Ryuzo Torii | |
---|---|
yap. 鳥居龍蔵 | |
Doğum tarixi | 4 may 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 14 yanvar 1953[1] (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | antropoloq, arxeoloq, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Ryuzo Torii (鳥居 龍藏, Torii Ryuzo?, 4 may 1870, Tokusima – 14 yanvar 1953[1], Tokio) – Yaponiya arxeoloqu, antropoloqu, etnoloqu və folklorşünası. Çin, Koreya, Tayvan, Rusiya və digər ölkələrdə apardığı tədqiqatlara görə tanınır.
Ryuzo Torii 1870-ci ildə Yaponiyanın Tokuşima şəhərində doğulmuşdur.[2] O, gənc yaşlarından etibarən antropologiya, arxeologiya və tarixə maraq göstərmişdir.[2] 1892-ci ildə antropoloq Şoqoro Tsuboyun tələbəsi olmuş, daha sonra Tokio Universitetinin Elm kollecində nümunə təsnifçisi kimi işləməyə başlamışdır.[2] Torii antropologiya üzrə formal təhsil almasa da, Tokio Universitetinin antropologiya fakültəsinin başçısı təyin olunmuşdur.[2]
Torii 1921-ci ildə Tokio Universitetinin köməkçi professoru, daha sonra isə Kokuqakuin və Sofiya universitetlərinin professoru olmuşdur.[2] 1929-cu ildə Pekinin Yantszin Universitetinə professor kimi dəvət olunmuşdur.[2] 1951-ci ildə Yaponiyaya qayıtmış və 1953-cü ildə Tokioda ölmüşdür.[2]
Toriinin tədqiqat sahələri antropologiya, folklor, dilçilik və arxeologiya olmuşdur.[2] O, 1895–1910-cu illərdə Lyaodun yarımadası, Yalu hövzəsi, Tayvan, Kuril adaları, Mancuriya, Okinava, Monqolustan, Koreya və Saxalində tədqiqat ekspedisiyalarına başçılıq etmişdir.[2] Koreyaya 20-dən çox tədqiqat səyahəti etmiş, Pxenyan şəhərinin Nannan rayonundakı qədim tumulusları ətraflı tədqiq etmişdir.[2] Növbəti illərdə Lyao və Çzin sülalələrinin mədəniyyətini araşdırmışdır.[2]
Torii 1917-ci ildə Yaponiyanın Comon və Yayoy dövrlərinin mədəniyyətini araşdırmağa başlamış və bu iki dövr haqqında "Suvaşi" (1924, "Suva tarixi") və "Yişi izen no Nippon" (1925, "Tarixöncəsi Yaponiya") kimi elmi əsərlər yazmışdır.[2]