Rayani Air | |||||||
---|---|---|---|---|---|---|---|
![]() | |||||||
|
|||||||
Təsis olunub | 19 yanvar 2015 | ||||||
Fəaliyyəti dayandırıb | 9 iyun 2016 | ||||||
Donanma ölçüsü | 2 | ||||||
Təyinat məntəqələri | 5 | ||||||
Qərargahı | Malayziya | ||||||
Saytı | rayaniair.com | ||||||
![]() |
"Rayani Air" — Malayziyanın İslami qaydalara əməl edən ilk aviaşirkəti.[1] İlk uçuşunu həyata keçirdikdən 5 ay sonra maliyyə çatışmazlıqları səbəbindən fəaliyyətini dayandırmışdır.
"Rayani Air" şirkəti 19 yanvar 2015-ci ildə yaradılmışdır. Həmin ilin dekabr ayının 20-də fəaliyyətə başlamışdır. Şirkət ilk səfərini paytaxt Kuala-Lumpurdan Lanqkavi adalarına həyata keçirmişdir.[1]
Şirkətin təyyarələrində qalxış və enişlərdən əvvəl dualar oxunur.[1] Stüardessaların hicab örtməsi məcburidir.[1] Sərnişinlərə təqdim olunan bütün məhsullar halaldır.[1] Ətli yeməklər İslami qaydalara uyğun kəsilən heyvanların ətləri istifadə edilməklə hazırlanır.[1] Donuz və spirtli içkilər uçuşlarda qətiyyən qadağadır.[1]
9 aprel 2016-cı ildə Rayani Airin həmtəsisçisi növbəti elana qədər bütün əməliyyatları dayandırdıqlarını elan etdi.[2][3]
Malayziya Aviasiya Kommissiyası 13 iyun 2016-cı ildə Rayani Airin uçuşları həyata keçirmək üçün maliyyə və idarəetmə çatışmazlıqları ilə əlaqədar lisenziyasının ləğv edildiyini açıqladı.[4]