Ramiz Qəmbərov | |
---|---|
Ramiz Bulud oğlu Qəmbərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Təltifləri |
Qəmbərov Ramiz Bulud oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü.
Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür[1]
Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir.
Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Ramiz Qəmbərov haqqında rejissor Kəmalə Musazadənin quruluşunda “Şuşalı şəhid” adlı film çəkilir.[2]