Qara qırğı (film, 2001)

Qara qırğı
ing. Black Hawk Down
Janr müharibə filmi[1][2][…], döyüş filmi, kitablar əsasında film[d], dram filmi, tarixi film
Baş rollarda
Bəstəkar
Distribütor InterCom[d], Columbia Pictures, Netflix
İlk baxış tarixi 18 dekabr 2001[5], 10 oktyabr 2002[6], 2001, 28 dekabr 2001[7]
Müddət 143 dəq.
Büdcə 92.000.000 $
Gəlir 172.989.651 $[8], 108.638.745 $[8]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Mərakeş
IMDb ID0265086

Qara qırğı (orijinal adı: Black Hawk Down), 2001-ci ildə Ridley Scott tərəfindən çəkilmiş bir döyüş filmidir. Mark Bowdenin yazdığı Black Hawk Down: A Story of Modern War (Qara qırğı: Müasir Müharibə Hekayəsi) kitabına əsaslanır. 2001-ci ildə Səs və fantaatika üzrə Akademiya Mükafatını almışdır. Jerry Bruckheimer tərəfindən istehsal olunan film müharibə və qəhrəmanlıqdan bəhs edir. 1993-cü ildə Birləşmiş Millətlərin Sülhməramlı Qüvvələri Somaliyə bir neçə Amerika əsgəri göndərdi. Əməliyyat səhv gedir və tələyə düşürlər. 18 saatlıq dəstək komandasını gözləmələri onlara çox şey öyrədir.

1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Somaliyə ərzaq dəstəyindən sonra gələn dəstəkləri adamları tərəfindən yığdıran Məhəmməd Farrah Aidid on minlərlə insanın ölümünə səbəb olmuşdur. Bu hadisəyə son qoymaq üçün xüsusi təlim keçmiş bir qrupun Aididin iki önəmli adamını şəhərin mərkəzindəki bir binada ələ keçirməsinə qərar verilir. Plana görə, şəhərə vertolyotla gedilməlidir. Bu iki nəfər binada yaxalanacaq və atışma olmadan geriyə qayıdılacaqdır. 45 dəqiqədə başa çatdırılması planlaşdırılan bu missiya, helikopterlərdən birinin vurulması ilə birdən -birə tərsinə çevrilir. Bundan sonra az sayda əsgər ilə minlərlə Somalili arasında 18 saat davam edəcək müharibə başlayır.

  1. 1 2 http://www.metacritic.com/movie/black-hawk-down.
  2. https://www.filmaffinity.com/en/film104172.html.
  3. 1 2 3 4 5 6 7 8 http://www.imdb.com/title/tt0265086/fullcredits.
  4. 1 2 http://www.beyazperde.com/filmler/film-35144/.
  5. Freebase Data Dumps. Google.
  6. IMDb (ing.). 1990.
  7. IMDb (ing.). 1990.
  8. 1 2 Box Office Mojo (ing.). 1999.