Qəsr Əl-Vətən

Qəsr Əl-Vətən
Xəritə
24°27′44″ şm. e. 54°18′19″ ş. u.HGYO
Ölkə
Yerləşir Əbu-Dabi
Tikilmə tarixi 2015
Rəsmi sayt qasralwatan.ae
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəsr Əl-Vətən (ərəb. قَصْر ٱلْوَطَن‎; Vətən sarayı, və yaxud Millət sarayı)[1][2]Birləşmiş Ərəb Əmirliklərində prezident sarayı[3][4] paytaxt Əbu-Dabidə yerləşir.

Qəsr Əl-Vətən sarayının tikintisi 2017-ci ildə başa çatdırılmışdır.[5]

Şeyx Xəlifə bin Zayed Əl Nəhayan (Əbu-Dabinin əmiriBirləşmiş Ərəb Əmirliklərinin prezidenti) və Məhəmməd bin Zayed Əl Nəhayan (Əbu-Dabinin vəliəhdi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini) 2019-cu ildə sarayı ictimaiyyətin üzünə açdılar.[1] Bua qədər saray yalnız rəsmi məqsədlər üçün, əsasən xarici dövlət rəhbərlərinin yerləşdirilməsi və ölkənin ali şurasının iclasları üçün istifadə olunurdu.[3][4] Geniş ictimaiyyətin üzünə açıldıqdan sonra saray müxtəlif məqsədlər üçün istifadə olunmağa davam edir.[6]

Açılış mərasimi 11 mart 2019-cu il tarixində baş tutdu.[7][8][9] Açılış mərasimi Məhəmməd ibn Zayed və Məhəmməd ibn Rəşid əl-Məktum (BƏƏ-nin vitse-prezidenti və baş naziri və Dubay əmiri) tərəfindən təşkil edilmişdi.[8][10] Avqust ayında səyahət və turizm saytı "Hotel and Rest"[11] sarayı dünyanın ən yaxşı 20 incəsənət və mədəniyyət abidəsindən biri adlandırdı.[12][13] 2020-ci ildə Qəsr Əl-Vətən Prezident Sarayı Yaxın Şərqdə aparıcı mədəni turistik məkan olaraq "World Travel Awards" mükafatına namizəd göstərilmişdi.[14]

Binanın fasadı ağ qranitəhəng daşı ilə üzlənmişdir.[8] Bu səbəbdən saray əsasən ağdır və mürəkkəb dizayn və zəngin şəkildə bəzədilmişdir. Saray 37 m (121 fut) diametrli günbəzə malikdir.[7][9] Bundan əlavə daxilində 350.000 kristal çilçıraq və bir neçə bölmə vardır. Günbəz şərqdən və qərbdən iki qanadla əhatə olunan "Böyük Zal" kimi tanınan mərkəzi kameranın üstündə durur.[8]

Şərq qanadında bir sıra artefaktların, hədiyyələrin saxlanıldığı "Bilik Evi" yerləşir.[8][10] Saxlanılan əşyalar arasında başqa ölkələrdən gələn rəsmilər tərəfindən verilən hədiyyələr də daxildir.[15] "Bilik Evi"ndə həmçinin Müqəddəs kitabdan 2 dini mətn: Quran (Birmingem əlyazmasının surəti daxil olmaqla) və İncil (Davudun Zəburu da daxil olmaqla) daxildir.[16] Burda ölkənin mədəni, sosial və siyasi tarixini sənədləşdirən 50.000-dən çox kitaba malik kitabxana da var.[10]

Qərb qanadında BƏƏ Nazirlər Kabinetinin iclaslarının və İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri LiqasıKörfəz Əməkdaşlıq Şurası kimi beynəlxalq təşkilatların sammitlərinin keçirildiyi "Əməkdaşlıq Ruhu otağı" kimi tanınan otaq var.[8]

  1. 1 2 "Abu Dhabi: Palace of the Nation opens to public Monday". WAM. en:Gulf News. 2019-03-10. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09.
  2. Abdul Kader, Binsal. "Inside Qasr Al Watan: Palace in Abu Dhabi opens doors to public". en:Gulf News. 2019-03-11. 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-21.
  3. 1 2 . 2015-12-01. ISBN 9781780055480.
  4. 1 2 . 2016-08-10. ISBN 9781786721914. (#first_missing_last)
  5. "Everything you need to know about Qasr Al Watan in Abu Dhabi". Time Out Abu Dhabi. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.
  6. Edwards, Noni. "Visiting Qasr Al Watan? Here's the best things to see". en:Gulf News. 2019-04-03. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  7. 1 2 Nandkeolyar, Karishma H. "Qasr Al Watan opens to the public: First-person account of a visit". en:Gulf News. 2019-03-11. 2019-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-21.
  8. 1 2 3 4 5 6 Sebugwaawo, Ismail. "Your ultimate guide to UAE's latest landmark Qasr Al Watan". en:Khaleej Times. 2019-03-11. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  9. 1 2 "Qasr Al Watan". Qasr Al Watan. 2019-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-21.
  10. 1 2 3 "Photos: UAE leaders inaugurate Qasr Al Watan in Abu Dhabi". WAM. en:Khaleej Times. 2019-03-11. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  11. Al Majayda, Dr. Jamal. "Qasr Al Watan is among the 20 greatest landmarks of modern culture and art in the world". Hotel and Rest. 2019-08-27. 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  12. "Abu Dhabi's Qasr Al Watan is among the 20 greatest landmarks of modern culture and art". Design Middle East. 2019-08-27. 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  13. Shephard, Harriet. "Qasr Al Watan named as one of the best landmarks in the world". Time Out Abu Dhabi. 2019-08-28. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  14. alfaham, WAM/Tariq. "Qasr Al Watan nominated for World Travel Awards as Middle East's Leading Cultural Tourist Attraction 2020 | Businessliveme.com - Business News Middle East | BLME". Businessliveme.com (ingilis). 2020-06-24. 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  15. "The Qasr Al Watan Palace in Abu Dhabi Review". My Bayut. 2019. 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  16. Sengupta, Chiranti. "6 reasons to visit Qasr Al Watan this Eid". en:Gulf News. 2019-05-29. 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]