Qızılı daban balığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qızılı daban balığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
Carassius carassius | ||||||||||
|
Qızılı daban balıq (lat. Carassius carassius) — Bədəni hündür olub qızılı rəngə çalır. Hazırda Kür ətrafında çox yayılıb və Cənubi Xəzərdə öz arealını daim genişləndirməkdədir. Sakit axan, oksigeni az olan lilli sahələrdə yaşayır. Qızılı dabanbalığı o qədər də böyük deyil. Uzunluğu 12–25 sm, kütləsi 50–400 q, bəzən 500–600 q olur. 2–4 yaşında cinsi yetişkənliyə çatır. Kürütökmə suda temperatur 17–18 °C olduqda baş verir. Məhsuldarlığı 100–450 min ədəd kürüdən ibarətdir. Kürüləri yapışqanlıdır, su bitkilərinin üzərinə yapışır. Onlar həşərat sürfələri və xırda ilbizlərlə qidalanır. Vətəgə əhəmiy yəti azdır. Qızılı dabanbalığı çəki, karp, külmə və s. kimi qiymətli balıqların qidalandığı orqanizmlərlə yemləndikləri üçün balıq təsərrüfatı məhsuldarlığının aşağı düşməsinə səbəbolur.[1]