Qısayarpaq yukka | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Qısayarpaq yukka |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qısayarpaq yukka (lat. Yucca brevifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
ABŞ-da, Yutanın cənub-qərbindən Kaliforniyanın ortalarınadək yayılmışdır.
Hündürlüyü 4-9 m, gövdəsinin diametri 50 sm-ə qədər olan, çox şaxələnmiş budaqsız kiçik ağac və ya koldur. Gövdəsinin yerə yaxın hissəsi yoğundur. Yarpaqları lansetvari, sərt, üst tərəfi çökək, kənarları xırda iti dişli, uzunluğu 20-35 sm, eni 7-25 mm-dir. Yaşıl, göyümtül, oxşəkilli-xətvari yarpaqları gövdənin ucunda dəstəyə yığılmışdır. Süpürgə çiçək qrupunun oxu tüklüdür, çiçəkləri sıx, yaşılımtıl ağdır, çiçək saplağı qısadır. İyul-avqust aylarında çiçək açır. Gövdə zoğları, bəzən də toxumla çoxaldılır. Çoxşaxələndiyinə görə gövdədən ayrılan hissələr ilə də çoxaltmaq mümkündür.
Quraqlığadavamlı və torpağa qarşı tələbkardır. Abşeronda yayda çox az suvarılmaqla yaxşı böyüyür. Qışı zərər çəkmədən keçirir.
Abşeronda və digər rayonlarda mədəni şəraitdə becərilir.
Dekorativ bitkidir. Bağlarda vəparklarda daha geniş istifadə oluna bilər.