Qon Friks | |
---|---|
yap. ゴン=フリークス | |
| |
İlk görünmə | OVÇU × OVÇU manqasının 1-ci fəsli: "Gediş Günü" (1998) |
Yaradan | Yoşihiro Toqaşi |
Məlumat | |
Cinsi | kişi[d] |
Peşə | peşəkar ovçu |
Əlaqələri | Killıa Zoldik, Kurapika, Leorio Paradinayt |
Qon Friks (ゴン=フリークス, Gon Furīkusu?) — Hunter × Hunter-ın baş rolu. Bir Ruki[qeyd 1] olan Qon, həmçinin bir Xarabalıq ovçusu[qeyd 2] olan Cinq Friksin oğludur. Onu kiçik yaşda ovçuluğa getmək üçun tərk edən atasını tapmaq Qonun ovçu olmaq xəyalına çatmasındakı ən böyük motivasiyadır.[fə. 1]
Seriyanın əksər hissəsinin — Ovçu Sınağı, Zoldik Ailəsi, Cənnət Arenası, Acgözlük Adası və Ximera Qarışqaları bölümlərinin ana baş rolu olan Qon eyni zamanda York-Nyu Şəhəri bölümünün ikinci baş rolu olmuşdur.
Macəra axtarışındakı atletik, kəndli və istiqanlı bir oğlan olan Qon habelə riyaziyyatda heç də yaxşı deyil — dördrəqəmli ədədlər onun beyninin həddən artıq isinməsinə bəs edir. Kiçik yaşlardan bəri təbiətdə çox vaxt keçirməsinin nəticəsində isə o, heyvanlarla yaxşı yola gedə bilir.
Bütün seriya
Ayrı-ayrılıqda mövsümlər