Qayalıq kərtənkələsi (növ)

Qayalıq kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qayalıq kərtənkələsi (lat. Darevskia saxicola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Uzunluğu 88 mm (balalarda 22 — 27 mm), quyruğu 156 mm-dir. Yuxarı hissədə yaşıl, qəhvəyi, zeytunu boz rəngdə olur. Sinəsində mavi gözlər fprmasına malik nöqtələr vardır.

Onlara dağlıq və qayalıq ərazilərdə, alp qurşağında daha çox rast gəlinir. 1 km maşrut üzrə 100 baş müşahidə edilir. Günlük aktiv həyat sürürlər. Qışlama dövrü sentyabr-oktyabrdan fevral-mart aylarına qədər davam edir. Yumurta qoyaraq çoxalırlar Yumurta qoyma iyun-iyul ayları baş verir. 2-6 yumurta qoyurlarki, onlarında həcmi 6-8 x 12-16 mm olur. Yetkinlik yaşına 2 ilində çatır.

Qidalanması: ikiqanadlılar, sərtqanadlılar, kəpənəklər, düzqanadlılarhörümçəklər.

Bu növ əsasən Şimali Qafqaz ərazisində: Stavropol vilayəti, Kabsrdin-Balkar və Qaraçay-Çərkəz ərazilərində rast gəlinir. Cənub arealı Kazbek dağının şimal-şərq yamacları boyunca yayılmışdır. Eyni cinsə daxil olmalarına baxmayaraq bircə Darevskia lindholmi ümumi arealdan kənarda yayılmışdır.

Əvvəllər bu növ Lacerta saxicola — Eversmann, 1834. Mem. Soc. Natural. Moscou, (2), 3: 349. daxil edilirdi. Sonra isə Qayalıq kərtənkələləri cinsinə daxil edilir.

  • Lacerta muralis fusca var. saxicola — Bedriaga (part.), 1886: 195.
  • Lacerta saxicola var. brauneri — Mehely, 1909
  • Lacerta saxicola darevskii Szczerbak, 1962. Zool. j., т. XLI. 9: 1380.Terra typica: Krasnodar diyarı, 50 km Maykondan cənubda.
  • Lacerta saxicola szczerbaki Lukina (Лукина), 1963. Изв. Ан АзССР, № 6: 57. Типовая территория: окрестности Анапы.
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.