Robert Edvards

Robert Edvards
ing. Robert Edwards
Doğum adı Robert Geoffrey Edwards
Doğum tarixi
Doğum yeri Batley, İngiltərə İngiltərə
Vəfat tarixi (87 yaşında) (87 yaşında)
Vəfat yeri İngiltərə İngiltərə
Vəfat səbəbi xəstəlik
Elm sahəsi Ekstrakorporal Mayalanma
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Nobel mükafatı2010 Fiziologiya və tibb üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Ceffri Edvards (ing. Robert Geoffrey Edwards; 27 sentyabr 1925[1][2][…]10 aprel 2013[3][4][…], Kembric[5]) — britaniyalı fizioloq, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı.

Robert Edvards fiziologiya və tibb üzrə 2010-cu il Nobel mükafatına ekstrakorporal mayalanma (ing. in vitro fertilization) kliniki praktikaya gətirən tədqiqatlarına görə layiq görüldü. İlk uğurlu süni mayalanma Patrik Kristofer Steptou və Robert Edvards tərəfindən Böyük Britaniyada həyata keçirilib. Onların köməyi ilə 1978-ci il iyulun 25-də Luiz Coy Braun (ing. Louise Joy Brown) adlı qız dünyaya gəlib. O, bu sahə üzrə araşdırmalara 1960-cı illərdən başlayıb. 1968-ci ildə o, insanın toxum hüceyrəsini laboratoriya şəraitində mayalandıra bilib. Bir qədər sonra həmkarları ilə birlikdə yumurtaliqdan toxum hüceyrələrinin ayrılması texnologiyasını və süni mayalanmanın metodikasını təkmilləşdirib.

Edvardsın bu tədqiqatlarına münasibət fərqli idi. Xüsusilə də kilsə ekstrakorporal və süni mayalanma tədqiqatlarının insan nümunəsində həyata keçirilməsinin əleyhinə idi. Amma Edwards İngilis kilsəsindən və bir qədər sonra Gürcü kilsəsindən Süni mayalanma üçün dəstək əldə etdi.

1950-ci illərdə Edinburq Universitetində Alan Beatty-nin rəhbərliyi altında PhD dissertasiyası üzərində çalışan Edwards siçan embrionlarında xromosom zədələmələrini öyrənirdi. Bu zaman, o, fərqli genetik tədqiqatlarla yanaşı siçanların süni fertilizasiyasını da dərindən öyrənib. Bu tədqiqatlar onda insanlarda sonsuzluq probleminin süni mayalanma yolu ilə aradan qaldırmaq ideyasına gətirdi.