Post Malone

Post Malone
ing. Austin Richard Post
Post Malone (2018)
Post Malone (2018)
Ümumi məlumatlar
Doğum adı Ostin Riçard Post
Doğum tarixi (29 yaş)
Doğum yeri
Vətəndaşlığı  ABŞ
Uşağı 1[1][2]
Musiqiçi məlumatları
Fəaliyyəti
  • repçi
  • muğənni
  • söz yazarı
  • prodüser
  • gitarist
Fəaliyyət illəri 2015 — h.h.
Janr
Musiqi aləti
Səs tembri bariton
Albom şirkəti Republic Records
Əlaqələri
İmzanın şəkli
postmalone.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ostin Riçard Post (ing. Austin Richard Post, təxəllüsü: Post Malone; 4 iyul 1995[4][5], Sirakuz, Nyu-York ştatı[6]) — ABŞ muğənnisi, repperi, söz yazarı, prodüseri və gitaristi. Malone 2015-ci ilin fevral ayında, ilk sinqlı olan "White Iverson" buraxıldıqda geniş tanınmışdır. O 2015-ci ilin avqust ayında, "Republic Records"la bir albom müqaviləsi imzalamışdır. Bundan sonra Malone "Quavo"yla "Congratulations" və "21 Savage"lə "Rockstar" mahnılarını buraxmışdır. Malone ilk studio albomu "Stoney"i 2016-cı ildə buraxmışdır. Sonra isə o "Beerbongs and Bentleys" albomunu 2018-ci ildə yayımlamışdır.

Ostin Riçard Post 4 iyul 1995-ci il tarixində ABŞ-nin Nyu-York ştatında yerləşən Sirakuz şəhərində anadan olmuşdur.[7][8] Post atası Riç Post və ögey anası Cudi Post tərəfindən böyüdülmüşdür. Postun atası disk-cokey idi və onu musiqinin hip-hop, kantrirok kimi fərqli-fərqli janrlarıyla tanışdırmışdır.[9]

Postun 9 yaşı olanda ailəsi ilə birlikdə Texas ştatında yerləşən Qreypvayn şəhərinə köçmüşdür.[10][11][12] Post gitara ifa etməyə başlamış və 2010-cu ildə "Crown the Empire" adlı musiqi qrupuna qoşulmaq üçün qeydiyyatdan keçmiç, ancaq ifa etdiyi zaman gitarasının simləri qırılmış, bunun nəticəsində qəbul edilməmişdir. Post gitaraya olan marağını ilk dəfə məşhur videooyun "Guitar Hero"dan aldığını demişdir.[13] Postun dediyinə görə peşəkar musiqiçiliyə metal musiqi qrupuna qoşulduğunda daxil olmuşdur.[14] Bundan çox vaxt keçməmiş, o hip-hop kimi daha yumşaq roka keçmişdir.[15] Post 16 yaşında olanda "Audacity"dən istifadə edərək ilk miksteypi, "Young and After Them Riches"i yaratmışdır.[16] O bunu Qreypvayn Orta Məktəbindəki bəzi sinif yoldaşlarını dinlətmişdir.[13][17] Post musiqiyə sevigisini atası Riçdən aldığını demişdir. Yeniyetmə yaşlarında "Chicken Express"də işləmişdir.[13]

Post Tarrant Dairəsi Kollecinə qeydiyyatdan keçmiş, ancaq daha sonra çıxmışdır.[18] Kolleci tərk etdikdən sonra Post peşəkar oyun strimeri olan dostu Ceyson Probst ilə Kaliforniyanın Los-Anceles şəhərinə köçmüşdür.[19][20][21] Los-Ancelesə köçdükdən sonra, Post, Probst və bir neçə prodüserlər və sənətkarlar "BLCKVRD" adlı bir musiqi qrupu qurub, birlikdə musiqi yaradırlar.[22]

Postun dediyinə görə o, "Post Malone" təxəllüsünü 14 və ya 15 yaşında olanda seçmişdir.[23] Təxəllüsün peşəkar basketbolçu Karl Malona istinad olması barədə dedi-qodu yayılmışdır,[24] ancaq o daha sonra "Post"un onun soyadı olduğunu və "Malone" adı üçün "rep adı generatoru"ndan istifadə etdiyini demişdir.[25] O "FKi"dən 1st, Rich və "White Iverson" daxil olmaqla Postun bir neçə trekinin prodüserliyini edən Rex Kudo ilə tanışmışdır.[7] "White Iverson" mahnısı peşəkar basketbolçu olan Allen Ayversona bir istinaddır.[24][26][27] 2015-ci ilin fevral ayında, mahnının istehsalı başa çatdıqdan sonra mahnı Postun SoundCloud hesabına yüklənmişdi.[28] 19 iyul 2015-ci il tarixində "White Iverson" mahnısı üçün bir video hazırlamış və "YouTube"da paylaşmışdır. Həmin video yükləndiyi gündən bəri 400 milyon izlənmə qazanmışdır. Sinql Mak Miller və Wiz Khalifa tərəfindən təriflənmişdir,[13][29][30] lakin Erl Svetşot kimi musiqiçilər tərəfindən pislənmişdir.[31][32][33]

"White Iverson" mahnısının buraxılışından bir ay sonra videonun bir milyon izlənmə alması, bir neçə albom leybllarının diqqətini çəkmişdir.[27] 2015-ci ilin avqust ayında o "Republic Records"la bir müqavilə imzalamışdır.[34][35] Post sonradan 50 Cent, Young ThugKanye Vest kimi görkəmli repperlərlə işləmişdir.[36][37] 2015-ci ilin avqust ayında Post Kayli Cennerin 18-ci yaş günündə ifa etmişdir.[38] Post orada Kanye Vest ilə tanışmışdır. Vest Postun musiqisini sevdiyini demişdir, bunun nəticəsində Post "Fade" mahnısı üzərində Kanye Vest ilə birlikdə işləmişdir.[39] Post daha sonra Kanada muğənnisi və söz yazarı Castin Biberlə dost olmuşdur. Post Biberin "Purpose World Tour"unun açılışında çıxış etmişdir.[40][41] 20 aprel 2016-cı il tarixində Post "Go Flex" mahnısını buraxmışdır.[42] 12 may 2016-cı il tarixində o ilk tammetrajlı layihəsini, "August 26'" adlı miks-teypini buraxmışdır.[43] Miks-tepyin adı Postun ilk albomunun çıxış tarixinə bir istinad idi. 9 iyun 2016-cı il tarixində Post ilk dəfə milli televiziyada "Jimmy Kimmel Live!" şounda "Go Flex" mahnısıyla çıxış etmişdir.[44]

2016-cı ilin iyun ayında "XXL" jurnalının baş redaktoru Vanessa Satten Postun "2016 Freshmen Class" jurnalının cildində olacağını, ancaq "iş yoldaşları Postun hip-hopa diqqət yetirmədiyini, daha çox rok, pop, kantri yolunda getdiyini deyiblər."[45] Halbuki, Post bu iddiaların yalan olduğunu, özünün son miks-teypinin və gələcək musiqi albomunun ikisinin də hip-hop janrında olacağını demişdir.[46] 2016-cı ilin avqust ayında "Stoney" musiqi albomunun gec yayımlanmasına görə üzr istəmişdir.[47] Musiqi albomu 4 noyabr tarixində ön-sifariş üçün hazır idi. Musiqi albomu 9 dekabr tarixində satışa çıxarılmışdır. Post daha sonra "Congratulations" sinqlının uğuruna baxmayaraq,[48][49] albomu "babat" adlandırmışdır.[11] "Stoney" albomunda "I Fall Apart" və "Deja Vu" mahnıları da var idi.[50]

2017-ci ilin fevral ayında Post yeni layihəsi "Beerbongs & Bentleys"[51] musiqi albomunun dekabr ayında yayımlanacağını demişdir, ancaq albomun çıxış tarixi 2018-ci ilə çəkilmişdir.[52] Post sentyabr ayında albomdakı ilk sinqlını, "21 Savage"i ehtiva edən "Rockstar" mahnısını buraxmışdır.[53] Mahnının müvəffəqiyyəti nəticəsində "Rolling Stone" Postu "2017-ci ilin ölkədəki ən məşhur musiqiçilərindən biri" adlandırmışdır.. Post noyabr ayında "Rockstar" mahnısı üçün bir video hazırlamışdır.[54][55][56][57]

Postun musiqi stili "Pop-Rock, qranj, hip-hopR&B janrlarının ərimə qazanı",[58] Postun özü isə çevik olaraq təsvir edilmişdir.[59] Onun vokal stili lakonik olaraq təsvir edilmişdir.[60] " The New York Times" qəzetinin işçisi Con Karamanika Postu "oxumaq, reppinq, hip-hop və qorxulu elektro-xalq musiqisi arasında sərhəd çəkə bilən bir sənətkar" olaraq təsvir etmişdir.[61] Post öz musiqi stilini "janrsız" adlandırmışdır.

Postun musiqi stilinə ən çox təsir göstərən sənətkar Bob Dilandır. Post onu "dahi" və "tanrı" adlandırmışdır. Post "Subterranean Homesick Blues" mahnısını "ilk rep mahnısı" adlandırmışdır. Postun bir Bob Dilan tatuirovkası var.[11]

Post 2017-ci ilin noyabr ayında Polşa media qurumu olan "NewOnce" ilə bir müsahibə keçirmişdir. Post müsahibədə "müasir hip-hopda gerçək zibildən danışan insanlar yoxdur" və "həyat haqda düşünmək istəyirsinizsə, hip-hop dinləməyin" demişdir.[62][63] Post bu sözlərinə görə sosial şəbəkədə mənfi reaksiya almışdır.[64][65] Post "Twitter" sosial şəbəkə platformasında paylaşılan bir videoda bu qalmaqal haqda danışmışdır.[66] Post videoda müsahibədən öncə çox pivə içib sərxoş olduğunu[67] və əslində hip-hopu çox sevdiyini açıqlamışdır.[68] "NewOnce" media qurumu Postun iddialarını inkar etmişdir.[69]

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

Postun qolunda ABŞ prezidenti Con Ficerald Kennedinin tatuirovkası var. Post Kennedinin "Son vaxtlarda bizim hökümətdə baş verən dəli korrupsiya şeylərinə qarşı danışan yeganə prezidentdir" demişdir.[70] 2016-cı ilin dekabr ayında Post Donald Trampın andiçmə mərasimində ifa etmək təklifi gəlsə, bu təklifi rədd etməyəcəyini demişdir.[71] Post daha sonra nə Donald Trampın, nə də Hillari Klintonun prezidentliyə layiq olduğunu, əslində Berni Sandersi dəstəklədiyini demişdir.[71]

2017-ci ilin dekabr ayında "Rolling Stone" jurnalı ilə olan bir müsahibədə Post Donald Trampı xoşlamadığını demişdir. Həmin müsahibədə Postun çoxsaylı silahı olduğunu öyrənilmişdir. Post silah sahibi olmaq və işlətmək "amerikan" bir xüsusiyyət olduğunu demişdir. Post konspirasiya nəzəriyyələri ilə çox maraqlanır. Post bu barədə "Bizim açıqlaya bilmədiyimiz zibillər baş verir." demişdir.[13]

border=none Əsas məqalə: Post Malone diskoqrafiyası

Media görünüşləri

[redaktə | vikimətni redaktə et]
İl Ad Rol Qeydlər
2015 Post Malone: White Iverson Aktyor [72]
2015 Post Malone: #Mood Aktyor, bəstəkar [72]
2015 Post Malone: Too Young Aktyor, bəstəkar [72]
2015 Post Malone: Boy Bandz Aktyor, bəstəkar [72]
2015 Skee TV Özü 1 bölüm ("Action Bronson, OT Genasis, Post Malone, Matt & Kim")[72]
2016 GGN: Snoop Dogg's Double G News Network Özü 1 bölüm ("GGN Post Malone Has the Sauce")[72]
2016 Jimmy Kimmel Live! Özü 2 bölüm ("Melissa McCarthy, Kristen Wiig, Kate McKinnon & Leslie Jones/Post Malone," "Sarah Silverman/Jimmy Butler/Post Malone")[72]
2016 Pattaya İfaçı, yazıçı ("White Iverson") [72]
2016 Post Malone: Go Flex Aktyor, bəstəkar [72]
2016 Hot Ones Özü 1 bölüm ("Post Malone Sauces on Everyone While Eating Spicy Wings")[73]
2017 "Making Music with Post Malone" Özü [74]
2017 FishCenter Live Özü 1 bölüm[75]
2017 H3 Podcast Özü 2 bölüm ("Post Malone & Joji", "Post Malone")[72]
2017 Late Night with Seth Meyers Özü 1 bölüm ("Jake Gyllenhaal/Whitney Cummings/Post Malone/Quavo/Metro Boomin/Charlie Benante")[72]
2017 Ridiculousness Özü 1 bölüm ("Post Malone")[72]
2017 Post Malone Feat. Quavo: Congratulations Aktyor [72]
2017 iDubbbzTV Aktyor [76]
2017 xXx: Return of Xander Cage İfaçı, yazıçı ("Burning Man") [72]
  1. https://www.yahoo.com/lifestyle/post-malone-announces-birth-daughter-170453529.html.
  2. https://www.eonline.com/news/1334356/post-malone-confirms-he-welcomed-a-baby-girl-with-his-fiancee.
  3. "The Unlikely Resurgence of Rap Rock - Pitchfork". pitchfork.com. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2017.
  4. https://www.syracuse.com/entertainment/2017/10/post_malone_syracuse_father.html.
  5. Post Malone // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  6. "Post Malone" (ingilis). AllMusic. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
  7. 1 2 Blekbörn, H. Dru. "Post Malone's Homecoming". Pigeons & Planes. 23 iyun 2015. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2015.
  8. "Post Malone on Twitter: "I've never been anyone except for Austin Richard Post. i ain't never fold/break."". Twitter. 21 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
  9. "Rapper Post Malone's father talks Syracuse roots, musical influences -- and haters". syracuse.com (ingilis). 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2017.
  10. h3h3Productions. "H3 Podcast #7 - Post Malone & Joji". may 22, 2017. Event occurs at 11:48. iyun 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 11, 2017.
  11. 1 2 3 Valentayn, Kleyr. "Post Malone on Memes, Bieber Fans, and the Importance of Beer". PAPER. 6 oktyabr 2017. 2017-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  12. Fiqmen, Adam. "The New 3". SLAMonline. 30 aprel 2015. 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2015.
  13. 1 2 3 4 5 Viner, Cona. "Post Malone: Confessions of a Hip-Hop Rock Star". Rolling Stone. 2017-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017. (#apostrophe_markup)
  14. westfesttv. "GGN Post Malone Has The Sauce". 9 fevral 2016. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2017 – YouTube vasitəsilə.
  15. westfesttv. "GGN Post Malone Has The Sauce". 9 fevral 2016. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2017 – YouTube vasitəsilə.
  16. westfesttv. "GGN Post Malone Has The Sauce". 9 fevral 2016. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2017 – YouTube vasitəsilə.
  17. Qolden, Zara. "How Post Malone Became The Most Random Success In Rap". The FADER. 14 may 2015. 27 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2015.
  18. GQ. "Post Malone Goes Undercover on Twitter, Facebook, Quora, and Reddit". Actually Me. YouTube. 21 dekabr 2017. İstifadə tarixi: 21 dekabr 2017. I didn't go to Syracuse ... I went to Tarrant County College
  19. "Nardwuar vs. Post Malone". YouTube. 10 dekabr 2017. 2017-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  20. "'Post Malone' exposed part of minecraft (Before He Was Famous)". YouTube. 21 dekabr 2016. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  21. "GGN Post Malone Has The Sauce". YouTube. 9 fevral 2016. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  22. "How Post Malone Went From SoundCloud to Stadium Status". Complex. 2017-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2017.
  23. Scare Wolf. "Post Malone - Stone Cold Podcast". 15 avqust 2017. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2017 – YouTube vasitəsilə.
  24. 1 2 Markmen, Rob. "Video Premiere: Watch Post Malone's 'White Iverson'". MTV. 18 iyul 2015. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2015.
  25. Vurzburqer, Andrea. "Find Out How Post Malone Got His Name (and All of His Tattoos) in This Martha & Snoop Bonus Clip". VH1 News. 2017-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2017.
  26. "Post Malone at The Breakfast Club: Talks White Iverson, Is He A Culture Vulture & More (August 24, 2015)". YouTube. TheBreakFastClub. 24 avqust 2015. March 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2015.
  27. 1 2 Cefriz, Deyvid. "Post Malone – Biography". Billboard. 2016-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2015.
  28. "White Iverson by Post Malone". SoundCloud. Post Malone. 2015-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2015.
  29. Peyn, Oqden. "Inside The Hidden Success Of Post Malone". Forbes. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017.
  30. Miller, Mak. "Mac Miller tweet". Twitter. İstifadə tarixi: 20 noyabr 2017.
  31. Ualş, Piter. "Earl Sweatshirt Isn't a Fan of Post Malone". XXL Mag. 2017-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017.
  32. Brendl, Lars. "Earl Sweatshirt Criticizes Post Malone's 'White Iverson,' Malone Responds". Billboard. 2017-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017.
  33. Mench, Kris. "Earl Sweatshirt Finally Heard Post Malone's "White Iverson" and He Doesn't Seem to Be a Fan". Complex. 2017-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2017.
  34. Schwartz, Danny. "Post Malone Signs With Republic Records". HotNewHipHop. 14 avqust 2015. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2015.
  35. Suarez, Geri. "Post Malone Scores With 'White Iverson'". Forbes. 2016-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
  36. Akubuilo, Nneoma. "Yeezy Season 3". 12 fevral 2016. 2016-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2016.
  37. "Rapper Post Malone on Collaborating With Kanye West: 'It Was the Scariest Experience Ever'". Billboard. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
  38. Yuskevec, Kris. "Here's James Harden Helping Post Malone Perform "White Iverson" at Kylie Jenner's 18th Birthday Party". Complex.com. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  39. Fleyşer, Adam. "Without Kylie Jenner, This Buzzing Rapper Never Would Have Collaborated With Kanye West". MTV News. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  40. "Justin Bieber at the Palace". Detroit Free Press. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
  41. Mikael Wood. "Why Post Malone has been called 'the Donald Trump of hip-hop'". Los Angeles Times. 16 dekabr 2016. 2016-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2016. (#apostrophe_markup)
  42. Ted Simmons. "Post Malone's New "Go Flex" Single Sounds Like Another Hit" (ingilis). xxlmag.com. 21 aprel 2016. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  43. Ualker, Anqus. "Post Malone's "August 26" Reportedly Dropping Today At Noon'". HotNewHipHop.com. 10 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2016.
  44. "Post Malone Performs 'Go Flex' on 'Jimmy Kimmel Live!'". 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2016.
  45. "Post Malone Going In "Rock/Pop/Country Direction"". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2016.
  46. "Instagram post by Posty • Jun 16, 2016 at 6:21am UTC". Instagram. May 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 5, 2018.
  47. Smit, Trevor. "Post Malone Apologizes For Delay Of His Debut Album "Stoney"". Hot New Hip-Hop. 2016-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-05.
  48. İndiya, Linzi. "Post Malone Earns First Top 10 Hit on Billboard Hot 100 Chart - XXL". XXL Mag. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  49. Morris, Cessi. "Post Malone Grabs Quavo for "Congratulations"". Complex.com. 2018-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  50. "Gold & Platinum - RIAA". RIAA. 2019-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2017.
  51. Simmos, Ted. "Post Malone's 'Stoney' Album Goes Gold" (ingilis). xxlmag.com. 7 fevral 2017. 2017-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  52. Lamar, Karl. "Post Malone Shares Release Date for 'Beerbongs & Bentleys'". Billboard. 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2017.
  53. Trast, Geri. "Post Malone's 'Rockstar' Leads Billboard Hot 100 for Eighth Week, G-Eazy's 'No Limit' Lifts to Top 10". Billboard. 4 dekabr 2017. 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2017.
  54. Brendl, Lars. "Post Malone's New 'Rockstar' Music Video is Ultraviolent: Watch". Billboard. 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2017.
  55. Orkat, K.S. "Post Malone and 21 Savage Drop Bloody Rockstar Video - XXL". XXL Mag. 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2017.
  56. Renşau, Deyvid. "Post Malone and 21 Savage star in the blood-soaked "rockstar" video". The FADER (ingilis). 2018-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2017.
  57. Minsker, Evan. "Post Malone and 21 Savage Drop Ultra-Bloody New "rockstar" Video: Watch". Pitchfork.com (ingilis). 2019-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2017.
  58. "Facing The Music With Post Malone". Clash Magazine. 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2017.
  59. "Stoney album showcases Post Malone's unique musical style". The Daily Mississippian. 4 yanvar 2017. 2017-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2017.
  60. "Post Malone's "Stoney" (Review)". HotNewHipHop. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2017.
  61. Karamanika, Con. "White Rappers, Clear of a Black Planet". The New York Times. 18 avqust 2016. 2017-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
  62. Tompson, Dezayr. "Post Malone Doesn't Think Current Hip Hop Has Any Meaning". Vibe.com. November 21, 2017. November 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2017.
  63. Dendric-Lemko, Ben. "Post Malone: "If you're looking to think about life, don't listen to hip-hop"". The FADER. 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2017.
  64. Herbert, Coff. "Syracuse native Post Malone blames controversial hip-hop comments on alcohol". Syracuse.com. 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2017.
  65. "Post Malone Blames Controversial Comments On The Alcohol: "I Love Hip-Hop"". Bet.com. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2017.
  66. S. Vernon, Kolmen. "Post Malone Expresses Love for Hip-Hop Following Backlash - XXL". XXLmag.com. 2017-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2017.
  67. "Post Malone Says He Was Not Dissing Hip-Hop". Tmz.com. 2017-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2017.
  68. Dervil, Cordan. "Post Malone addresses his controversial hip-hop comments and cultural appropriation in new video". The FADER (ingilis). November 26, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2017.
  69. Treys Uilyam, Kohen. "Post Malone Clears Up His Controversial Hip-Hop Comments: 'I Love Hip-Hop' (UPDATE)". Complex.com (ingilis). 2017-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2017.
  70. "Post Malone Talks JFK Assassination & Trump Inauguration on 'The Breakfast Club'". Billboard. 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.
  71. 1 2 "Post Malone Isn't Exactly Opposed To Performing At Trump's Inauguration". Uproxx. 20 dekabr 2016. 2017-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2017.
  72. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Post Malone - IMDb". IMDb.com. amazon.com. 2020-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2017.
  73. Şxonberqer, Kris. "Hot Ones: Post Malone". First We Feast. Complex Media, Inc. 8 dekabr 2017. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2017.
  74. h3h3productions. "Making Music with Post Malone". YouTube. 29 yanvar 2017. 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2017.
  75. Rossignol, Derrick. "Post Malone Went On Adult Swim's Absurd 'FishCenter' Web Show And Got Bitten By A Fish". Uproxx. Uproxx Media Group. 1 noyabr 2017. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
  76. iDubbbzTV, Content Deputy - AJP, 2017-10-11, İstifadə tarixi: 2017-12-22

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]