Qırmızı nöqtəli ayıca | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: ???: Qırmızı nöqtəli ayıca |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qırmızınöqtəli ayıca (lat. Utetheisa pulchella) — pulcuqluqanadlılar dəstəsinə aid nadir növ.
Qanadları açılmış halda 38-40 mm-dir. Ön qanadları sarımtıl-ağdır, bəzən ağ rəngdə olur. Üzərində səpələnmiş halda kiçik qara nöqtələr və onların arasında bir qədər iri qırmızı nöqtələr var. Qanadların zirvəsində aypara şəklində qara rəngli ləkə, onun altında aşağıya doğru 6 ədəd qara rəngli kiçik nöqtələr düzülmüşdür. Arxa qanadlar tamam ağdır, ətrafı qara rənglə haşiyələnmişdir, haşiyənin yuxarı və orta hissəsi enlidir. Qanadın kənarlarında olan saçaqlar ağdır. Başı və döşü sarımtıl-ağ rəngdədir. Qarıncığı ağdır, azacıq tutqundur.[1]
Rusiya və Avropanın cənubunda, Azərbaycanda isə Kür-Araz düzənliyində, Abşeronda və Talışın dağ-səhralığında yayılmışdır. Abşeronda 5, Talışda 10 kəpənəyi tutulmuşdur.
Düzən və dağ-səhra biotoplarında yaşayır. Həyat tərzi öyrənilməmişdir. Kəpənəyi may-oktyabr aylarında uçur. Tırtılı may-iyunda və payızda bağayarpağı, heliotrop, yaddaş çiçəyi, qızartıotu və digər ot bitkiləri üzərində yaşayır. Bir nəsil verir.[2]
Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Rusiya Federasiyasının Qırmızı kitabına daxil edilmişdir. Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.