Rayan Qoslinq | |
---|---|
ing. Ryan Thomas Gosling | |
Doğum tarixi | 12 noyabr 1980[1][2][…] (44 yaş) |
Uşağı | 2 |
Partnyoru |
|
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, aktyor, qastronomçu, film prodüseri, kinorejissor, ssenarist, müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1993-cü ildən |
Boyu | 1,835 m |
Mükafatları | |
IMDb | ID0331516 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayan Tomas Qoslinq (ing. Ryan Thomas Gosling; 12 noyabr 1980[1][2][…]) — Kanadalı aktyor. Onun çəkildiyi filmlər dünya miqyasında 1,9 milyard ABŞ dollarından çox gəlir əldə etmişdir. O, La La Lend filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Rayan Tomas Qoslinq London, Ontarioda anadan olub.[3] Onun atası, Tomas Rey Qoslinq kağız istehsal edən kombinatın kommivoyajeri qismində çalışırdı,[4] anası Donna Qoslinq isə 2011-ci ildən məktəbdə müəllim qismində kvalifikasiya olunmuş katibədir.[5][6] Onun atası Kanadalı-fransızdır.[7][8] Qoslinqin valideynləri dini baxımdan mormon idilər[9] və Rayanın dediyinə görə, bu dini inanc hər bir aspektdən onun həyatına təsir göstərib.[10] Atasının işinə görə onlar tez-tez başqa yerlərə köçürdülər[4] və buna görə də Rayan Kornuollda[11] və Börlinqtonda yaşayırdı.[12] O hələ uşaq olarkən onun valideynləri boşanırlar və Rayan öz bacısı Mendi ilə anası ilə yaşayırdılar.[5]
Ailə: atası Tomas Qoslinq (ing. Thomas Gosling), anası Donna Qoslinq (ing. Donna Gosling), bacısı Mendi Qoslinq (ing. Mandi Gosling). Rayan təhsilini Börlinqtonda yerləşən Lester B Pearson High School və Kornuol Gladstone Public School'da almışdı. Sevdiyi musiqiçi — Çet Beykerdir. Sevdiyi yemək — kalmarlardan hazırlanmış bütün xörəklər. Sevdiyi rəng — göy. Sevdiyi film — Steynbekin eyniadlı romanı əsasında ekranizasiya olunmuş «Cənnətdən şərgdə» (ing. East of Eden) adlı filmdir[13].
2008-ci ildə Qoslinq Barak Obamanın prezident kampaniyasını dəstəkləmişdi.
Ev heyvanları: Rayanın itlərin saxlandığı müəssisədə öldürülməkdən xilas etdiyi, Corc adında köpəyi və 2 pişiyi var. Qoslinqin evləri Torontoda və Los-Ancelesdə yerləşir.
(2002—2003-cü illərdə) Sandra Bullok ilə görüşürdü[14], o həmçinin Famke Yanssen (2007—2008) və Ceymi Mürrey (2009—2010) ilə də görüşürdü[15]. Hazırda Rayan aktrisa Yeva Mendeslə əlaqədədir.[16][17]
Rayanın bədənində bir neçə tatuirovka da var[18][19].
Rayan Zak Şilds ilə, onların Makadms bacıları ilə görüşdüyü zaman (Zak Keylin ilə görüşürdü) tanış olmuşdu. İlk öncə oğlanlar bir-birini xoşlamırdılar, lakin hər ikisinin hər növ zombi, bədheybət, gülyabanilərlə maraqlandığını bildikdən sonra, onlar özlərinin ümumi ideyalarını həyata keçirilməsi məqsədilə birgə layihə yaratmaq qərarına gəldilər. 2008-ci ilin dekabr ayında onlar «In The Room Where You Sleep» adlı albom və mahnıya videoklip buraxırlar.[20] Onlar Silverlake uşaq xor konservatoriyası ilə birgə debyut albom yazırlar, Rayan özü bir sıra musiqi alətlərində çalmağı öyrənir. Qoslinq fortepiano, gitara, bas-gitara və violonçeldə çalmağı öyrənir.[21] Albom 6 oktyabr 2009-cu ildə ANTI- Records şirkətilə buraxılmışdı.[22] Pitchfork Media albomun "yaddaqalan, unikal"[23], Prefix isə əksinə, albomun "yersiz kitç və vulqar" olduğunu qeyd etdilər.[24]
Qoslinq müxtəlif sosial kompaniyalarda həmişə yardımçı olur. O həmçinin KFC və McDonalds şirkətlərin ətlik quşların kəsilməsinin təkmilləşdirilmiş üsullarla istifadəyə təşviqi və fermalarda çalışan işçilər tərəfindən süd qətirən inəklərin buynuzlarının kəsilməməsi məqsədilə PETA ilə əməkdaşlıq etmişdir.[27][28][29] Qoslinq 2005-ci ildə Mississipidə baş vermiş Katrina qasırğasından sonraki təmizləmə işlərinə volontyor qismində qatılmışdı.[30] 2005-ci ildə Rayan Çadda yerləşən Darfur qaçqın düşərgələrinə səfər etmişdi.[31]. O 2008-ci ildə Campus Progressin düzənlədiyi Milli Konfransda Darfur haqqda məruzəçi qismində çıxış etmişdi.[32] Bu proekt çərçivəsində Rayan 2007-ci ildə Uqandanı[33], 2010-cu ildə isə Şərgi Konqonu ziyarət etmişdi.[34]
İl | Ad | Rol | Qeydlər |
---|---|---|---|
1997 | Frankenstein and Me | Kenny | |
2000 | Remember the Titans | ||
2001 | The Believer | Danny Balint | |
2002 | Murder by Numbers | Richard Haywood | |
The Slaughter Rule | Roy Chutney | ||
2003 | The United States of Leland | Leland P. Fitzgerald | |
2004 | The Notebook | Noah Calhoun | |
2005 | Stay | Henry Letham | |
2006 | Half Nelson | Dan Dunne | |
2007 | Fracture | Willy Beachum | |
Lars and the Real Girl | Lars Lindstrom | ||
2010 | Blue Valentine | Dean Pereira | Also executive producer |
All Good Things | David Marks | ||
ReGeneration | Narrator | Documentary; also producer | |
2011 | Crazy, Stupid, Love | Jacob Palmer | |
Sürücü | Sürücü | ||
The Ides of March | Stephen Meyers | ||
2012 | The Place Beyond the Pines | Luke Glanton | |
2013 | Qanqsterlər dəstəsi | Sgt. Jerry Wooters | |
Only God Forgives | Julian | Also executive producer | |
White Shadow | N/A | Executive producer only[35] | |
2014 | Lost River | N/A | Director, writer and producer only |
2015 | The Big Short | Jared Vennett | |
2016 | The Nice Guys | P.I. Holland March | |
La La Lend | Sebastian Wilder | ||
2017 | Song to Song | BV | |
Ülgüc üzərində qaçan 2049 | Officer K | ||
2018 | First Man | Nil Armstronq | |
2022 | The Gray Man | Courtland Gentry "Sierra Six" | |
2023 | Barbi | Ken | |
2024 | The Fall Guy | Colt | Post-production |
İl | Ad | Rol | Epizod və qeydlər |
---|---|---|---|
1993–1995 | Mickey Mouse Club | Kameo | Teleserial |
1995 | Are You Afraid of the Dark? | Jamie Leary | 5.02 "The Tale of Station 109.1" |
1996 | PSI Factor: Chronicles of the Paranormal | Adam | 1.01 "Dream House/UFO Encounter" |
1996 | Kung Fu: The Legend Continues | Kevin | 4.09 "Dragon's Lair" |
1996 | Road to Avonlea | Bret McNulty | 7.09 "From Away" |
1996 | Goosebumps | Greg Banks | 1.15 "Say Cheese and Die" |
1996 | The Adventures of Shirley Holmes | Sean | 1.01 "The Case of the Burning Building" |
1996 | Flash Forward | Scott Stuckey | 1.11 "Double Bill" y 1.21 "Skate Bait" |
1996 | Ready or Not | Matt Kalinsky | 4.05 "I Do, I Don't" |
1997–1998 | Breaker High | Sean Hanlon | Teleserial |
1998 | Nothing Too Good for a Cowboy | Tommy | Televiziya filmi |
1998–1999 | Young Hercules | Hercules | Teleserial |
1998–1999 | Hercules: The Legendary Journeys | Zylus | 5.17 "The Academy" |
2005 | I'm Still Here: Real Diaries of Young People Who Lived During the Holocaust | Ilya Gerber | Sənədli film[36] |