İqtisadiyyat — həyat rifahi ilə əlaqəli insan fəaliyyəti.
İqtisadiyyat elm kimi — insanın təsərrüfat fəaliyyətini öyrənən ictimai elm sahəsi. İqtisadiyyat iqtisadi agentlərin davranışına və qarşılıqlı fəaliyyətinə və iqtisadiyyatların necə işlədiyinə diqqət yetirir. Mikroiqtisadiyyat iqtisadiyyatda əsas elementlər kimi görünənləri, o cümlədən ayrı-ayrı agentlər və bazarları, onların qarşılıqlı təsirlərini və qarşılıqlı təsirlərin nəticələrini təhlil edir. Fərdi agentlərə, məsələn, ev təsərrüfatları, firmalar, alıcılar və satıcılar daxil ola bilər. Makroiqtisadiyyat iqtisadiyyatı istehsalın, bölgüsünün, istehlakının, yığımının və investisiya xərclərinin qarşılıqlı təsir göstərdiyi bir sistem kimi, eləcə də buna təsir edən amilləri təhlil edir: əmək, kapital, torpaq və sahibkarlıq kimi istehsal amilləri, inflyasiya, iqtisadi artım və dövlət siyasəti, bu elementlərə təsir edən. O, həmçinin qlobal iqtisadiyyatı təhlil etməyə və təsvir etməyə çalışır.
Robinzon Kruzo iqtisadiyyatı — İqtisadiyyatda bəzi fundamental məsələləri daha dərindən tədqiq etmək üçün istifadə olunan sadə struktur. Burada bir istehlakçı, bir istehsalçı və iki əmtəənin formalaşdırdığı iqtisadiyyat təsəvvür edilir. "Robinzon Kruzo" başlığı, 1719-cu ildə Daniel Defo tərəfindən qələmə alınmış eyniadlı romanın adından götürülmüşdür.
İqtisadiyyatdakı düşüncə eksperimenti kimi, bir çox beynəlxalq ticarət iqtisadçıları, sadələşdirilmiş və idealizə edilmiş bu fərziyyəni real dünyadakı mürəkkəb halları sadə formada izah etmək qabiliyyətinə sahib olması səbəbindən vacib hesab etməkdədir. Nəzərdə tutulan fərziyyə odur ki, bir agentin olduğunu iqtisadiyyatın təhlili, çoxsaylı iqtisadi agentlərin olduğu real dünya iqtisadiyyatının işləmə prinsiplərini öyrənmək üçün faydalı məlumatlar aşkara çıxarır. Bu anlayış mikroiqtisadiyyatın bir hissəsi kimi istehlakçı və istehsalçı davranışlarını, o cümlədən iqtisadi tarazlığın daha yaxından öyrənilməsi üçün münasibdir. Əslində, iqtisadiyyatın digər sahələrində də Robinzon Kruzo iqtisadiyyatı strukturu eyni məqsəd üçün istifadə olunur. Məsələn, dövlət maliyyəsində Robinzon Kruzo iqtisadiyyatı, ictimai əmtəələrin müxtəlif növlərini və həmçinin müştərək mənfəətlərin müəyyən xüsusiyyətlərini təhlil etmək məqsədi güdür. |
Karl Marks — Almaniya filosofu, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçısı, tarixçisi, sosioloqu, siyasi nəzəriyyəçisi, jurnalisti və sosialist inqilabçısı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquq və fəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya muzeyinin oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir.
Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir. Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi. Tarixi materializm kimi tanınan tənqidi yanaşmanı tətbiq edən Marks, kapitalizmin əvvəlki sosial-iqtisadi sistemlər kimi daxili gərginliklər yaratdığını və bunun öz-özünü məhv etməsinə və sosialist istehsal üsulu kimi tanınan yeni bir sistemlə əvəzlənməsinə gətirib çıxaracağını proqnozlaşdırırdı. Marksın fikrincə, kapitalizmdəki sinfi ziddiyyətlər – qismən onun qeyri-sabitliyi və böhrana meyilli təbiəti sayəsində – fəhlə sinfinin sinfi şüurunun inkişafına, onların siyasi hakimiyyəti ələ keçirməsinə və nəhayət, azad istehsalçılar birliyindən ibarət sinifsiz kommunist cəmiyyətinin qurulmasına gətirib çıxaracaqdı. Marks iddia edirdi ki, fəhlə sinfi kapitalizmi devirmək və sosial-iqtisadi azadlığa nail olmaq üçün mütəşəkkil proletar inqilabı hərəkatını həyata keçirməlidir; o, bu fikrin reallaşması üçün həm də fəal şəkildə təzyiq göstərirdi. |
Nəzəriyyə: İqtisadi nəzəriyyə • Mikroiqtisadiyyat • Makroiqtisadiyyat • Riyazi iqtisadiyyat • Beynəlxalq təşkilatlar • İqtisadi təlim məktəbləri • Oyunlar nəzəriyyəsi
Metodologiya: İqtisadi model • İqtisadi sistemlər • Ekonometrika • Mikroiqtisadiyyat təməlləri • Hesablama iqtisadiyyatı • Giriş-çıxış modeli • Daxili maliyyələşdirmə • İnframarjinal analiz • Marjinal gəlir • Qiymət-performans nisbəti
Tətbiq sahələri: Kənd təsərrüfatı • Biznes • Əhali • İnkişfaq • İqtisadi coğrafiya • İqtisadi tarix • Təhsil • Sənaye mühəndisliyi • Sivil mühəndislik • Ətraf mühit • Maliyyə • Səhiyyə • Sənayenin təşkili • Beynəlxalq
Beynəlxalq təşkilatlar: Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı • İqtisadi Əməkdaşlıq Təşkilatı • Avropa Azad Ticarət Assosiasiyası • Beynəlxalq Valyuta Fondu • İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı • Dünya Bankı • Dünya Ticarət Təşkilatı