"Riot Games" 2006-cı ildə təşəbbüskar oyunçular Brandon Beck və Marc "Tryndamere" Merrill tərəfindən oyun şirkəti olmaq məqsədilə yaradılmışdır.[1] Şirkət bu məqsədlə ilk məhsulu kimi 2009-cu ilin oktyabrında "League of Legends" oyununu istifadəyə vermişdir.[1][12] 1 may 2012-ci ildə şirkət 5 milyon dollar mükafatlı Mövsüm 2 Çempionatını (Season 2 Championship) eSports turniniri elan etmişdir.[13]
Onların diqqətəlayiq təcrübəli işçiləri mövcuddur.[14][15] "Warcraft 3 Defense of Ancients" (digər adı ilə Dota) keçmiş işçilərindən olan Stiv "Guinsoo" Feak,[16][17] Defense of Ancients oyununun fansaytının qurucusu Stiv "Pendragon" Mescon, həmçinin də şirkətin işçi komandasının tərkibində Tom Cadwell də daxil olmaqla onlarla Blizzard heyətinin işçiləri mövcuddur.[18]
2011-ci ilin noyabr ayında dərc edilmiş tədqiqat hesabatlarına əsasən, 2011-ci ilin noyabr ayına qədər League of Legends oyununun oyunçularının sayı 32 milyona çatmışdır.[19] Bunların 11 milyonu aylıq aktiv oyunçulardırlar. Oyunun gündəlik ortalama oyunçu sayı isə 4,2 milyondur. 2012-ci ilin mart ayında League of Legends Koreya oyun bazarında I yerə yüksəlmişdir.[8][20] Aktiv oyunçularının təxminən 5%-i Tayvandadır. Bu, təxminən 1 milyonluq aktiv server (istifadəçi) deməkdir. League of Legends oyununun müvəffəqiyyətinin arxasında 2011-ci ildə qəbul etdiyi aqressiv böyümə dayanır.[21][22] Riot Games 2011-ci ildə 150 nəfərlik əlavə ştatlar açmış və komandasını təcrübəli işçilərlə daimi olaraq təkmilləşdirmişdir.[13][23]
Riot Games, Venture Capital tərəfindən təmin edilən təxminən 1 milyon dollarlıq büdcə ilə League of Legends oyununu inkişaf etdirməyə başlamış[13] və ilk işdən sonra onu dəstəkləyən Benchmark Capital və FirstMark Capital kimi investorların sayəsində bu büdcə 8 milyon dollara çatmışdır[1].
Riot Games League of Legends oyununun distribütor hüquqları üçün ilk mərhələdə Asiya, Avropa və Şimali Amerikaregionlarında distribütor müqavilələri imzalamışdır.[13][24][25] Hal-azırda Avstraliya, Amerika, Türkiyə, Rusiya, Sinqapur, Malayziya, Braziliya, Tayland, Kanada, Koreya, Çin, Şimali və Cənubi Avropanı əhatə edən geniş şəbəkəyə malikdir.[26] Tencent Inc. adlı Çin şirkəti tərəfindən onlayn formada distribütorluğu həyata keçirilir. 14 iyul 2009-cu ildə League of Legends oyununun pulsuz olacağı elan edilmiş, lakin özündə əlavə kostyumlar, 20 kilidi açılmış personaj və 4 pulsuz rundan ibarət olan xüsusi versiyası da, 10 milyon dollara satışa təqdim edilmişdir.[27][28] Ancaq oyun pulsuz olaraq qalmağa davam etmişdir. Riot Games şirkətinin planı daimi olaraq oyuna məzmun (simvollar, runlr və s.) əlavə etməklə oyunu zənginləşdirmək idi.[29] Buna görə əvvəllərdə təxminən iki həftədən bir yeni çempionlar buraxmağa başladılar. Onlar Avropa sərhədləri daxilində lisenziya müqavilələri vasitəsilə Riot GOA ilə şərik oldular[30]. Avropanın ən böyük oyun serveri hesab olunan Orange's Content Division ilə əməkdaşlığa başladılar.[31] 13 oktyabr 2009-cu ildə Avropa serverlərinin qapıları oyunçuların üzünə açılmışdır. Beləliklə də, avropalı oyunçular Amerika serverlərində oynamaq problemindən xilas olmuşdular.[1][32]
19 iyul 2012-ci ildə Riot Games League of Legends oyununun Braziliya serverləri üçün qapalı beta sınaqlarına başlamışdır. Şirkət ilk gündəki inkişaf sürəti ilə oyunu inkişaf etdirməyə hələ də davam edir.[33]
2015-ci ilin dekabr ayından etibarən şirkət tamamilə Çinin Tencent Holdinq adlı şirkətinə satılmışdır.[13][34][35]
↑Crecente, Brian. "The origin story of League of Legends". The Washington Post. October 27, 2019. November 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2020. And in their minds, the Warcraft III mod didn’t clear the way just for the birth of a new genre of gameplay known as a multiplayer online battle arena or MOBA, it also proved the viability of a still relatively young concept in gaming: Games as a service.
↑Crecente, Brian. "The origin story of League of Legends". The Washington Post. October 27, 2019. November 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2020. "We originally just wanted to be a game developer, but then when we talked to publishers at the time they were like, 'Wait, you're not going to have single player (gameplay) and you want the game to be free and virtual? What are you talking about?" Merrill said.