Sevofluran

Sevofluran
Sevofluran
Sevofluran
Kimyəvi birləşmə
IUPAC 1,1,1,3,3,3-Heksafluoro-2-(fluorometoksi)propan
Brutto-
formul
C4H3F7O 
Mol.
kütlə
200.055 g/mol
CAS 28523-86-6
PubChem 5206
DrugBank DB01236
Təsnifatı
ATK N01AB08
Farmakokinetika
Metabolizm 3-5% qaraciyərdə
Dərman forması
?
İstifadə qaydası
İnhalyasion

Sevofluran fluran qrubundan yeni dövr inhalyasion anestetiklərindən olub, yaxşı hipnotik, lakin zəif analgetik və əzələ relaksasiya təsirə malikdir. Sevofluran demək olar ki, indiki dövrdə cərrahi əməliyyatlarda anesteziya məqsədilə xüsusilə üşaq cərrahiyəsində gniş tətbiq olunmaqdadır. Sələflərindən tez təsirli, bədəndən tez xaric olma, həlim anestesiya effektliliyi, minimal toksikliyi ilə müsbət şəkildə fərqlənir.

Kimyəvi xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

Sevofluran maye kimi sıxlığı 1,52 q/ml olub, qaynama temperaturu 58,5 °C, buxar təzyiqi 20 °C 23,1 kPa-dır[1]. Onun suda həllolma qabiliyyəti çox zəifdir.

Farmakologiyası

[redaktə | mənbəni redaktə et]

Sevofluranın qanın qaz tərkibində yayılma dərəcəsi 0,65-dir. Belə ki, sevofluranın alveol qovucuqlarında 1 həcm faizi, qanda 0,65 həcm faizinə bərabərdir. Sevofluranın yuxuya getmə və yuxudan ayılma qabiliyyəti, alveollardan qana desflurandan fərqli olaraq bir qədər zəif keçmə xüsusiyyəti ilə izah olunur. Onun minimal alviol konsentrasiyası (MAK) 2%-dir. Bununla da o, izoflurandan fərqli olaraq bir qədər zəif potensiyaya malikdir. Sevofluranın üstün cəhəti ondadır ki, nəfəs yolu selikli qişalarına qıcıqlandırıcı təsir etmir və pis qoxulanmır. Bu məqsədlə giriş narkozu qismində istifadəsi məsləhət görülür.

Sevofluranın metobolizm dərəcəsi 3–5% təşkil edir. Heksafluor-2-propanol və qeyri üzvi ftorid onun metobolitlərini təşkil edir. Bu metobolitlər öz növbəsində nefrotoksik təsirə malikdirlər. Digər inhalyasion anestetiklər kimi sevofluran da beyindaxili təzyiqi artırır, eyni zamanda bədxassəli hipertermiyaya səbəb ola bilir.

Əlavə təsirlləi

[redaktə | mənbəni redaktə et]
  • Damargenişləndirici (Vasodilatation)
  • Qan təzyiqi salıcı.
  • Ürək döyüntüsünü artırır.
  • Ürəyin tac damarlarının qan təchizatını aşağı salır.
  • Ürəyin dəqiqəlik həcmini azaldır.
  • Böyrəklərin qan təchizatını aşağı salır.
  • Böyrək filtirasiyasını zəidlədir, nəticə ettibarilə sidik ifrazını aşağı salır.
  1. Rossaint, Werner, Zwissler (Hrsg.): Die Anästhesiologie. Allgemeine und spezielle Anästhesiologie, Schmerztherapie und Intensivmedizin. S. 297–320. Springer, Berlin; 2. Auflage 2008. ISBN 978-3-540-76301-7.