Qurgen Dalibaltayan

Qurgen Dalibaltayan
erm. Գուրգեն Հարությունի Դալիբալթայան
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1926(1926-06-05)[1][2]
Doğum yeri
Vəfat tarixi 1 sentyabr 2015(2015-09-01)[2] (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Sovet Ordusu[2], Ermənistan Quru Qoşunları[2]
Xidmət illəri 1947-ci ildən
Rütbəsi general-polkovnik[2]
Döyüşlər
Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni "Döyüş xidmətlərinə görə" medalı “Əmək igidliyinə görə” medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
1-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)
Ermənistanın Milli Qəhrəmanı "Hərb xaçı" ordeni (Ermənistan) 1-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan) "Vətən qarşısında xidmətlərinə görə" medalı "Marşal Baqramyan" medalı "Qüsursuz xidmətə görə" medalı (Ermənistan)

Qurgen Harutyun oğlu Dalibaltayan (5 iyun 1926[1][2], Böyük Swift[d][1][2]1 sentyabr 2015[2], İrəvan[2]) — erməni əsilli SSRİErmənistan hərbiçisi, Ermənistan ordusunun yaradıcılarından biri, "qəhramanı", Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi əməliyyatların aktiv iştirakçısı, Ermənistan silahlı qüvvələrinin general-polkovniki.

Bu soyad "Dəlibaltayan", azərbaycanlılardan oğurladıqları yüzlərlə soyadlardan biridir. Bu soyadın mənbəyi ermənilərin türkləri qətlə yetirdikləri Türkiyənin Qars vilayətində günahsız insanları işgəncə ilə, qadın, uşaq, qoca demədən işgəncə verib, balta ilə doğrayan bir nəslin nümayəndələrinə verilən "dəli baltalar" ləqəbindən götürülüb.

Müsahibələrinin birində baba qardaşının Göycə mahalında, Andranik Ozanyanın dəstəsində Şişqaya, Zod və digər kəndlərdə günahsız azərbaycanlıları qətlə yetirən dəstənin baş bilənlərindən olduğu ilə fəxr edən Dalibaltayan daim bu fikirləri erməni millətinə təlqin etmişdir. O zaman, Göycə mahalında 150 kənddən 30-u yerlə-yeksan edilmiş, sonrakı geriyə dönmək məqamında da həmin kəndlərdə yaşayan olmamışdı, yəni, əhali qalmamış, eləcə də BasarkeçərÇəmbərək bölgəsinin 60-dan artıq kəndinin əhalisi amansız zülmün, xüsusilə də, terror əməliyyatının qurbanı olmuşdur.

Məhz bu terrorçuların davamçısı, onların əməllərini özünə soyad götürüb, daşıyıçısı olan Qurqen Harutyun oğlu Dalibaltayan SSRİ-də yüksək hərbi vəzifələrdə xidmət etmiş, XX əsrin 90-cı illərdə Ermənistana gələrək babasının etdiyi eyni hərəkətləri Şuşada etmişdir. Bunun nəticəsində Şuşada 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Vəfatından sonra Ermənistan ictimayəti həmin cəlladı xalqın qəhrəmanı, igid oğlu, xilaskarı kimi dəfn edir. Bu dəfə erməlilər üçün balta igidlik rəmzinə çevriləcək.

1926-cı ildə Gürcüstanın Ninoçminda rayonunda anadan olmuş Dalibaltayan SSRİ ordusunda yüksək vəzifələr tutub. 1991–1993-cü illərdə Ermənistan ordusunun baş qəraragh rəisi və müdafiə nazirinin 1-ci müavini olan Dalibaltayan 1992-ci ildə Şuşanın alınması ilə nəticələnən "dağlarda toy" əməliyyatının planını cızanlardan biridir[3].