu halda şahmatı erkən yaşda tərk elədiyi üçün "Şahmatın Kədəri və Qürüru" adlandırırdılar. Bobbi Fişer Mörfini özünün bütün zamanlarda ən yaxşı 10 şahmatçısı siyahısına salmışdır və indiyə kimi yaşamış ən dəqiq oyunçu kimi təsvir etmişdir.
Pol Mörfi Nyu-Orleanda zəngin ailədə doğulmuşdur. Pol hələ uşaqlıqdan heyrətamiz yaddaşı ilə yaşıdlarından fərqlənirdi. Ailələrindəki kişilərin hamısı şahmat oynayırdı: atası, böyük qardaşı və əmisi isə Nyu-Orleanın ən güclü şahmatçılarından sayılırdılar. O, əmisi ilə atasının oyunlarını izləyərək şahmatı öyrənmişdir. Macarıstan çempionu, usta I. Levental ABŞ-də qastrol səfərində olarkən Pola məğlub olur və təntənəli surətdə deyir: "Ümidvaram ki, sizin dünya çempionu olacağınız günü görəcəyəm."
Levental üzərindəki qələbədən sonra Pol 6 il ərzində elmlə məşğul olaraq 1857-ci ildə universiteti bitirib vəkil ixtisasına yiyələndi.
ABŞ-də o dövrün qanunlarına əsasən 20 yaşda qanuni vəkil işləmək qadağan olunğu üçün Mörfi şahmatla məşğul olur. Həmin ildə Nyu-Yorkda baş tutan Birinci Amerika Şahmat Konqresinə dəvət alır. Morfi bütün rəqiblərinə asanlıqla qalib gələrək, birinci yeri tutur.
1858-ci ildə Mörfi Avropa çempionu Hovard Stantonla (Howard Staunton) oynamaq üçün Avropaya səyahət edir. Mörfi bir çox güclü şahmatçılarla görüşür, Avropadakı oyunlarin bir çoxunda asanlıqla qələbələri sıralayır. Stanton ilə qarşılaşma heç vaxt baş vermədi amma Mörfi Avropada əksəriyyət tərəfindən dünyanın ən yaxşi oyuncusu kimi yüksəldildi.
Mörfi ABŞ-yə zəfərlə döndü.1859-cu ildə Nyu-Orleanda şahmatı tərk etdiyini və hüqüq karyerasına başladığını elan etdi. Ancaq hüquq sahəsində uğur qazana bilmədi, nəticədə işsiz qaldı və ailəsinin hesabına yaşadı. Şahmat pərəstişkarlarının müraciətlərinə baxmayaraq Mörfi heç vaxt şahmata geri dönmədi və 47 yaşında insultdan vəfat etdi.
10 iyul 1884-cü ildə gündüz vaxtı Mörfi vannada ölü tapıldı. Tibbi ekspertizadan sonra məlum oldu ki,günəş altında uzun gəzintidən sonra soyuq duş qəbul etmiş və iflic keçirtmişdir. Mörfinin yaşadığı malikanə 1891-ci ildə ailəsi tərəfindən satılmışdır və Brennan's restoranı olmuşdur.
Bu gün bir çox həvəskarlar öz vəzirini qurban verən və bir neçə dahiyanə gedişdən sonra rəqibi mat etməyə müvəffəq olan gözqamaşdırıcı kombinasiyalı oyuncu kimi Mörfi haqqında düşünürlər. Bu təəssürat üçün bir səbəb odur ki, şahmat kitabları onun parlaq oyunlarını yenidən çap etmək istəyirlər. Kitabda Mörfinin oynamadığı bir çox oyunlar yer tuturdur hansıki bu oyunlar onun üslubuna uyğun deyildir. Əslində, dövrünün ustaları onun üslubunu mühafizəkar hesab edirdilər və La Bourdonnais , Adolf Andersen kimi parlaq ustalarla müqayisə edirdilər.
Mörfini birinci çağdaş oyuncu hesab etmək olar. Bəzi oyunları çağdaş deyil çünki ,o, ləng mövqeli oyunlara ehtiyac duymurdu hansı ki, müasir qrosmeysterlər istifadə edirdilər. Onun rəqibləri açıq oyunu mənimsəməmişdilər. Mörfi də bundan istifadə edirdi və açıq oyunlara üstünlük verirdi çünki açıq oyunlar tez uğur qazandırırdı. O öz dövrünə görə çox illər irəli olan şahmat intellekti sayəsində açıq oyunları demək olar ki mükəmməl oynayırdı, lakin istənilən vəziyyətdə oynamağı bacarırdı. Mörfi daxilən nəyin ən yaxşı olduğunu bilən oyunculardan idi və bu münasibəti onu Kapablankaya oxşadırdı. Onun uşaq dahiliyi, sürətli oynamağı və çətin məğlub olması da Kapablankaya oxşadılırdı. Mörfi bütün gedişlərinə bir saatdan az vaxt sərf etdiyi halda rəqibləri 8 və daha çox saat vaxt sərf edirdilər. Löwenthal və Anderssen sonralar qeyd edirdilər ki, Mörfini udmaq həqiqətən çətin idi çünki ,o, necə müdafiə olunmağı, hətta pis və bərabər vəziyyətdən çıxıb qələbə qazanmağı bilirdi. Anderssen xüsusilə qeyd edir ki, Mörfi ilə oynanılan oyunda rəqibin atdığı hər bir səhv gediş oyunun itirilməsi ilə nəticələnirdi. "Mən rəqibi 70 gedişə mat elədiyim halda Mörfi bunu 20 gedişə bacarırdı. Əlbəttə ki,özünə xas oyun tərzi ilə"- Anderssen Mörfinin əleyhinə olan zəif nəticəsini izah edir.
Keçmiş Dünya Cempionu Robert Fişer qeyd edirdiki, Mörfi və Kapablanka böyük istedada malikdirlər. Mörfinin bütün eralarda qalib gəlmək istedadı vardır bir şərtlə ki, ona müasir şahmat nəzəriyyələrini və idealarını hazırlaşmağa vaxt verilsin.
Beynəlxalq qrosmeyster M. Botvinnik Mörfinin şahmat irsini belə qiymətləndirir: «İndiyədək Mörfi açıq oyunların keçilməz ustası olaraq qalır. Onun əhəmiyyəti bundan görünür ki, Mörfidən sonra açıq oyunda yeni heç bir şey yaranmamışdır. Təzəcə oynamağa başlayan şahmatçıdan tutmuş ustayadək hamı dahi Amerika şahmatçısının yaradıcılığından öyrənməlidir».
Fiqurların inkişaf etdirilərək döyüşə atılması nə qədər tez olsa, bir o qədər yaxşıdır. Debütdə üstünlüyü ələ alan kimi, qurban verməkdən qorxmayaraq, öz fiqurların üçün xətti açmalısan-Mörfinin ən böyük kəşflərindən biri olmuşdur.