Qarrinça | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Manuel Fransisko dos Santos | |||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Pau-Qrandi, Braziliya | |||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (49 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | Rio-de-Janeyro, Braziliya | |||||||||||||||||||||||||||||||||||||||
Dəfn yeri | ||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Braziliya | |||||||||||||||||||||||||||||||||||||||
Boyu | 169 sm | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 72 kq | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Qarrinça (port. Garrincha; tam adı: port. Manuel Francisco dos Santos; 28 oktyabr 1933[1][2][…] – 20 yanvar 1983[3][1][…], Rio-de-Janeyro) — Braziliyanın məşhur futbolçularından biri. Yarımmüdafiəçi mövqeyində çıxış edib. O, XX əsrin ən yaxşı futbolçuları siyahısında dünya futbolçuları arasında 8-ci, Cənubi Amerikadan olanlar arasında isə 4-cü yeri tutur[4].
Qarrinça 28 oktyabr 1933-cü ildə Rio-de-Janeyro yaxınlığındakı Pau-Qrandi kəndində kasıb bir ailədə anadan olub.
Qarrinça anadan olduğu zaman çox zəif idi; həmçinin qıçlarında anatomik pozuqlar olub[5]. Sol ayağı içəri, sağ ayağı isə çölə doğru əyri idi[5]. Həmçinin sağ ayağı sol ayağından 6 santimetr daha qısa idi[5]. Ailəsinin kiçik Qarrinçanı müalicə etdirmək imkanı yox idi[5].
14 yaşındaykən doğulduğu şəhərdə tekstil fabrikində işə başlayır[5].
Qarrinçanın ilk evliliyini 18 yaşında olarkən baş tutub[5]. Nair adlı qadınla evlililiyindən Qarrinçanın 8 uşağı dünyaya gəlmişdir[5]. Amma Qarrinçanın uşaq sahibi olduğu tək qadın Nair deyildi[5]. Rio-de-Janeyrodakı sevgilisindən 2, Dünya Kuboku üçün getdiyi İsveçdə tanış olduğu sevgilisindən də 1 uşağı var[5]. Onun sonuncu sevgilisi isə Braziliyanın məşhur sambacılarından Elza Soaresdir[6]. Ümumilikdə 4 müxtəlif qadınlardan 13 uşağın atası Qarrinçanın övladlarından 10-u qız, 3-ü oğlandır[5].
Fabrikdə işlədiyi dövrdə o, futbol qabiliyyətini də sərgiləyirdi[5]. Bir çox klubda baxışdan keçir[5]. Amma buna baxmayaraq uzun müddət peşəkar futbola addım ata bilmir[5]. İlk peşəkar müqaviləsini Gentil Kardosonun tövsiyəsiylə "Botafoqo" klubu ilə bağlayır[5]. 19 iyul 1953-cü ildə "Botafoqo" formasıyla çıxdığı ilk matçda 3 qol vurur və bundan sonra 1966-ci ilə qədər klubun formasını geyinir[5].
Qarrinçanın karyerası "Botafoqo" klubunda parlamağa başlamışdır[4]. O, burada 614 oyuna 245 qol vurub. "Botafoqo"da ciddi zədələnəndən sonra klub onu satır[4]. Amma Qarrinça "Botafoqo"dan sonra heç bir klubda uzun zaman qala bilmirdi[4].
Karyerası ərzində 6 müxtəlif klubda forma geyinən Qarrinça 1972-ci ildə Rio-de-Janeyronun kiçik komandası olan "Olariya"da karyerasını bitirir[5].
1955-ci ildən 1966-cı ilə kimi Qarrinça Braziliya yığmasında oynamış və Dünya Kubokun ikiqat qalibi olmuşdur[4]. 1958 və 1962-ci illərdə Dünya Kubokunda 4 top ilə ən yaxşı bombardir olmuşdur[4].
Mövsüm | Klub | Liqa | Liqa | Kubok | Qitə | Digər | Cəmi | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
1953 | "Botafoqo" | KL | 26 | 20 | – | – | – | – | 0 | 0 | 26 | 20 |
1954 | KL | 26 | 7 | – | – | – | – | 9 | 1 | 35 | 8 | |
1955 | KL | 19 | 3 | – | – | – | – | 9 | 2 | 28 | 5 | |
1956 | KL | 20 | 5 | – | – | – | – | 0 | 0 | 20 | 5 | |
1957 | KL | 21 | 6 | – | – | – | – | 9 | 2 | 30 | 8 | |
1958 | KL | 26 | 10 | – | – | – | – | 9 | 1 | 35 | 11 | |
1959 | KL | 23 | 9 | – | – | – | – | 5 | 3 | 28 | 12 | |
1960 | KL | 21 | 8 | – | – | – | – | 9 | 1 | 30 | 9 | |
1961 | KL | 21 | 6 | – | – | – | – | 11 | 2 | 32 | 8 | |
1962 | KL | 21 | 8 | 3 | 0 | – | – | 7 | 2 | 31 | 10 | |
1963 | KL | 3 | 1 | 1 | 0 | 2 | 0 | 1 | 0 | 7 | 1 | |
1964 | KL | 4 | 0 | – | – | – | – | 7 | 3 | 11 | 3 | |
1965 | KL | 5 | 2 | – | – | – | – | 7 | 0 | 12 | 2 | |
"Botafoqo"da ümumi | 236 | 85 | 4 | 0 | 2 | 0 | 83 | 17 | 325 | 102 | ||
1966 | "Korintians" | PL | 4 | 0 | – | – | – | – | 6 | 1 | 10 | 1 |
1968 | "Atletiko Xunior" | KÇ | 1 | 0 | – | – | – | – | – | – | 1 | 0 |
1968 | "Flamenqo" | KL | 0 | 0 | – | – | – | – | – | – | 0 | 0 |
1969 | KL | 4 | 0 | – | – | – | – | – | – | 4 | 0 | |
1972 | "Olariya" | KL | 8 | 0 | – | – | – | – | – | – | 8 | 0 |
Yekun | 253 | 85 | 4 | 0 | 2 | 0 | 89 | 18 | 348 | 103 |
Mənbə: Rsssf.com[7]
Braziliya milli futbol komandası | ||
---|---|---|
İl | Oyun | Qol |
1955 | 1 | 0 |
1956 | 0 | 0 |
1957 | 6 | 0 |
1958 | 5 | 0 |
1959 | 4 | 0 |
1960 | 5 | 2 |
1961 | 4 | 1 |
1962 | 12 | 6 |
1963 | 0 | 0 |
1964 | 0 | 0 |
1965 | 6 | 0 |
1966 | 7 | 3 |
Yekun | 50 | 12 |
Qarrinça 19 yanvar 1983-cü ildə spirtli içkinin yaratdığı xəstəlik ucbatından komaya düşür[5]. Xəstəxanaya qaldırılsa da komadan çıxa bilmir[5]. Nəticədə 1983-cü ildə, yanvarın 20-də saat 06:00 radələrində Rio-de-Janeyroda vəfat edir[5]. Ölüm səbəbi serroz olaraq qeyd edilir[5].
Onun qəbri öz vəsiyyətinə uyğun olaraq, doğulduğu Pau-Qrandi kəndindədir[5]. Məzar daşında bu sətirlər yazılıb[5]:
O çox şirin bir uşaq idi Quşlarla danışardı. |