Roberto Burle Marks | |
---|---|
port. Roberto Burle Marx | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 avqust 1909[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyun 1994[1][2][…] (84 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
İşləri və nailiyyətləri | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Burle Marks Robertu (4 avqust 1909[1][2][…], San Paulo – 4 iyun 1994[1][2][…], Rio-de-Janeyro[3]) — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik.[5]
Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir.[5]
Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir.[5]
Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.[5]