Qəzəbin yumruğu (film, 1972)

Qəzəbin yumruğu
ing. Fist of Fury
Janr Döyüş filmi
Rejissor Lo Vey
Prodüser Reymond Çou
Ssenari müəllifi Lo Vey
Baş rollarda Brüs Li
Nora Myao
Operator Çan Çin-kui
Bəstəkar Cozef Ku
İstehsalçı Golden Harvest
İlk baxış tarixi 22 mart 1972
Müddət 108 dəqiqə
Büdcə $100 000 HKD
Gəlir $4,431,423 Honq Konq dolları
$3,400,000 ABŞ dolları
Ölkə Honkonq Honkonq
Dillər Mandarin dili
Kanton dili
İl 1972
Rəng rəngli
IMDb ID0068767
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzəbin yumruğu (ing. Fist of Fury, kantonca: 精武門 — Jing wu men) — 1972-ci ildə Brüs Linin iştirakı ilə çəkilən döyüş filmidir.

Filmdə baş verən hadisələr XX əsri əvvəllərində baş verir. Çen Zen "Cinqvu" məktəbinin əsasını qoyan müəllimi Ho Yuantszyanın ölüm xəbərini eşidir və Şanxaya geri dönür. Honqkou dojosunun sahibi Suzuki tərcüməçisi Vu En və adamları ilə birlikdə yas mərasiminə plakat göndərir və onun üzərində "Şərqi asiyanın xəstələri" ifadələri dərc olunmuşdur. Bu isə XIX əsrin sonları, XX əsrin əvvəllərində çinlilər üçün təhqir hesab olunurdu. Bu hadisədən sonra Çen Zen Honqkou dojosuna təkbaşına gedir və plakatı onlara geri qaytarır. Bu zaman dojonun müəllimi Yoşida və onun tələbələri ilə mübarizə aparır. Çen Zen onları məğlub edir.

Çen Zen parka gedən zaman qadıdakı mühafizəçi onu içəri buraxmır. Mühafiəçi parka itlərə və çinlilərə qadağan olmasını qeyd edir. Bu zaman parka bir qadın iti ilə daxil olur. Çen Zen onun nə üçün parka daxil olduğunu soruşan zaman mühafizəçi yenidən qeyd edir ki, onun üçün parka giriş qadağandır. Parka daxil olmağa hazırlaşan Yaponlar onu öz tərəflərinə çağırırlar. Yaponlar ona parka daxil olmaq üçün it kimi hərəkət etməsini təklif edirlər. Bu zaman Çen Zen döyüşərək onları məğlubiyyətə düçar edir və buranı tərk edir. Ardınca Honqkou dojosunun müəllimi Yoşida, tələbələri ilə birlikdə "Çinqvu" məktəbinə hücum edir. Bir müddət sonra bura Çen Zen gəlir və bu hadisədən bərk kədərlənir. Gecə vaxtı müəllimini zəhərləyən şəxslərin Tien və Fenq Quişi adlı tələbələrin olduğunu başa düşür. Çen Zen onları öldürürür və Suzukini öldürmək üçün məktəbi tərk edir. Günlərin birində Çen Zen "Cinqvu" məktəbinin tələbələrindən biri olan Yuana öz sevgisini etiraf edir.

Bir müddət sonra Çen Zen Suzukinin tərcüməçisi Vu Eni öldürür. Çen Zen qoca şəxs cildində Suzukinin evinə daxil olmağı bacarır və burada Rusiyalı döyüşçü Petrovun məharətini müşahidə edir. Gecə vaxtı Çen Zen Suzukinin dojosuna gedir. Burada onun tələbələri ilə mübarizə aparır. Suzukinin dojosunun müəllimi olan Yoşidanı və sıra mühüm şəxsləri öldürür. Suzukini öldürmək üçün ilk növbədə Petrovla döyüşür və onu öldürməyi bacarır. Ardınca Suzuki ilə mübarizə aparır və öldürür. Bu hadisədən sonra "Cinqvu" məktəbinə geri dönür və polislərə təslim olur. Çen Zen əvəzində Müfəttiş Lodan məktəbinə zərər vurmayacağı barəsində söz verməsini istəyir. Müfəttiş Lo onunla razılaşır. Çölə çıxan zaman insanları etirazını və polislərin onu öldürmək üçün silahlı vəziyyətində hazırlandıqlarını müşahidə edir. Bu zaman Çen Zen qaçaraq yükəkdən təpik zərbəsi vurur. Bu epizod saxlanılır və atəş səsləri eşidilir.

Ad Rol Qeydlər
Brüs Li Çen Zen Döyüş ustası
Nora Myao Yuan Li Er Cinqvu məktəbinin tələbələrindən biri
Ceyms Tien Fan Chia-chi Cinqvu məktəbinin tələbələrindən biri
Riki Haşimoto Hiroşi Suzuki Honqkou dojosunun başçısı
Yi Fenq Yoşida Honqkou dojosunun müəllimi
Robert Beyker Cənab Petrov Rusiyalı döyüşçü
Pol Vey Vu En Suzukinin tərcüməçisi
Lo Vey Müfəttiş Lo Çinli polislərin başçısıdır
Kori Yuen rolu yoxdur Suzukinin tələbələrindən biridir
Yuan Byao rolu yoxdur Suzukinin tələbələrindən biridir
Yuen Vah rolu yoxdur Suzukinin tələbələrindən biridir
Ceki Çan rolu yoxdur kaskadyor

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]