Sarı Saltıq | |
---|---|
türk. Sarı Saltuk osman. صارى صالتق | |
Doğum tarixi | XIII əsr |
Vəfat tarixi | ən geci 1298 |
Sarı Saltıq və ya Sarı Saltuq ("sarışın",[1] osman. صارى صالتق; həmçinin Sarı Saltıq Baba və ya Sarı Saltıq Dədə də adlandırılır; XIII əsr – ən geci 1298) — XIII əsr türk ələvi dərvişi. Balkanlarda və Yaxın Şərqin bəzi bölgələrində yaşayan bəktaşi sufi müsəlmanları, eləcə də əsas sünni müsəlman icması tərəfindən övliya kimi ona hörmət edilir.
XIV əsrdə yaşamıış mərakeşli səyyah İbn Bətutəyə görə, Saltuq "vəcd etmiş pərəstişkar" idi, baxmayaraq ki, "onun haqqında ilahi qanunla məzəmmət edilən şeylər deyilir".[2] Müxtəlif mənbələr onu Mahmud Heyraninin[3] və ya Hacı Bektaş Vəlinin[4] şagirdi, ya da Əhməd Rifainin davamçılarından birinin şagirdi hesab edirlər.[5] XVII əsr səyyahı Övliya Çələbinin qeydlərinə görə, onun əsl adı Mehmed olmuş, özü də əslən Buxaradan olmuşdur.[6] XX əsrin əvvəllərində tarixçi Frederik Hazluk onun Krımdan olan tatar tayfasından olduğunu güman etmiş, onun ətrafında formalaşan kultun Dobrucaya gətirildiyini, ardınca bəktaşilər tərəfindən yayıldığını təklif etmişdir.[7]
Sari Saltik, the Bektashi apostle par excellence of Rumeli, seems to have had a similar history. He appears to have been originally the saint of a Tatar tribe in the Crimea, which emigrated to Baba Dagh in Rumania, carrying its cult with it. Developed by the Bektashi, Sari Saltik loses every trace of his real origin and figures as one of the missionary saints sent by Ahmed Yasevi for the conversion of Europe. Hasluck
|