Rotterdamlı Erazm

Rotterdamlı Erazm
lat. Desiderius Erasmus Roterodamus
Doğum tarixi 28 oktyabr 1466[2][3][…]
Doğum yeri
Vəfat tarixi 12 iyul 1536[4][5] (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi dizenteriya[7]
Dəfn yeri
  • Bazel monastırı[d]
Elm sahələri Xristian fəlsəfəsi, İntibah humanizmi[1]
Elmi dərəcəsi
  • İlahiyyat doktoru[d] (1506)
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rotterdamlı Erazm[8] (lat. Desiderius Erasmus Roterodamus; 28 oktyabr 1466[2][3][…], Rotterdam, Cənubi Hollandiya[2][6]12 iyul 1536[4][5], Bazel[2]) — ilahiyyatçı, alim və yazar. Erasmus Renessans dövrünün böyük nümayəndələrindən hesab olunur. Avropa İntibahının böyük ustası və klassik ədəbiyyat tədqiqatçısı, humanist alim və ilahiyyatçı.

Enchiridion militis Christiani (1503).
Enchiridion militis Christiani (1503).

Bugünkü orta təhsili əvəz edən təhsil aldıqdan sonra Auqustin təriqətinə girərək rahib oldu. Ancaq heç bir zaman ənənəvi mənada bir rahib olaraq fəaliyyət göstərmədi; həyatını daha çox elmə həsr etmək istədiyinə görə, dini qurumlardan "cübbə geyməmək" icazəsini aldı. Paris Universitetinə daxil oldu. 1499-cu ildə İngiltərəyə gedərək, John Colet, Thomas More (Morus) kimi alimlərlə tanış oldu və bu dostluqlar nəticəsində dünyagörüşü daha da genişləndi.

Papalığın düşüncələr üzərində qurduğu hegemoniyaya qarşı çıxaraq, əsl Xristianlıq ruhunu antik çağın təbiiliyində axtarırdı. İncəsənətin və elmlərin yayılmasının, Avropanın ortaq bir incəsənət və elm mərkəzində birləşməsini, humanizmin birinci şərti sayırdı. Orijinal əsərləriylə və tərcümələriylə antik çağ düşüncəsinin Avropada yayılmasına çox böyük töhfələr verdi. Martin Lüterin islahatları başlandığı zaman, kilsənin yenilənməsi görüşündə iştirak etməsinə baxmayaraq, Xristian dünyasının parçalanmasına şiddətlə qarşı çıxdı.

1536-cı ildə Baseldə öldüyü zaman Avropanın düşüncə həyatında papaların belə ziyarətinə gəldikləri bir adam olacaq qədər nüfuza malik idi.

"Dəliliyə tərif" (orijinal adı: "Morias enkomion seu Laus stultitiae"), Erasmusun canlılığını, etibarlılığını və cazibədarlığını bu günə qədər dəyişmədən qoruya bilmiş yeganə əsəridir. Bu kiçik kitabın qaralamasını 1509-cu ilin yazında, İtaliyadan İngiltərəyə etdiyi səfər əsnasında yazan Erasmus, yazma işini İngiltərədə, dostu Tomas Morun evinə gəldikdən qısa bir müddət sonra reallaşdırdı; kitabı da Tomas Mora həsr etdi. Əsərini bir neçə gün kimi qısa müddətdə tamamlayan Erasmus, bu zaman heç bir kitabdan istifadə etməmişdir. Yumor növündə olan əsərdə iki əsas fikir hakimdir. Bunlardan birinə görə əsl müdriklik, dəlilikdir. O biri fikrə görə isə özünü müdrik sanmaq, əsl dəlilikdir. İnsana yer üzündə yaşamaq gücü qazandıran şey, əsl müdrik olmaq xüsusiyyətinə malik dəliliyin özüdür. Kitabda dəlilik (stultitia), öz özünü tərifləyir; bu əsnada uşaqlıqda və yaşlılıqda, eşqdə, evlilikdə və dostluqda, siyasətdə və döyüşdə, yazıda və elmdə dəliliyə hər zaman necə hakim olduğu göstərilir. "Dəliliyi danışdırma" adı altında Erasmus, çağının kilsəsinə və o kilsənin mənsublarına ən mərhəmətsiz tənqidləri yönəldir. Bu xüsusiyyətinə görə "Dəliliyə Tərif" əsəri illər boyunca fanatizmə qarşı qələmə alınmış ən mükəmməl şah əsərlərdən biri olmuşdur. Əsərin qələmə alınmasından sonrakı əsrlərdə -haqlı olaraq- düşüncə səviyyəsindəki fanatizmin hər cürünə yönələn tənqid deyə şərh edilmişdir, bu bəlkə də əsərin bu günə qədər dəyərini qorumağının əsas səbəbidir.

Alimin həyatı haqqında yazılmış ən maraqlı kitab isə Stefan Zveiq tərəfindən qələmə alınmış "Rotterdamlı Erasmus — Zəfəri və Faciəsi" adlı əsərdir. 

  1. 1 2 Эразм Роттердамский (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
  2. 1 2 3 4 5 6 Эразм Роттердамский // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 http://webdept.fiu.edu/~mirandas/bios1535.htm#Erasmus.
  4. 1 2 Biografisch Portaal. 2009.
  5. 1 2 BeWeB.
  6. 1 2 Houbraken A. Desiderius Erasmus // De groote schouburgh der Nederlantsche konstschilders en schilderessen (nid.). 1 Amsterdam: Arnold Houbraken, 1718. S. 17.
  7. Grace D. Desiderius Erasmus (1466/69–1536). Springer Science+Business Media. doi:10.1007/978-1-4419-1428-6_1015
  8. Азадфикирлилик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 133.