Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Saturn V ("Saturn Beş" kimi oxunur) — ABŞ istehsalı olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş insan daşıya bilən raketdir və 1967 ilə 1973 arasında NASA-nın Apollon və Skylab proqramlarında istifadə edilmişdir. NASA, bu çox mərhələli maye yanacaqla işləyən çox ağır daşıyıcı raketi 13 dəfə Kennedi Kosmik Mərkəzindən — Floridadan heyət və yük itkisi olmadan kosmosa buraxmışdır. Mövcud olan ən uzun, ən ağır və ən güclü raketdir və hələ də ən ağır raket daşıyıcısı tutumu rekordunu əlində saxlayır.
Saturn raket ailəsinin ən böyük istehsal modeli olan Saturn Verner fon Braun və Artur Rudolf adlı şəxslərin rəhbərliyi altında, Alabama ştatının Hantsvill şəhərindəki Marşal Kosmik Uçuş Mərkəzində Boeing, North American Aviation, Douglas Aircraft Company və IBM şirkətlərinin baş podratçılığı ilə dizayn edilmişdir. Von Braunun tərəfindən hazırlanmış dizayn qismən İkinci Dünya Müharibəsi dövründə Hitler Almaniyasında hazırladığı Aggregate seriyası, xüsusilə A-10, A-11 və A-12 modelli raketlərə əsaslanır.
İndiyə qədər Saturn V insanları alçaq yer orbitindən kənarda daşıyan yeganə raket daşıyıcısıdır. 1968-ci ilin dekabr ayından və 1972 dekabr ayına qədərki 4 il ərzində cəmi 24 astronavt (3 astronavtı bir dəfədən çox aparmışdır) aya aparmışdır.
Saturn V raketinin mənşəyi ABŞ-də Prezident Harri Truman tərəfindən 1946-cı ilin sentyabrında qüvvəyə mindirilmiş Kağız sancağı əməliyyatı (Operation Paperclip) çərçivəsində Wernher von Braun başda olmaqla 700 ətrafında Alman aliminin seçilməsi ilə başlamışdır.
3039 ton ağırlığında olan Saturn V 3 təbəqədən ibarətdir. Bu 3 təbəqə 2 növ raket mühərrikindən ibarətdir. F-1 və J-2 adlandırılan bu iki mühərrik ardıcıllıqla 34.02 MN və 4.4 MN itələyici qüvvə təmin edə bilir.
F-1 680 tonluq itələyici qüvvə təmin edir. 8400 kq ağırlığında olan bu mühərrikin baza eni 3,5 m-dən çoxdur. Saniyədə 2,7 ton yanacaq sərf edir. J-2 raket mühərriki, F-1-dən daha kiçikdir, çünki kerosin əvəzinə maye hidrogendən istifadə edir. Çünki hidrogen kerosindən 1/8 dəfə kiçikdir. Digər tərəfdən, verdiyi enerji 75% daha çoxdur.
Saturn V-in ilk 2 təbəqəsi Apollon kosmik gəmisini atmosferdən çıxarmağa xidmət edir, üçüncü təbəqə isə raket Yerin orbitində olduğu zaman onu Aya doğru istiqamətləndirib göndərməkdir. Buna görə III təbəqədə bir duruş nəzarət sistemi mövcuddur. Bu 3 təbəqədən başqa, buraxılış raketi ilə kosmik gəmi arasında diametri 6,6 m və hündürlüyü 1 m olan bir nəqliyyat vasitələri vahidi mövcuddur. Bu bölmə vasitəni müşahidə altında saxlayır, səviyyələrarası nəzarəti təmin edir və məlumatları yığır.
Saturn V-in alovlanması ilə birinci təbəqə gəmini 8850 m/saat həddində bir sürətlə təmin etdikdən sonra gəmini tərk edir və Atlantik okeanına düşür. Daha sonra gəmilər vahidindəki idarəetmə sistemi, gəminin olduğu yer ilə olmalı olduğu yeri müqayisə edərək istiqaməti düzəltmək lazım gələrsə, 2-ci təbəqəyə elektron olaraq istiqamətin dəyişdirilməsi haqqında əmr verir. Gəmi 96 km hündürlükdə olduqda, buraxma — xilasetmə qülləsi, gəminin sürəti 24000 m/saat olduğu zaman isə II təbəqə gəmidən ayrılır. III təbəqə tələb olunan qalan sürəti təmin edir. Bu vaxt idarəetmə sistemi orbitə daxil olmağı təmin edən pəncərəyə daxil olmaq gəmini istiqamətləndirir. Buna nail olduqdan sonra, III təbəqə mühərriki dayandırılır və kosmik gəmi, III təbəqə, nəqliyyat vasitəsi, enerji istehlak etmədən Yerin orbitində gözləyir. Müəyyən olunmuş yol xətti ilə uyğun zamanda III təbəqə mühərriki yenidən alovlanır və Aya getməyə başlanılır. Üçüncü təbəqənin də işi bitdikdən sonra kosmosa buraxılır.