Qarnye Sarayı | |
---|---|
fr. Palais Garnier | |
48°52′19″ şm. e. 2°19′54″ ş. u.HGYO | |
Ölkə | Fransa |
Şəhər | Paris |
Aidiyyatı |
Akademik Milli Opera Teatrı 1875-1978 Paris Milli Opera Teatrı 1978-1989 |
Memar | Şarl Qarnye |
Sifarişçi | III Napoleon |
Tikilmə tarixi | 1862-1875 |
Üslubu | Barokko, Bozar (fr. beaux-arts) |
Material | mərmər, Çuqun |
Rəsmi sayt | www.visites.operadeparis.fr |
Fransa tarixi abidələri | |
İstinad nöm. | PA00089004 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qarnye Sarayı (fr. Palais Garnier) və ya Qarnye Operası (fr. Opéra Garnier) — Parisdə eyni adlı metro dayanacağının yanında, Opera prospektində yerləşmiş, elektik memarlığın bozar üslubunda tikilmiş etalon sayıla biləcək memarlıq abidəsidir.
Bina uzun müddət Paris Operası adlanmış, 1989 cu ildə Bastiliya meydanında yeni opera (Bastiliya Operası) inşa edildikdən sonra, onu sadəcə olaraq memarı Şarl Qarnyenin adı ilə adlandırmışlar. Hal-hazırda hər iki opera Paris Milli Operası (fr. Opéra national de Paris) adı altında ictimai-kommersiya müəssisəsi kimi fəaliyyət göstərir.
Qarnye Sarayı 1669 cu ildə XIV Lüdovik tərəfindən rəsmi olaraq incəsənətin bir növü kimi tanınan Parisin sayca on üçüncü olan operasıdır. 14 yanvar 1858 ci ildə III Napoleon köhnə opera Lö Peltye (fr. Le Peletier) binasında ona edilən qəsd cəhdindən sonra ora getməkdən imtina edərək , yeni opera binası tikilməsini tələb edir. Elan edilmiş tenderdə naməlum memar Şarl Qarnye qalib çıxaraq və dərhal 1865 ci ildə binanın tikintisinə başlayır. Lakin çoxlu fasilələr (1870 ci ildə müharibə, imperiyanın çökməsi, Paris kommunası) tikintini 15 il müddətinə uzanmasına səbəb olur. Nəhayət 30 dekabr 1874 cü ildə Üçüncü Respublika dövründə 36 million qızıl franka başa gələn opera binasının inşası bitmiş olur. Qrand Operanın açılışı 15 yanvar 1875 ci ildə baş verir. Bu barədə Qaston Leru öz romanında yazırdı ki, memar Şarl Qanye açılışa dəvət olunmadığına görə ozü özünə bilet almağa məcbur olmuşdur.(Həqiqətdə isə memar öz həyat yoldaşı ilə rəsmi olaraq dəvətli olmuşdur.)
Operanın vestibül və pilləkanları binanın maraqkəsbedici hissələrindən sayılır. Müxtəlif rəngli 30 növ mərmərdən döşənmişdir. Əsas pilləkanın vestibülü təkrar olaraq iki tərəfli pilləkanlara, keçərək teatrın foyesinə ordan da zala açılır. Dörd hissəli tavan müxtəlif musiqi alleqoriyalarla işlənilmişdir. Pilləkanların başlanğıcında aşağıda bir cüt əlində işıq buketi tutmuş qadın fiqurlu torşer yerləşmişdir.
Antrakt zamanı tamaşaçıların gəzişməsi üçün Foye geniş olub həddindən ziyadə yaraşıqlı, qızılı fonda gözəl mozayik üslubda işlənilmişdir. Buradan giriş pilləkanları ovuc içi kimi görünür. Böyük foye Qarnye tərəfindən qədim qəsrlərdə mövcud olan geniş girəcək və ya dəhliz qalereyası əsasında düşünülmüşdür. Foyenin güzgü və pəncərələrlə tərtibi ona daha da geniş forma verir. Tavanında Pol Bodri tərəfindən işlənmiş, əsasən dekorativ elementi lira olan musiqi tarixindən süjetlər həkkolunmuşdur. Foyenin düz mərkəzində, Luvra qədər uzanan Opera prospektinə açılan pəncərələrin önündə heykəltaraş Karpoya məxsus memar Şarl Qarnyenin büstü qoyulmuşdur. Qalereyanın sonunda sonralar yaradılmış hələ də 1900-cü ilin abı havası duyulan güzgülü salon adlanan, divarlarında müxtəlif növ içkilər: çay, qəhvə, şampan və ov səhnələri təsvir olunmuş bar yerləşmişdir.
Tamaşaçı zalı qızılı-qırmızı çalarlara malik italyansayağı döşənmişdir. Tavanın ortasından işıqlandırma üçün böyük billur çilçıraq asılmışdır. Zal qırmızı məxmər üzlüklü 1900 oturacağa malikdir. Loja hücrələrində məşhur bəstəkarların (Halevi, Mayerber, Rozini, Auber, Şpontini, Bethoven və Mosart) qızılı bürünc büstləri qoyulmuşdur. Xarici görnüşdə: tamaşaçı zalının böyük künbəzinin üzərində əlində lira tutmuş Apolonun heykəli qoyulmuşdur.