Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Sesil Frank Pauell | |
---|---|
ing. C. F. Powell | |
Doğum adı | Cecil Frank Powell |
Doğum tarixi | 5 dekabr 1903[1][2][…] |
Vəfat tarixi | 9 avqust 1969[1][2][…] (66 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | fizika |
İş yeri | |
Təhsili | |
Elmi rəhbərləri | Ernest Rezerford[3], Çarlz Tomson Ris Vilson[3] |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Sesil Frank Pauell (ing. Cecil Frank Powell; 5 dekabr 1903[1][2][…] – 9 avqust 1969[1][2][…], Komo, Lombardiya) — İngilis fiziki, “nüvə proseslərinin öyrənilməsi üçün fotoqrafik metodun işlənib hazırlanmasına və bu üsul vasitəsilə mezonların kəşfinə görə” 1950-ci ildə fizika üzrə Nobel mükafatı laureatı olmuşdur.
Pauell 1903-cü ilin dekabr ayında İngiltərədə anadan olmuşdur. Valideynləri çox kasıb olduğuna baxmayaraq, övladlarına yaxşı təhsil vermişdilər. 1921-ci ildə Pauell Kembric Universitetinin kolleclərinin birində oxuyaraq təqaüd alırdı (müsabiqə əsasında) və həmən universiteti 1925-ci ildə elm sahəsində fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi karyerasına Ernest Ruterfordun rəhbərlik etdiyi Kavendiş Laboratoriyasında başlamışdır. 1928-ci ildə Kembricdə təhsil aldıqdan sonra Pauell Bristol Universitetində yeni fizika laboratoriyasında çalışmağa başlamışdır və karyerasının qalan hissəsini burada keçirmişdir, 1948-ci ildə professor, 1964-cü ildə isə laboratoriya direktoru vəzifəsinə qədər yüksəlmişdir.
Pauell eksperimental işi nəticəsində ağır atomaltı hissəciyi olan pimezonu kəşf etmişdir. Pauellə əməkdaşlıq edənlər Cüzeppe Okkialini, H. Mürxerd və gənc braziliyalı fizik Çesare Lattes idi. Nobel mükafatı ilə yanaşı, Pauell Lomonosov medalına da layiq görünmüşdür.
O, həm də 1955-ci ildə Rassel-Eynşteyn Manifestini imzalayanlardan biri olmuşdur. 1947-ci ildə Pauellin Bristol qrupu kosmik şüalanmada yeni bir hissəciyi müəyyən etmişdir. Pauel digər iki alimlə birlikdə π-mezonunu kəşf etmişdir və bu subnüvə hissəciyinin nüvə reaksiyalarında əmələ gəldiyini və uçuş zamanı tez parçalanaraq µ-mezonunu meydana gətirdiyini göstərmişdir. Kəşf mürəkkəb elmi problemləri həll etmiş və elementar hissəciklər fizikasında yeni dövrün başlamasına kömək etmişdir.
Pauell eksperimental işi nəticəsində ağır atomaltı hissəcik olan pimezonu kəşf etmişdir. Pauellə əməkdaşlıq edənlər Cüzeppe Okkialini, H. Mürxerd və gənc braziliyalı fizik Çesare Lattes idi. Pion, atom nüvəsi nəzəriyyəsində güclü qüvvənin ötürülməsindən məsul olan hissəcik Hideki Yukava tərəfindən 1935-ci ildə proqnozlaşdırmışdır.
Nobel mükafatı ilə yanaşı, Pauell Lomonosov medalına da layiq görünmüşdür. O, həm də 1955-ci ildə Rassel-Eynşteyn Manifestini imzalayanlardan biri olmuşdur. 1947-ci ildə Pauellin Bristol qrupu kosmik şüalanmada yeni bir hissəciyi müəyyən etmişdir. Pauel digər iki alimlə birlikdə π-mezonunu kəşf etdi və bu subnüvə hissəciyinin nüvə reaksiyalarında əmələ gəldiyini və uçuş zamanı tez parçalanaraq µ-mezonunu meydana gətirdiyini göstərmişdir. Kəşf mürəkkəb elmi problemləri həll etdi və elementar hissəciklər fizikasında yeni dövrün başlamasına kömək etmişdir.
Lattes, C. M. G., Muirhead, H., Occhialini, G. P. S. & Powell, C. F. Processes involving charged mesons. Nature, 159, 694—697, (1947).