Ravensbrük həbs düşərgəsi (alm. Konzentrationslager Ravensbrück) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın paytaxtı Berlin şəhərinin 85 km şimalında yaradılmış nasist həbs düşərgəsi.
Ravensbrük həbs düşərgəsindən qadın məhbusların saxlanılması ücün istifadə edilmişdir. Düşərgə SS lideri Henrix Himmlerin əmrinə əsasən 1938-ci ilin noyabr ayında inşa olunmuş və inşa prosesi 1939-cu ilin may ayında yekunlaşmışdır. Ravensburyukda saxlanılan qadınların ilkin sayı 900 nəfər olmuşdur. SS-in göstərişinə əsasən Saksoniyada yaradılmış Lixtenburq qadın həbs düşərgəsi ləğv olunmuş və orada saxlanılan qadın məhbuslar Ravensburyuk həbs düşərgəsinə göndərilmişdir. 1942-ci ilin sonlarına olan məlumata əsasən düşərgədə 10 min nəfər qadın saxlanılırdı. 1945-ci ilin yanvar ayında düşərgədə saxlanılan məhkum sayısı 45 min nəfərə yüksəlmişdir.