Qriqori Ştern | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 iyul (6 avqust) 1900 |
Vəfat tarixi | 28 oktyabr 1941[1] (41 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Xidmət illəri | 1919-cu ildən |
Rütbəsi | general-polkovnik |
Döyüşlər |
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qriqori Ştern (rus. Григорий Михайлович Штерн,24 iyul (6 avqust) 1900 – 28 oktyabr 1941[1], Kuybışev) — Yəhudi əsilli sovet zabiti, General-polkovnik. İspaniyada vətəndaş müharibəsi zamanı hərbi müşavir vəzifəsində çalışıb. Xalxin-Qol döyüşü və SSRİ–Finlandiya müharibəsi zamanı fərqlənmiş və bu xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adını almışdır.
Antisovet təşkilatlardan birinə üzv olmaqda günahlandırılaraq 1941-ci ilin iyun ayında həbs edilmişdir. Lavrenti Beriyanın 1941-ci ildə İosif Stalinə edam edilməsini təklif etdiyi 46 generalın siyahısında Şternin də adı vardı.
Qriqori Ştern Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində, Lavrenti Beriyanın şəxsi göstərişi ilə 1941-ci ilin 28 oktyabr tarixində keçmiş Kuybişev, indiki Samara şəhərində güllələnərək edam edilib.[2]
Qriqori Ştern 1900-cü ilin 6 avqust tarixində Rusiya imperiyasının Kiyev qubernatorluğunun Smila şəhərində yəhudi ailəsində anadan olub. Hərbi karyerasına 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasına qoşulub və elə həmin ildə Qızıl Orduda briqada komissarı kimi fəaliyyətə başlamışdır. Ştern 1929-cu ildə Qırmızı Ordunun Hərbi Akademiyasını bitirib və Hərbi İşlər üzrə Xalq Komissarlığında işləyib. 1936-cı ildə 7-ci Süvari Diviziyasının komandiri təyin edilib.
Ştern 1937-ci ilin yanvarından 1938-ci ilin aprelinə qədər İspaniya vətəndaş müharibəsi zamanı İspaniya Respublika Ordusunda Sovet hərbi müşaviri kimi xidmət edib.[3] İspaniyadan qayıtdıqdan sonra Ştern, tezliklə Böyük təmizləmədə edam ediləcək Vasili Bluxerin əmri ilə Uzaq Şərq Cəbhəsinin qərargah rəisi təyin olunmuşdur. 1938-ci ilin iyul və avqust aylarında Xasan gölü döyüşü zamanı Bluxerin əks-hücumlrı uğursuzluqla nəticələnir və Ştern əməliyyat komandiri təyin edilir.
Xasan gölü döyüşündə Ştern sayca üstün olan yapon qüvvələrini üstələməyi bacarır və yaponların əlində olan strateji təpəni ələ keçirir. Sovet ordusunun şiddətli hücumu yaponları 11 avqust tarixində atəşkəsə məcbur etmişdi və burada Qriqori Şternin böyük rolu vardı. 31 avqustda İosif Stali Uzaq Şərh Cəbhəsini ləğv etmək qərarı vermişdir. Qərarın verilməsinin əsas səbəblərindən biri həmin birləşmənin özünü doğrultmaması və lazım olan formada effektiv olmamasından ibarət idi.
Ştern qısa müddət sonra I Qırmızı Bayraq Korpsunun komandiri təyin olunur[4] və 1939-cu ilin 9 fevral tarixində II dərəcəli Komandarm hərbi rütbəsinə layiq görülür.[a] 1939-cu ilin yazında və yayında Yaponiya imperiyası ilə SSRİ arasında baş vermiş bir sıra sərhəd döyüşlərin Xalxin-Qol döyüşünə çevrildikdən sonra həmin ilin 5 iyul tarixində Ştern Uzaq Şərqdəki bütün sovet birləşmələrinin koordinasiya edən cəbhə qrupunun komandanı təyin edilmişdir.
Əvvəlcə Georgi Jukovun rəhbərliyi altında təşkil edilmiş 57-ci Xüsusi Atıcı Korpusda fəaliyyət göstərmiş, dah asonra həmin korpus I Sovet-Monqol Ordu Qrupuna çevirilmişdir. Sovet ordusu tərəfdən Xalxin-Qol döyüşünün birinci komandanı Georgi Jukov olsa da, Şternin yüksək rütbəli zabit kimi kifayət qədər müstəqilliyi vardı və müharibənin gedişatında öz töhfələrini verə bilmişdir.
Yaponiya imperiyasına qarşı aparılan və dörd ay davam etmiş Xalxin-Qol döyüşündə sovet əks-hücumlarının planlaşdırılmasında oynadığı rola və hərbi vəzifələrini icra edərkən göstərdiyi igdiliyə, şücaətə görə Qriqori Ştern 1939-cu ilin 29 avqust tarixində Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşür.[5]
1939-cu ilin noyabrda Finlandiya və Sovet Sosialist Respublikaları İttifaqı arasında başlamış Qış müharibəsi zamanı Ştern VIII ordunun komandiri təyin edilmişdir. Qış müharibəsindən sonra Sovet ordusu ənənəvi hərbi rütbələri bərpa edir və Şternə müvafiq olaraq general-polkovnik ali hərbi rütbəsi verilir. General-polkovnik ali hərbi rütbəsi ona 1940-cı ilin 5 iyul tarixində verilmişdir. 1940-cı ilin 22 iyun tarixində Uzaq Şərq Cəbhəsinin komandiri təyin edilmişdir.[3]
1941-ci ilin 7 iyun tarixində Qırmızı Ordu daxilində başladılmış yeni təmizləmə kampaniyası çərçivəsində həbs edilmişdir. Dəhşətli işgəncələri ilə tanınan Lev Şvartsman tərəfindən ağır işgəncələrə məruz qalmış, bədəninə tok verilmiş və sağ gözü[6] çıxarılmışdır. Vətən xəyanətdə ittiham olunan general 1931-ci ildən etibarən Qırmızı Ordu daxilində Lev Trotski təbliğatı aparmaq və onun banisi olduğu trotskiçilik nəzəriyyəsini yaymaqda günahlandırılır.
Məruz qaldığı ağır işgəncələrdən sonra Lev Trotski tərəfdarı olduğunu etiraf etmiş, 1941-ci ilin 28 oktyabr tarixində keçmiş Kuybişev, indiki Samara şəhərində güllələnərək edam edilmişdir.[7] Ştern digər tərəfdən alman cəsusu olmaqda da günahlandırılıb. İosif Stalinin ölümündən sonra 1954-cü ilin avqust ayında bəraət almışdır.[3][8]
Smushkevich Yakov.
Smushkevich Yakov.