Sesernentlər

Sesernentlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
Sesernentlər
Beynəlxalq elmi adı

Sesernentlər (lat. Secernentea) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan yarımsinif.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Lamisə orqanları yalnız baş kapsulasında papillər şəklində yerləşmişdir. Amfidlər kiçikdir, məsamə şəkillidir, önə çəkilmişdir, çox vaxt isə dodaqlarda olur. Fotoreseptorlar yoxdur. Hipodermanın yan qalınlaşmalarında şaxələnmiş tipdə olan boyun vəzisinin 2 və ya 1 kanalı vardır. Yan hipodermal və quyruq vəziləri yoxdur. Heyvan və bitki parazitlərində, xüsusilə çürüntü mənbələrində yaşayanlarda, kutikiula zəif keçiriciliyi və qoruyucu xassələri ilə fərqlənir. Erkəklərdə çox vaxt bursal qanadlar inkişaf etmiş olur.[2]

Heyvanbitki parazitlərinin əksəriyyəti sesernentlərə məxsusdur. Dənizdə, şirin sularda, nadir hallarda sərbəst yaşayan nematodlardır.[3]

Dünyada 9, Azərbaycanda 2, Qafqazda da 2 növlə təmsil olunmuşdur. Dünyada Almaniya, Ukrayna, Rusiya, Azərbaycanda isə Nohur gölü, Qızılağac qoruğunda yayılmışdır.

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568səh
  3. V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.