Seylor Venera

Seylor Venera
Seylor Venera "Sailor Moon Crystal" animesindən.
Franşiz(lər)"Seylor Mun", "Codename: Sailor V"
Yayın tarixi"Codename: Sailor V" #1: "Seylor V doğulur!" (1991)
YaradanNaoko Takeuçi
Manqadavar
Animedəvar
Profil
Əsl adıMinako Ayno
İngilis versiyasıMina Ayno
Növüinsan
Cinsiqadın
Doğum tarixi22 oktyabr (Tərəzi)
Yaşı13 ("Code name: Sailor V"), 14-16
Boyu151 sm
Qan qrupuB(III)
Ləqəb(lər)iSeylor V, Şahzadə Venera, Şahzadə Seylor Venera (PGSM)
KomandalarıSeylor döyüşçüləri, Kölgə Qalaktika
Gücləriişığı idarə etmək, manipulyasiya etmək, zəncir və qılıncdan məharətlə istifadə etmək

Seylor Venera (セーラーヴィーナス, Sērā Vīnasu?)Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Minako Ayno (愛野 美奈子, Aino Minako?) olan Seylor Venera Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Minako Aynonun kandzi tərcüməsi "sevgi" (, ai?), "vətəndaş" (, no?), "gözəlik" (, mi?), "necə" (, na?) və "uşaq" (, ko?) şəklindədir.

Minako Ayno Usaqi tərəfindən tapılmış 4-cü və sonuncu Seylor döyüşçüsü olsa da, güclərini əldə edən ilk Seylor döyüşçüsüdür. Gücləri məhəbbət və gözəllik əsasında qurulmuşdur. Manqalardaanimelərdə ən böyük arzusu məşhur kumir olmaqdır.

Minako əvvəlcə Naoko Takeuçinin 1991-ci ildə yaratdığı "Codename: Sailor V" manqasında peyda olmuş və manqanın baş qəhrəmanı olmuşdur. Daha sonra "Gözəl Qoruyucu Seylor Mun" a keçmişdir. Bu manqada"Seylor Mun" un əvvəllərində Minako Seylor Venera deyil, "Venera" sözünün qısaltması ilə əmələ gəlmiş Seylor V (セーラーV, Sērā V?) təxəllüsündən istifadə etmişdir. Seylor Venera həm də Seylor Mars ilə birlikdə "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında yer almışdır.

Minakonun ilk göründüyü manqa "Codename: Sailor V" manqasıdır və bu manqanın aparıcı personajı olmuşdur. Seylor döyüşçüsü simasına ağ pişik Artemisin köməyi ilə qovuşmuşdur. Onun köməyi ilə özünün uzun müddət əvvəl Seylor döyüşçüsü olmuş bədəninin reinkarnasiyası olduğunu xatırlamışdır. Artemis ona başa salmışdır ki, VeneraYer qardaş planetlərdir, demək olar ki, eyni boyda və ağırlıqdadırlar. Buna görə də Yerii düşmənlərindən qorumalıdır. Artemis ona Veneranın orbitində yerləşən Maqellan qalasının ona aid olduğunu bildirmişdir, lakin "Seylor Mun" manqasının sonlarına yaxın bu qala digər Seylor döyüşçülərinə məlum olmamışdır. Manqasının ilk fəslində Seylor Venera məğlub etdiyi gözəl bir düşmənin məsləhətinə uyğun olaraq qırmızı lent taxsa da, bir daha bu görünməmişdir.[1]

Minako atletik, səmimi, romantik, gülərüz və fərasətli qızdır. O, həmçinin ağıllı, incə və zərifdir. "Codename: Sailor V" uğur qazandıqdan sonra Naoko Takeuçi Minako personajını başqa personajlarla birlikdə görünməsini istəmişdir. Usaqini baş qəhrəman etmiş, Minakonu isə Seylor döyüşçülərinin üzvünə çevirmişdir.[2]

Naoko Takeuçi tərəfindən çəkilmiş təsviri.

Sadəcə animedə Minako bir müddət İngiltərədə olmuşdur. İngiltərədə o, Seylor V kimi tanınmışdır. Burada Minako ona bacı kimi təsir göstərən və ona ingilis dilini öyrədən Katarina ilə və sevgi bəslədiyi Alan adlı gənc oğlanla tanış olmuşdur. Bir partlayış nəticəsində Seylor V-nin öldüyü zənn edilmişdir, əslində isə ölməmişdir. Sağ qalan Minako Alan və Katarinanı birlikdə görmüş və onların artıq sevgili olduqlarını fikirləşərək Yaponiyaya qayıtmışdır.[3] Manqaya görə İngiltərə ilə yanaşı Minako YunanıstanÇində də olmuşdur.[4][5]

Seylor döyüşçülərinin digər üzvlərindən fərqli olaraq Minako daha çox döyüşdüyündən ciddi şəxsiyyətə malikdir və bütün diqqətini vəzifəsinə — Seylor Munu qorumağa yönəldir.[6] Seylor döyüşçüləri ilə görüşəndə yalandan (Seylor Mun, Seylor Merkuri, Seylor MarsSeylor Yupiter) onlara axtardıqları şahzadənin o olduğunu demişdir, bunun səbəbi isə əsl şahzadə olan Usaqini qorumaq idi. Hekayənin birinci hissəsində Minakonun digər döyüşçülərdən fərqli olaraq Gümüş Minillik ilə bağlı xatirələrinin daha güclü olduğu vurğulanır.[6] İngilis versiyasında Minako valli görl kimi göstərilmişdir.[7]

Minakonun pişiyi Artemis onunla birlikdə yaşayır və Artemiş Minakonun ən yaxın dostudur. Minako hər iki valideyni ilə birlikdə yaşasa da, "Seylor Mun" seriyasında ailəsindən çox az bəhs edilir. Onun və Usaqinin ailəsi Naoko Takeuitinin ailəsi əsasından yaradılmışdır.[8] Minako hekayənin əvvəllərində Şiban Koen orta məktəbinə getmişdir.[9] Seylor döyüşçülərinin üç üzvü birdən (Usaqi Tskino, Ami MizunoMakoto Kino) eyni məktəbdə təhsil almağa başlayanda Minako da onların məktəbinə keçmişdir.[10] Minakonun voleybola böyük marağı var, bu marağı hələ "Codename: Sailor V" manqasında göstərilmişdir. Hətta bu marağı o qədər böyükdür ki, bir ara Seylor döyüşçülərini tərk edərək peşəkar voleybolçu olmaq istəmişdir.[11] Məktəbin voleybol klubunun üzvüdür.[12] Ən sevdiyi fənn fizikadır, ən az maraq göstərdiyi fənlər riyaziyyatingilis dilidir.[13] Bir müddət İngiltərədə yaşaması ingilis dilini inkişaf etdirmişdir.[3] Epizodların birində bu sahədə Amidən daha güclü olduğu məlum olmuşdur. (Ami Seylor döyüşçülərinin ən ağıllısıdır, IQ səviyyəsi 300-dür.) Həmişə Usaqi Minakodan ona ingilis dilini öyrətməsini xahiş edir.[14]

Minakonun digər böyük sevgisi populyar mədəniyyətədir. Onun ən çox istədiyi şey kumir olmaqdır. Mümkün olduqda kumirlərini təqib edir, onlara qulaq asır, rəqs edir, mahnı oxuyur.[15] Minakonu bəzən "Məhəbbət qoruyucusu" adlandırırlar. Dostlarını əyləndirməyi və onlara məhəbbətlə[16] bağlı məsləhətlər verməyi sevir. Bununla yanaşı Minakonun özünün də eşq təcrübəsi var, amma romantik məqamlarda çoşquludur.[5] Hətta iki dəfə düşmənlərinə vurulmuşdur.[17] Animedə Yaten Kouyu sevir, halbuki Yatenin onunla bağlı pis niyyəti var.[18][19] Manqada əksinə olaraq Yatenin düşmən olmasından şübhələnmiş və Reylə birlikdə Usaqini qorumaq vəzifələrini əsas gətirərək oğlanlara ehtiyac olmadıqlarını bildirmişdilər.[20]

Aspektlər və formalar

[redaktə | mənbəni redaktə et]

Seylor Venera müxtəlif təcəssümlərə, xüsusi bacarıqlara, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində Seylor Venera Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir.

Minako Aynonun Seylor döyüşçüsü şəxsiyyəti Seylor Veneradır. Minakonun döyüşçü geyimi narıncı (yaxalıq, bant, əlcəklərinin dirsək hissəsi, ətək, sırğalar, ayaqqabılar), tünd göy (bant) və sarı (tac daşı və arxa bantı) rənglərindən ibarətdir. Adi vətəndaş formasında ikən qırmızı bant da geyinir. Teleseriallarda isə ancaq döyüşçü olarkən bant görsənir və ortasında qiymətli daş olur. Belində həm də Gözqırpma zənciri adlı silah daşıyır və ondan tez-tez istifadə edir. Seylor Venera başqa ləqəblər də qazanmışdır: Sevgi döyüşçü,[21] Sevgi və Gözəllik döyüşçüsü,[22] Sevgi və Ümid döyüşçüsü,[23] Qayğı döyüşçüsü. Gizli şəxsiyyəti ilə adi vətəndaş forması fərqlənmir, lakin adi formasında güclərindən istifadə edə bilmir.[24]

Yapon dilində Venera planeti "Kinsei" (金星?) adlanır. İlkin mənası "metal" (və ya "qızıl"), ikinci mənası isə "səmavi cisim"dir. Digər döyüşçülərdən fərqli olaraq Seylor Veneranın gücləri planetinin elementi ilə bağlı olmayıb, gözəllik və sevgi üzərində qurulmuşdur. Bunun da səbəbi Veneranın[25] Roma mifologiyasında məhəbbət ilahəsi olmasıdır. Metal onun silah kimi istifadə etdiyi zəncirdə peyda olur.

Şahzadə Serenitini qorumaq vəzifəsində Seylor Venera Seylor döyüşçülərinin de yure lideridir.[9] Bəzən isə Seylor Munun liderliyi altında olur. Manqada Kraliça Berili öldürmək üçün nəzərdə tutulmuş qılınc ona həvalə olunmuşdu.[26]

Seylor döyüşçüləri ilə görüşməzdən qabaq özünü Şahzadə Sereniti kimi maskalamaq üçün Seylor Venera öz geyimini dəyişdirmişdi. Minako alnında aypara simvolu daşıyırdı (sadəcə Seylor V olarkən) və başına saxta kristallı tac taxmışdı.[27] Lakin Usaqinin əsl şahzadə olduğu və kristalın yeri bilinəndən sonra bunlara ehtiyac qalmamışdır.[28] Digər personajlar onu bu halı ilə Şahzadə Seylor Venera adlandırırdılar. Manqada isə Minakonun tacında heç bir kristal yoxdur, sadəcə Usaqinin şahzadə olduğu məlum olana qədər alnında aypara simvolu mövcud olmuşdur.[29]

Seylor Venera böyüdükcə gücləri və bacarıqları da dəyişmiş, buna uyğun olaraq da geyimi dəyişikliklərə uğramışdır. İlk belə hal manqanın 39-cu aktında Venera kristalına toxunduqdan sonra baş vermiş və geyimi Super Seylor Mununkinə bənzəmişdir.[30][31] Lakin özünə yeni ad verməmişdir. Animenin 143-154-cü seriyalarında isə özünü Super Seylor Venera adlandırmışdır. Manqanın 42-ci aktında Əbədi Seylor Munun geyiminə bənzər formaya sahib olmuşdur.[32]

Şahzadə Venera

[redaktə | mənbəni redaktə et]

Gümüş Minillikdə Seylor Venera öz planetinin şahzadəsi olmuşdur. Ay Krallığından əsas vəzifəsi Şahzadə Serenitini qorumaqdır. Venera şahzadəsi kimi Maqellan qalasında yaşayır, sarı geyim geyinir.[33][34] "Codename: Sailor V"də göstərilənə görə ordusunun piyada əsgəri və daha sonra Endimionun xidmətində işləmiş Adonis ona vurulmuşdur. Lakin Adonis yenidən dirildikdən sonra ona qarşı məhəbbətini unutmuş və Qara Agentlik üçün işləməyə başlamışdır.[5]

Naoko Takeuçi onu Qaranlıq Krallıqda Sitennonun lideri olan Kunsaytın qolları arasında təsvir etmişdir. Digər Seylor döyüşçülərinin əksinə olaraq Naoko Takeuçi Seylor Venera ilə Kunsayt arasında belə münasibətlərin mümkünlüyünün olmasını istəyirdi.[35] Bir epizodda Seylor Venera Kunsayt[5][36] ilə sevgi haqqında danışarkən utanmış və həyəcanlı görünmüşdür. "Codename: Sailor V"-nin sonuncu fəslində Minakonun Kunsayta dəlicəsinə vurğun olduğu göstərilmişdir. Sailor Moon Crystal animesində[37]Another Story video oyununda onların Ay Krallığında sevgili olduqları göstərilmişdir.[38]

Minakonun ilk şəxsiyyəti Seylor V olmuşdur və Seylor döyüşçüləri ayılana qədər bu adla döyüşmüşdür. Əsl şahzadəni tapana qədər özünü Şahzadə Sereniti kimi tanıtdırmışdır. Bu adla döyüşərkən başqa geyimdən istifadə etmişdir, qırmızı maska taxmışdır. Seylor döyüşçüləri ayılana qədər onu super qəhrəman hesab etmişlər. Buna görə hekayənin əvvəllərində Usaqi onun fanı olmuşdur. Minako özünü bu müddət ərzində həm də Ədalət döyüşçüsü adlandırmışdı.[1][39] Seylor V Seylor Veneranın qısaldılmış forması idi. Seylor Venera olduqdan sonra Seylor döyüşçüləri bəzən ona sadəcə V deyirlər.[40]

Seylor Venera "Seylor Mun" mediafranşizinə daxil edildisə də, bəzi uyğunsuzluqlar var.[25] Seylor döyüşçülərinin hər biri döyüşərkən öz planetlərinin elementlərindən istifadə edirlər: Seylor Merkuri sudan, Seylor Mars alovdan, Seylor Yupiter isə ildırımdan. Mifologiyaya görə Veneranın elementi metal olsa da, Minako hücum edərkən işıqdan və sevgidən istifadə edir. "Sevgi elementi" Roma mifologiyasında məhəbbət ilahəsi Veneradan qaynaqlanır.[25]

Seylor V-nin döyüşçü geyimi qırmızıgöy rənglərdən, çiyin zirehindən və zolaqlardan ibarətdir. Bununla yanaşı qırmızı maska taxır.[9]

Xüsusi güclər və əşyalar

[redaktə | mənbəni redaktə et]

Minakonun öz səmavi güclərinə qovuşması üçün digər Seylor döyüşçüləri kimi çevrilməsi lazımdır.[24] Çevrilmək üçün xüsusi alətlərindən birini (qələm, qolbənd, kristal və ya nazik çubuq) göyə qaldırır və əsasən "Veneranın gücü, toplan!" sözlərindən istifadə edir. Seylor döyüşçüsünə çevrildikdən sonra Venerain ulduz, planet və kristal güclərinə sahib olur. Teleserialda Seylor Venera öz formasını çamadanda daşıyır, lakin bir anda onu geyinə bilir. Seylor Veneranın əsas hücumu Ay İşığıdır və bu işıqla düşmənlərini məhv edir. Bu işığı isə Aypara pudra qutusundan əldə edir. Bununla yanaşı qoruyucu planeti ilə əlaqələnən gücləri də vardır. Aypara pudra qutusunun enerjisini doldurmaq üçün onu Ay işığına qoymaq lazımdır. Bundan həm də iti atıcı silah kimi istifadə edir. Teleserialda bu bənzəyən Aypara Ay Kəsicisi adlı silahdan istifadə edir. Xüsusi qələmi ilə həm əlaqə yarada, həm də Seylor Veneraya çevrilə bilir.

Animedə də Seylor Veneranın əsas gücü Ay İşığıdır, amma burada hansısa əşyadan istifadə etmir. Manqada Fırlanan Ürək Vibrasiyası adlı gücə də sahibdir. Bu gücü teleseriallarda ancaq bir dəfə görünmüşdür. Seylor Veneranın istifadə etdiyi ilk güc isə Venera Sev Məni Zənciridir. Bu gücündən istifadə etmək üçün belində xüsusi zəncir gəzdirir. Manqanın 24-cü aktında Venera Gözqırpma Zəncir Qılıncı gücünə, animenin 102-ci seriyasında isə Sev Məni Ay Zənciri gücünə malik olmuşdur.

Super Seylor Venera olduqdan sonra ən güclü gücü olan Venera Sevgi və Gözəllik Şoku gücünü əldə etmişdir. Teleserialda Artemis ona qavala bənzər silah (Seylor Ulduz Qavalı) vermişdir.

  1. 1 2 Takeuchi, Naoko. Vol. 1 // Codename: Sailor V vol. 1. Kodansha. August 1991. ISBN 4-06-322801-0.
  2. Takeuchi, Naoko. Afterword Punch // Pretty Guardian Sailor Moon shinzōban vol. 3. Kodansha. October 23, 2003. ISBN 4-06-334783-4.
  3. 1 2 Sailor Venus' Past, Minako's Tragic Love // Sailor Moon. Series 1. 42 epizod. February 6, 1992. Toei. Asahi.
  4. Takeuchi, Naoko. Vol. 7 Sailor V's vacation / The Hawaiian Plot! // Codename: Sailor V vol. 2. Kodansha. September 22, 1994. ISBN 4-06-322810-X.
  5. 1 2 3 4 Takeuchi, Naoko. Vol. 15 - A New Journey Begins // Codename: Sailor V vol. 3. Kodansha. November 6, 1997. ISBN 4-06-322834-7.
  6. 1 2 Takeuchi, Naoko. Act 8 // Pretty Soldier Sailor Moon volume. Kodansha. September 6, 1992. ISBN 4-06-178731-4.
  7. "Episode 100". Sailor Moon Uncensored. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-29. "Episode 127". Sailor Moon Uncensored. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-29.
  8. Takeuchi, Naoko. Act 15 // Pretty Soldier Sailor Moon vol. 4. Kodansha. July 6, 1993. ISBN 4-06-178753-5.
  9. 1 2 3 Takeuchi, Naoko. Materials Collection. Kodansha. September 1999. səh. 12. ISBN 4-06-324521-7.
  10. Takeuchi, Naoko. Act 34 // Pretty Soldier Sailor Moon vol. 12. Kodansha. September 6, 1995. ISBN 4-06-178814-0.
  11. Retire from the Sailor Soldier!? Minako's Concerns // Sailor Moon. Series 3. 100 epizod. June 25, 1994. Toei. Asahi.
  12. Takeuchi, Naoko. Act 43 // Pretty Soldier Sailor Moon vol. 16. Kodansha. September 6, 1996. ISBN 4-06-178841-8.
  13. Takeuchi, Naoko. Back of volume // Pretty Soldier Sailor Moon vol. 10. Kodansha. June 6, 1995. ISBN 4-06-178806-X.
  14. Usagi's Dance, In Time to a Waltz // Sailor Moon. Series 3. 108 epizod. September 17, 1994. Toei. Asahi.
  15. Manga: Takeuchi, Naoko. Act 38 // Pretty Soldier Sailor Moon vol. 13. Kodansha. ISBN 4-06-178820-5. Anime: Crazy for Celebrities! Mimet, in Doubt // Sailor Moon. Series 3. 114 epizod. November 19, 1994. Toei. Asahi.
  16. "Sailor Venus: Ai no Megami no How to Love." CD single. CODC-1086/1996.12.21
  17. Storm of Love! Minako's Grand Two-Timing Plan // Sailor Moon. Series 4. 141 epizod. July 8, 1995. Toei. Asahi.
  18. Luna Saw It!? Idol Yaten's True Face // Sailor Moon. Series 5. 178 epizod. June 22, 1996. Toei. Asahi.
  19. Brenner, Robin E. Understanding Manga and Anime. Libraries Unlimited. 2007. səh. 52. ISBN 978-1-59158-332-5.
  20. Takeuchi, Naoko. Act 45 // Pretty Soldier Sailor Moon vol. 16. Kodansha. September 6, 1996. ISBN 4-06-178841-8.
  21. Takeuchi, Naoko. Act 23 // Pretty Soldier Sailor Moon vol. 7. Kodansha. July 6, 1994. ISBN 4-06-178781-0.
  22. Pretty Guardian Sailor Moon Act 17
  23. Super Revue Musical Show in 2001
  24. 1 2 Allison, Anne. "A Challenge to Hollywood? Japanese Character Goods Hit the US". Japanese Studies. Routledge. 20 (1). 2000: 67–88. doi:10.1080/10371390050009075.
  25. 1 2 3 Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 286. ISBN 1-880656-72-8. OCLC 50898281.
  26. Takeuchi, Naoko. Act 12 // Pretty Soldier Sailor Moon vol. 3. Kodansha. April 6, 1993. ISBN 4-06-178744-6.
  27. Pretty Guardian Sailor Moon, Act 12.
  28. Pretty Guardian Sailor Moon Act 20
  29. Takeuchi, Naoko. Act 9 // Pretty Soldier Sailor Moon vol. Kodansha. September 6, 1992. ISBN 4-06-178731-4.
  30. Takeuchi, Naoko. Act 39 // Pretty Soldier Sailor Moon vol. 13. Kodansha. ISBN 4-06-178820-5.
  31. Doi, Hitoshi. "Bishoujo Senshi Sailor Moon Supers Episode 154". 2008-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-24.
  32. Takeuchi, Naoko. Act 42 // Pretty Soldier Sailor Moon vol. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  33. Takeuchi, Naoko. Act 41 // Pretty Soldier Sailor Moon vol. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  34. Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon Volume IV Original Picture Collection. Kodansha. September 1996. ISBN 4-06-324519-5.
  35. Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon Volume I Original Picture Collection. Kodansha. August 1994. ISBN 4-06-324507-1.
  36. Takeuchi, Naoko. Act 13 // Pretty Soldier Sailor Moon vol. 4. Kodansha. July 6, 1993. ISBN 4-06-178753-5.
  37. Sailor Moon Crystal act #12 "Enemy –Queen Metalia"
  38. Angel. Pretty Soldier Sailor Moon: Another Story (Japanese). Super Famicom. Angel. September 22, 1995.
  39. Takeuchi, Naoko. Vol. 1 The Birth of Sailor V! // Codename: Sailor V 1. Translated and adapted by William Flanagan. Kodansha Comics. 2011. səh. 34. ISBN 978-1-935429-77-7.
  40. Minako: Codename: Sailor V! Sailor Venus has arrived! Volume 6, among others.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]