Bu məqalə qaralama halındadır. |
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir.
Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir.
Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı[1].
Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir.
Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Böyük və çoxlu sayda ət layları olan salo «подчеревина», duzlu halda olan salo isə rus sözü olan «грудинка» və ya ingilis sözü olan «bacon» - bekon» adı ilə tanınır. Qızardılmış balaca salo tikələri «шква́рки» - cızdaq adlanır.
Əridilmiş salo «сма́лец» adlanır və kulinariya piyi kimi istifadə olunur, Avropa ölkələrində isə həm də buterbrodun üzərinə yaxılır (çox vaxt soğan, alma, göyərti əlavə edilməklə). Heyvan mənşəli ərinmiş piy həmçinin texniki məqsədlər üçün: sürtkü yağı kimi (məsələn, "смазка ПВК пушечная" [2]), sabun hazırlamaq üçün istifadə olunur[3].
Azərbaycanda, Orta Asiya ölkələrində də kulinariyada heyvan mənçəli piydən, məhz qoyun piyindən - quyruqdan istifadə olunur, bir sıra ənənəvi xörəklər məhz quyruq qatılmaqla bişirilir. Azərbaycan mətbəxinə məxsus piti, badımcan kababı və s. həmin sıradandır. Donuz (salo) və qoyun (quyruq) piyindən fərqli olaraq, mal ətinin piyi və keçi ətinin piyi yemək üçün sərbəst halda istifadə olunmur. ABŞ-da mal ətinin piy tullantıları biodizel- green diesel istehsalında tətbiq olunur. Keçi piyi Azərbaycan xalq təbabətində soyuqdəyməyə qarşı, xəstələrin massaj edilməsi üçün istifadə edilir. Rusiyada ayı piyi və porsuq yağı dərman vasitəsi kimi, su samuru (norka) yağı isə kocmetik vasitələrin hazırlanması üçün istifadə edilir.
Salo energetik kalorisi — 720[4] kKal/100 q, karbohidrogenlər — 0 q [5].