Kenuorti ingilis ana və amerikan ata olan Pip və Piter Kenuortinin üç övladının ən kiçik olanıdır.[7][8] Onun Hyu və Nik Kenuorti adlı iki böyük qardaşı var.[9]
Kenuortilər ailəsinin başçısı Piter 2006-cı ildən Telluridedə keçirilən “Mountainfilm Film Festivalı”nın icraçı direktorudur.[10][11] O, əvvəllər bir beçə il Londonda, daha sonra isə bir neçə il Filadelfiyada bankir işləmişdir. Kenuortinin anası Pip isə əslən İngiltərənin Bristol şəhərindəndir. O, səkkiz uşaqlı böyük ailədə doğulmuşdur. 1970-ci illərdə Londondan köçən Pip Kinqs Hed Teatr Klubunda kostyumlar üzrə işləməyə başlamışdır. 1993-cü ildə o zaman iki yaşı olan Qasla birlikdə ailə Telluride şəhərinə köçmüşdür.[8]
Qas 2010-cu ildə Telluride Yüksək Məktəbini bitirmişdir.[9] Əslində məktəbi 2009-cu ildə bitirməli olan Qas idman məşqləri üçün bir illik fasilə götürmüşdür.[12]
Kenuorti 2011, 2012 və 2013-cü illərdə Fristayl Xizəksürmə Asossasiyasının Dünya Çempionatının qalibi olmuşdur.[13][14][15][16] 2013-cü ildə Soçidə keçirilən Olimpiadada gümüş medal qazanmış Qas, həmin il Fransanın Tin şəhərində keçirilmiş Qış X Oyunlarının bürünc medalını qazanmışdır.[17]13 fevral2014-cü ildə Kenuorti Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının gümüş medalını qazanmışdır.
Kenuorti beynəlxalq mətbuatın diqqətini fotoqraf dostu Robin Makdonaldın onun fotosunu paylaşmasından sonra qazanmışdır. Belə ki, Qas 2014-cü ildə Soçidə olarkən dörd körpə və bir ana küçə itini xilas etmiş, dostu isə bu zaman onun şəklini çəkmişdi. O, bir aydan çox burada qalaraq, itlərin xilası ilə məşğul olmuş və onları özü ilə apara bilmək üçün sənədlər hazırlamışdır.[18][19] Onun bu fəaliyyəti sonradan Soçidə küçə itləri ilə bağlı problemlərə daha çox diqqət ayırılması ilə nəticələnmişdir.[19]
↑"Gus Kenworthy". sochi2014.com. Organizing Committee of the XXII Olympic Winter Games. 2014-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2015.