Santyaqo Bernabeu stadionu | |
---|---|
Estadio Santiago Bernabéu | |
Yeri | Madrid |
Sahibi | Real Madrid CF |
Tamaşaçı tutumu | 78.297[1] |
Ev sahibi komanda | Real Madrid CF |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Santiaqo Bernabeu stadionu[2][3][4] (ispanca. Estadio Santiago Bernabéu) — İspaniyanın Madrid şəhərində 1947-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi Real Madrid komandasıdır.
Tikinti işləri 27 oktyabr 1944-cü ildə başlayır. 14 dekabr 1947-ci ildə mərasimlə açıldığında ilk ad olaraq Estadio Chamartín seçilmişdir. 4 yanvar 1955-ci ildə isə Real Madrid, stadionun adını bugünkü adı olan "Estadio Santiago Bernabéu" olaraq dəyişdirir. Stadion tutumu dəyişənlik göstərməkdədir. 1952-ci ildə 125.000 nəfərə çatmışdır. Stadionun yenilənmə işləri əsnasında tutumu azaldılmışdır. Bunun səbəbi UEFA standartlarındakı stadionların tamamilə oturacaqlı olmasıdır. Bugünkü tutumu 81.044 tamaşaçıdır. Stadion tikildiyindən bəri, Real Madrid matçlarının yanaşı, çox əhəmiyyətli beynəlxalq turnirlərə və final matçlarına da ev sahibliyi etmişdir. Metro ilə əlaqəsi olan stadion Madridin iş və ticarət bölgələrindən birində yerləşir.
Futbolçu və əfsanəvi Real Madrid prezidenti Santyaqo Bernabeunun (1895–1978) şərəfinə adlandırılan stadion dünyanın ən məşhur futbol məkanlarından biridir. Stadion UEFA tərəfindən ən yüksək fərqlənmə ilə "Elit Stadion" siyahısındadır. Dörd dəfə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edib: 1957, 1969, 1980, 2010-cu illərdə.
1964 UEFA Avropa Kuboku və 1982 FİFA Dünya Kuboku üçün final oyunları da Bernabeuda keçirildi və bu, həm UEFA Avropa Çempionatının finalına, həm də FIFA Dünya Kubokunun finalına ev sahibliyi edən Avropada ilk stadion oldu.
Tarix | Bacarıq | Yenidən Qurulması | Spesifikasiyalar |
---|---|---|---|
14 dekabr 1947-ci il | 75 145 | Stadionun açılışı | 27 645 oturacaq (7125 yer) və 47 500 ayaq üstə (2000 yer) |
19 iyun 1954-cü il | 125 000 | İlk genişlənmə. Üçüncü amfiteatrın tikintisi | |
1982-ci ilin mayı | 98 776 | 1982 Dünya Kuboku üçün kondisioner | Oturacaq tutumunun yarısı (üçdə ikisi örtülü) |
7 may 1994-cü il | 106 000 | FİFA-nın tədbirləri ilə əlaqədar tutum itkisini kompensasiya etmək üçün tribunaların genişləndirilməsi | |
1997-ci ilin avqustu | 74 328 | UEFA qaydalarına uyğun olaraq tribunaların oturacaqlara uyğunlaşdırılması | Bir tamaşaçı — bir oturacaq |
2006-cı ilin avqustu | 80 354 | Dördüncü amfiteatrın genişləndirilməsi | |
2011-ci ilin avqustu | 81 044 | Birinci amfiteatrın konsolunun uzadılması | |
12 dekabr 2022-ci il | 84 000 | Yeni Bernabeu | Korpusun bağlanması 75 illik yubileyinə təsadüf edir |