Semiha Berksoy | |
---|---|
türk. Semiha Berksoy | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 may 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 15 avqust 2004[1][2] (94 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Çengelköy qəbiristanlığı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Semiha Berksoy (24 may 1910, İstanbul – 15 avqust 2004[1][2], İstanbul) — Türkiyə opera müğənnisi və rəssamı. Türkiyənin ilk opera müğənnisi sayılır.
İstanbulun Çengelköy kvartalında anadan olmuşdur. Onun anası rəssam idi. Semiha musiqi və təsviri sənət üzrə İstanbul Konservatoriyasında oxumuşdur.[3]
Berksoy aktyorluq karyerasına 1931-ci ildə rejissor "İstanbul sokaklarında" adlı Muhsin Ertuğrulun çəkdiyi ilk səsli türk filmində Semiha rolu ilə başladı. Sonra İstanbul teatrlarında operettalarda oynayırdı. 1934-cü ildə "Özsoy" adlı ilk türk operasında rol aldı. Elə həmin il Almaniya və Portuqaliyada çıxış edərək beynəlxalq debüt etdi. 1939-cu ildə Rixard Ştrausun "Ariadne Naksosda" operasında Ariadne rolunu ifa etməklə o, Avropada çıxış edən ilk Türkiyə opera müğənnisi oldu.[3] 1940-cı ildə Türkiyəyə qayıdan Semiha Berksoy, Karl Ebertin səhnələşdirdiyi Toska və Madam Batterflay operalarında oynamışdır.
1972-ci ildə opera müğənnisi karyerasını başa vurdu, ancaq teatrda oynamağa davam etdi.
1998-ci ildə Dövlət sənətçisi adına layiq görüldü.
15 avqust 2004-cü ildə İstanbulda ürək əməliyyatından sonrakı ağırlaşmadan vəfat etdi.
24 may 2019-cu ildə Google, Semiha Berksoyun anadan olmasının yüz doqquz ilinə doodle həsr etdi.[4]