Rogers pirakantası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Rogers pirakantası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Rogers pirakantası (lat. Pyracantha rogersiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü.
Vətəni Çindir.
Hündürlüyü 2-5 m-ə qədər olan, düz gövdəli, sıx budaqlı, həmişəyaşıl koldur. Yarpaqları ensiz, uzunluğu 4 sm-dir. Ağ, xırda çiçəkləri və xırda narıncı giləmeyvələri vardır. May-iyun aylarında çiçəkləyir, meyvələri oktyabr-noyabr aylarında yetişir. Toxumla çoxaldılır.
Abşeron şəraitinə davamlı bitkidir.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Dekorativ bitki kimi park və bağlarda tək-tək və ya qrup halında əkmək olar.