Serbiya Milli Bankı | |
---|---|
Yerləşməsi | |
Ölkə | |
Ünvan |
Nemanyina 17, Belqrad Serbiya |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 2 iyul 1884 |
Ehtiyatları | 15.38 milyard ABŞ dolları |
Valyuta | Serb dinarı |
Digər məlumatlar | |
Saytı | nbs.rs |
Vikianbarda əlaqəli mediafayllar |
Serbiya Milli Bankı (serb. Народна банка Србије / Narodna banka Srbije) və ya qısaca NBS (serb. НБС) — Serbiya Respublikasının mərkəzi bankı. Əsas mərkəzi Belqrad şəhərində yerləşir. Rəhbəri Yorqovanka Tabakoviçdir. Serb dinarının banknot və metal pullarının yeganə istehsalçısıdır[2]. Hökumətin pul və kredit siyasətindən məsuldur.
Serbiyadakı bütün banklardan üstündür. Serbiya hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, Serbiyanı beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.
Serbiya Milli Bankının əsası 2 iyul 1884-cü ildə qoyulmuşdur.
Birinci dünya müharibəsindən sonra, ölkənin genişlənməsi və Yuqoslaviyanın yaradılması nəticəsində bankda da bir sıra dəyişikliklər baş verdi. Bank serb pul vahidinə bir də 2003-cü ildə döndü; hansı ki, həmin vaxt artıq Yuqoslaviya yox idi.
Yaradıldığı zaman bu qurumun adı Serbiya Krallığının Milli Bankı olsa da, sonradan bir neçə dəfə adı dəyişdirilmişdir. Hazırkı adını 19 iyul 2003-cü ildən daşıyır. Bankın adlandırılmasının xronologiyası aşağıdakı kimidir:
Bank 1884-cü ildə yaradılarkən, onun ilk rəhbəri Aleksa Spasiç olmuşdur.
2003-cü ildə yenidən təşkilindən bəri Serbiya Milli Bankının rəhbərləri aşağıdakılar olmuşdur: