Sakiçi Toyoda | |
---|---|
yap. 豊田 佐吉 | |
Doğum tarixi | 19 mart 1867 |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 1930 (63 yaşında) |
Vəfat səbəbi | Beyin qansızması, ağciyər iltihabı |
Fəaliyyəti | ixtiraçı, sahibkar, mühəndis, iqtisadçı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Sakiçi Toyoda (豊田 佐吉, Toyoda Sakiçi?, 19 mart 1867, Fuçi rayonu[d][1] – 30 oktyabr 1930) – Yaponiya ixtiraçısı və sənayeçisi. Toxucu dəzgahlar sahəsindəki töhfələrinə görə tanınır. Onu "Yaponiya ixtiraçılarının kralı" adlandırırlar.
Sakiçi Toyoda 1867-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur.[2] O, İkiçi və Ey Toyoda cütlüyünün birinci oğlu idi.[2] Atası fermer olmaqla yanaşı, dülgərliklə də məşğul olurdu.[2] Sakiçi ibtidai məktəbdən məzun olduqdan sonra atasının yanında işləməyə başlamışdır.[2]
Toyoda milli məsələlərlə maraqlandığı üçün həyatını ixtiralara həsr etmək qərarına gəlmiş və toxucu dəzgahları inkişaf etdirməyə başlamışdır.[3] 1890-cı ildə Tokionun Ueno bölgəsində keçirilmiş Üçüncü Sənaye Təşəbbüskarlığı Sərgisində maşınların çoxunun xaricdə istehsal olunduğunu görmüş və yerli maşınların istehsalının vacib olduğunu düşünmüşdür.[3] O, insan gücü ilə işləyən toxucu dəzgahın dizaynını mükəmməlləşdirmiş, həmin dəzgahın məhsuldarlığını və istehsal etdiyi məhsulların keyfiyyətini artırmışdır.[3] Onun bu dəzgahı həmin dövrdə geniş istifadə olunmuşdur.[3] O, ilk dəfə 1891-ci ildə patent hüququ əldə etmişdir.[3]
1894-cü ildə iplik çarxına malik maşın ixtira etmişdir.[3] Ticarət və sənayə sahəsində qazandığı uğurlar sayəsində güc ilə işləyən toxucu dəzgahları hazırlamağa başlamış və insan gücü ilə işləyən toxucu dəzgahı 3 il ərzində tamamlamışdır.[3] Növbəti il bu ixtirasına görə patent əldə etmişdir.[3] Bu, Yaponiyada ixtira olunmuş ilk güc ilə işləyən toxucu dəzgah olmuşdur.[3]
Toyoda 1903-cü ildə avtomatik arğac toxuculuğu üçün maşın dizaynını tamamlamışdır.[3] Bu, ilk avtomatik toxucu dəzgah ixtirası olmuşdur.[3] O, avtomatik toxucu dəzgahlarını inkişaf etdirməyə davam etmiş, 84 patentin və 35 yeni modelin müəllifi olmuşdur.[3]
Toyoda xidmətlərinə görə 1912-ci ildə "Göy lent" medalı ilə, 1927-ci ildə "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur.[3]