Robert Palmer | |
---|---|
Doğum tarixi | 11 yanvar 1909[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyun 2002[1][2] (93 yaşında) |
Dəfn yeri | |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
Robert Rozuell Palmer (ing. Robert Roswell Palmer; 11 yanvar 1909[1][2], Çikaqo, İllinoys[3][4][…] – 11 iyun 2002[1][2]) — ABŞ tarixçisi.
Prinston və Yel universitetlərində XVIII əsr Fransa tarixi üzrə ixtisaslaşmış Palmerin ən mühüm elmi əsəri 1959 və 1964-cü ildə nəşr olunmuş "Demokratik inqilab əsri: Avropa və Amerikanın siyasi tarixi 1760-1800-cü illər" (The Age of the Democratic Revolution: A Political History of Europe and America, 1760–18004) əsəridir ki, burada Palmer XVIII sonu — XIX əsrin əvvəllərində Avropa və Amerika qitəsini bürüyən demokratik inqilab çağı olan Atlantik İnqilabları araşdırmışdır. O, bu əsərin birinci cildinə görə tarix üzrə Benkroft mükafatına layiq görülmüşdür.
İllinoys ştatının Çikaqo şəhərində anadan olan Palmer dövlət məktəblərində təhsilini davam etdirmişdir. Latın dilində yazılmış əsəri üçün ümumşəhər müsabiqəsində qalib gələrək, o, tarixçi Lui Qotşalk ilə birlikdə oxuduğu Çikaqo Universitetində tam təqaüd qazanmış və 1931-ci ildə bakalavr dərəcəsini (Ph.B.) almışdır. Bundan üç il sonra - 1934-cü ildə o, Karl L. Beker ilə birlikdə Kornell Universitetinin Tarix fakültəsidə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiyası "Fransa inqilabı ərəfəsində Amerikanın müstəqilliyinin fransız ideyası” adlanır[5]
1950-ci ildə Palmerin "Müasir dünyanın tarixi" (A History of the Modern World) adlı fundamental monoqrafiyası nəşr olundu. Bu əsər altı dilə tərcümə edilmişdir və hazırda 1000-dən çox kollecdə, habelə bir çox Avropa tarixi üzrə orta məktəb kurslarında istifadə olunur. O, aydın dildə olan yazı üslubu ilə diqqət çəkir. Palmerin bu əsəri bəşər sivilizasiyasının ilk işartılarından başlamış eramızın 1300-cü ilə qədər olan dövrü əhatə edir. Mətnin əsas hissəsi Avropa tarixində Qara ölümdən Sovet İttifaqının süqutuna qədər olan hadisələri əhatə edir.
Palmer 1936-cı ildə Prinston Universitetində müəllim kimi dərs deməyə başlamış və orada təxminən otuz il işləmiş, professor elmi adını almışdır. Palmer Sent-Luisdəki Vaşinqton Universitetində incəsənət və elmlər fakültəsinin dekanı (1963-1966) olmuş, sonra Yel universitetində tədris və yazı işinə qayıdıb, burada fəxri professor kimi təqaüdə çıxıb. Palmer Berkli, Çikaqo, Kolorado və Miçiqan da daxil olmaqla bir çox universitetlərdə professor emeritus (fəxri professor) vəzifələrində çalışmış, 1977-ci ildə təqaüdə çıxmışdır.
Palmer 1942-ci ildə Ester Hovardla evlənmiş və onların üç övladı, dörd nəvəsi oldu. Onun oğlu tarixçi Stenli Palmer Arlinqtondakı Texas Universitetində tarix üzrə professordur. R.Palmerin 2002-ci ildə Nyutaun şəhərində vəfatından sonra onun Prinston Şapeldə anım mərasimi keçirilmişdir.
Sitat səhvi: <references> daxilindəki "AHA" adlı <ref> teqi əvvəlki mətndə istifadə olunmur