Polina Rəhimova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1990[1] (34 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Voleybolçu məlumatları | |
Boyu | 1.98 |
Çəkisi | 76 kq |
Zərbəsi | 324 sm |
Bloku | 310 sm |
Mövqeyi | Hücumçu |
Karyerası | |
Komandası | Osasco/São Cristóvão Saúde |
Nömrəsi | 17 |
Həvəskar karyerası | |
2005–2007 | Nəqliyyatçı |
Klub karyerası | |
2007–2014 2014–2015 2015–2016 2017–2018 2018 2018–2019 2019–2021 2021–2022 2021–2022 2022–2023 2022–2023 2023–2024 2023–2024 2024–h.h. |
Azərreyl Bakı Suvon Hyundai Engineering & Construction Hillstate Voleybol Komandası Toyota Auto Body Queenseis Fənərbaxça QVK Èpiù Pomì Casalmaggiore Türk Hava Yolları İK Sesi Vôlei Bauru VBC Trasporti Pesanti Casalmaggiore Geleximco Thái Bình Kuzeyboru Hoa Chat Duc Giang Tia Sang Karayolları Spor Kulübü Gresik Petrokimia Osasco/São Cristóvão Saúde |
Milli komanda karyerası | |
2007–h.h. | Azərbaycan |
Vikianbarda əlaqəli mediafayllar |
Polina Rəhimova (5 iyun 1990[1], Fərqanə) — azərbaycanlı voleybolçu, dünya rekordçusu. O, Yaponiyada keçirilən oyunda 58 xalı tək oyunda qazanaraq dünya rekordu qırıb. Azərbaycan qadın milli voleybol komandasının və İndoneziyanın "Petrokimia Gresik" voleybol klubunun oyunçusudur.
Hərbçi ailəsində doğulan Polina Rəhimova Fərqanə şəhərində anadan olub. Böyük bacısı voleybolla məşğul olduğundan Polina hələ uşaq yaşlarından bu idman növünə maraq göstərib. İlk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində Lyubov Pribinosun rəhbərliyi altında başlayıb. 16 yaşı olanda Azərbaycana gəlib və burada Faiq Qarayevin təşəbbüsü ilə milli komandaya cəlb olunub. 2011-ci ildə "Azərreyl"lə Avropanın nüfuzuna görə 3-cü böyük turniri olan Avropa Qadınlar Çağırış Kubokuna sahib olub. 2011/2012-ci il Çempionlar Liqasında debüt edən Polina qrup mərhələsindən sonra 206 xalla liqanın bombardiri olub.
2014-cü ildə Cənubi Koreya klubu Hyunday ilə anlaşaraq rəsmi sözləşmə imzaladı. Bu transferlə Polina karyerasında ilk dəfə olaraq legioner həyatı yaşayıb.[2] 2015-ci il üçün isə o, Yaponiyanın "Toyota Auto Body" kollektivi ilə bir illik müqavilə imzalayıb.[3]2015-ci il dekabrın 12-si keçirilən Hitaçi Riveyllə oyunda Polina Rəhimova bir oyuna ən çox xaltoplamaq üzrə 58 xalla dünya rekorduna imza atıb.[4]
2017-ci ildə o, Türkiyənin "Fenerbahce" klubuna transfer olub və türk liqasında oynamağa haqq qazanıb.
2018-ci ildə o, İtaliyanın “Pomi Casalmaggiore“ klubuna transfer olunub.
2019-cu ildə isə o, yendən Türkiyənin "THY Turkish airlines" klubuna transfer olunsa da, həmin ildə Braziliyanın “Sesi Bauru” klubuna transfer olunaraq 2021-ci ilədək bu klubda çıxış edib. Braziliyada 2021-ci ildə o, türkiyəli biri ilə tanış olub və ailə həyatı qurub.
2021-ci ildə o, İtaliyanın "VBC Casalmaggiore" klubuna transfer olunub.
2022-ci ildə isə o, Vyetnamın "Geleximko Thai Binh" klubuna transfer olunub.
2023-cü ildə isə o, Türkiyənin "Kuzeyboru" komandasına transfer olunub.
2023-cü ildə o, yenidən Vyetnama qayıdıb. "DGC" klubuna transfer olunub.
2024-cü ildə isə o, Türkiyənin "Karayolları" klubundan İndoneziyanın "Petrokimia Gresik" klubuna transfer olunub.
Rəhimova ən son 2023-cü ildə Voleybol üzrə Avropa Çempionatında Azərbaycan millisində çıxış edib.
Mövsüm | Komanda/Klub | Ölkə |
---|---|---|
2005/06 - 2006/07 | Nəqliyyatçı VK | Azərbaycan |
2007/08 - 2013/14 | Azərreyl Bakı | Azərbaycan |
2014/15 - 2014/15 | Suvon Hyundai Engineering & Construction Hillstate Voleybol Komandası | Cənubi Koreya |
2015/16 - 2016/17 | Toyota Auto Body Queenseis | Yaponiya |
2017/18 - 2017/18 | Fənərbaxça QVK | Türkiyə |
2018/19 - 2018/19 | Èpiù Pomì Casalmaggiore | İtaliya |
2018/19 - 2018/19 | Türk Hava Yolları İK | Türkiyə |
2019/20 - 2020/21 | Sesi Vôlei Bauru | Braziliya |
2021/22 - 2021/22 | VBC Trasporti Pesanti Casalmaggiore | İtaliya |
2021/22 - 2021/22 | Geleximco Thái Bình | Vyetnam |
2022/23 - 2022/23 | Kuzeyboru | Türkiyə |
2022/23 - 2022/23 | Hoa Chat Duc Giang Tia Sang | Vyetnam |
2023/24 - 2023/24 | Karayolları Spor Kulübü | Türkiyə |
2023/24 - 2023/24 | Gresik Petrokimia | İndoneziya |
2023/24 - davam edir | Osasco/São Cristóvão Saúde | Braziliya |
Turnir | Mükafat |
---|---|
Vyetnam Liqası 2022/23 | Ən yaxşı hücumçu |
Vyetnam Liqası 2021/22 | Ən dəyərli oyunçu (MVP) |
Vyetnam Liqası 2021/22 | Ən yaxşı bombardir |
Vyetnam Liqası 2021/22 | Ən yaxşı hücumçu |
Braziliya Superliqası 2020/21 | Ən yaxşı bombardir |
Braziliya Superliqası 2020/21 | Ən yaxşı server |
Braziliya Superliqası 2019/20 | Ən yaxşı bombardir |
Braziliya Superliqası 2019/20 | Ən yaxşı server |
BVA Kuboku 2018/19 | Ən yaxşı əks-hücumçu |
BVA Kuboku 2018/19 | Ən yaxşı bombardir |
BVA Kuboku 2018/19 | Ən yaxşı server |
Avropa Çempionatı 2019 | Ən yaxşı server |
Avropa Çempionatı 2017 | Ən yaxşı bombardir |
Avropa Çempionatı 2017 | Ən yaxşı server |
Yaponiya SV.Liqası 2016/17 | Ən yaxşı bombardir |
Yaponiya SV.Liqası 2016/17 | Ən yaxşı server |
Yaponiya SV.Liqası 2016/17 | Ən yaxşı çöl oyunçusu |
Avropa Qızıl Liqası 2016 | Ən dəyərli oyunçu (MVP) |
Avropa Qızıl Liqası 2016 | Ən yaxşı bombardir |
Avropa Dünya Çempionatı Seçmələri 2018 | Ən yaxşı server |
Kurowashiki Turniri 2015/16 | Ən yaxşı hücumçu |
Kurowashiki Turniri 2015/16 | Ən yaxşı bombardir |
Kurowashiki Turniri 2015/16 | Ən yaxşı server |
Yaponiya SV.Liqası 2015/16 | Ən yaxşı bombardir |
Yaponiya SV.Liqası 2015/16 | Ən yaxşı server |
Yaponiya SV.Liqası 2015/16 | Ən yaxşı çöl oyunçusu |
Avropa Oyunları 2015 | Ən yaxşı bombardir |
Koreya V-Liqası 2014/15 | Ən yaxşı bombardir |
Koreya V-Liqası 2014/15 | Ən yaxşı çöl oyunçusu |
Koreya V-Liqası 2014/15 | Ən yaxşı hücumçu |
Koreya V-Liqası 2014/15 | Ən yaxşı server |
Azərbaycan Super Liqası 2011/12 | Ən yaxşı server |
Azərbaycan Super Liqası 2010/11 | Ən yaxşı bombardir |
Azərbaycan Super Liqası 2010/11 | Ən yaxşı server |
Azərbaycan Super Liqası 2010/11 | Ən yaxşı əks-hücumçu |
Çelenc Kuboku 2010/11 | Ən yaxşı bombardir |
Çelenc Kuboku 2010/11 | Ən yaxşı hücumçu |
Çelenc Kuboku 2010/11 | Ən dəyərli oyunçu (MVP) |
Azərbaycan Super Liqası 2009/10 | Ən yaxşı bombardir |
Azərbaycan Kuboku 2009/10 | Ən yaxşı bombardir |
Azərbaycan Super Liqası 2006/07 | Ən yaxşı server |
Azərbaycan Super Liqası 2006/07 | Ən yaxşı əks-hücumçu |
Azərbaycan Super Liqası 2005/06 | Ən yaxşı bombardir |
Azərbaycan Super Liqası 2005/06 | Ən yaxşı server |
Azərbaycan Super Liqası 2005/06 | Ən yaxşı hücumçu |
Azərbaycan Super Liqası 2005/06 | Ən dəyərli oyunçu (MVP) |
Azərbaycan Super Liqası 2005/06 | Ən yaxşı əks-hücumçu |
Azərbaycan Super Liqası 2007/08 | Ən dəyərli oyunçu (MVP) |
Azərbaycan Super Liqası 2007/08 | Ən yaxşı bombardir |
Azərbaycan Super Liqası 2007/08 | Ən yaxşı server |
Azərbaycan Super Liqası 2007/08 | Ən yaxşı hücumçu |
Azərbaycan Super Liqası 2007/08 | Ən yaxşı əks-hücumçu |