Seymur Peypert

Seymur Peypert
ing. Seymour Papert
Doğum tarixi 29 fevral 1928(1928-02-29)[1]
Doğum yeri
Vəfat tarixi 31 iyul 2016(2016-07-31)[2][3][…] (88 yaşında)
Elm sahəsi koqnitiv elm
Elmi dərəcəsi
İş yeri
Təhsili
Elmi rəhbərləri Jan Piaje
papert.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seymur Peypert (ing. Seymour Aubrey Papert; 29 fevral 1928[1], Pretoriya[4]31 iyul 2016[2][3][…]) — dünyada riyaziyyat, süni intellekt və təhsil üzrə kompüterdən istifadə sahəsində işlərinə görə görkəmli alim.

Seymur Peypert 29 fevral 1928-ci ildə Cənubi Afrika Birliyinin Pretoriya şəhərində anadan olmuşdur.

Hələ məktəb illərində ikən, o zaman mövcud olmuş ayrı-seçkilik rejiminə qarşı çıxışlarda iştirak edərək coşqun siyasi hadisələrə qatılır. Bir müddət CAR Kommunist Partiyasına qoşulur, ancaq tezliklə siyasi proseslərdə iştirakdan imtina edir.

O, siyasətdən əlavə, riyaziyyat və fəlsəfə ilə maraqlanırdı. Peypert Kembric Universitetində riyaziyyat ixtisası üzrə təhsil alır. Sonra isə Parisə köçərək bir müddət orada yaşayır.

1958-ci ildən 1963-cü ilə qədər Seymur Peypert Cenevrə Universitetində Jan Piaje ilə işləyir. Sonradan bu haqda Peypert belə deyir:

"Bu 50-ci illərin sonu idi. Riyaziyyata dərin istəyimə baxmayaraq, mən yenə də fəlsəfə ilə maraqlanırdım. Hansısa bir dərin suallara cavabların axtarışları məni Jan Piajenin yanına gətirib çıxardı".

Məhz bu əməkdaşlıq onu uşaqların təlimi problemini anlaması üçün riyaziyyatdan istifadə ideyasına gətirib çıxardır.

Daha sonra o, Avropadan ABŞ-yə köçür. Kibernetikanın və kompüterlərin urbanistik dünyasında Seymur Peypert yazır:

"1964-cü ildə mən dünyamı başqa bir dünya ilə əvəz etdim. Əvvəl beş ildə İsveçrədə Alp kəndində yaşayırdım və Jan Piaje ilə birlikdə işləyirdim. Uşaqlar mənim diqqətimin predmeti idilər, onların düşüncə tərzi mənim üçün çox maraqlı idi. Mən Massaçusets Texnologiya İnstitutuna - kibernetikanın və kompüterlərin urbanistik dünyasına gəldim. Əvvəlki düşüncələrim məni tərk etməmişdi, lakin indi süni intellekt problemi məni daha çox maraqlandırırdı".

O, Massaçusets Texnologiya İnstitutunda riyaziyyat üzrə professor işləyir və Marvin Minski ilə birlikdə Süni İntellekt Laboratoriyasını təşkil edir. 1970-ci ildə Seymur Peypert Marvin Minski ilə birlikdə süni neyron şəbəkələri sahəsində sonrakı hazırlamalar üçün fundamental iş olan "Perseptronlar" kitabını nəşr etdirir.[7] Kitabda həmin dövrdə həyata keçirilən süni intellekt istiqaməti üzrə neyromodel tədqiqatlarının tənqidi analizi verilmişdi. Peypertin Marvin Minski ilə yazdığı digər əsər "Süni intellekt" (1972) adlanırdı.[7]

Paralel olaraq o, kompüterlərin köməyi ilə uşaqların təlimi problemlərlə məşğul olan tədqiqatçılar qrupuna rəhbərlik edirdi. Məhz bu illərdə Seymur Peypert və onun həmkarı daha yaxşı anlayır ki, kompüter ən yaxşı qrafikaya və elastik proqramlaşdırma dilinə malik olmalıdır. Peypert yazırdı:

"1967-ci ildə Massaçusets Texnologiya İnstitutunda rəsmən Uşaq laboratoriyası təşkil edilmişdi. Mən uşaqlara əlçatan ola bilən proqramlaşdırma dilinin yaradılması haqqında düşünməyə başladım".

Seymur Peypertin gərgin əməyi sayəsində bu dil yaradıldı: onu "Logo" adlandırdılar. Bununla yanaşı, Marvin Minski ilə birlikdə Logo dilində ilk "tısbağanı" hazırlayırlar.[7]

Hazırda "Logo" proqramlaşdırmanın ilkin təlimi vaxtı geniş tətbiq edilir.

Qrafik rəsmi

Bir sıra nüfuzlu mükafatlarla təltif olunub Seymur Peypertin təhsil və informasiya texnologiyaları sahəsindəki fəaliyyəti çoxsaylı mükafatlarla qiymətləndirilmişdir.

Belə ki, görkəmli alim Beynəlxalq Markoni mükafatı daxil olmaqla, Riyazi Təminat üzrə Naşirlər Assosiasiyasının, həmçinin təlimdə liderlik üzrə Smitsonian Kompüter Dünyası və digər nüfuzlu təşkilatların mükafatlarına layiq görülmüşdür.

Seymur Peypert Marvin Minski ilə birlikdə yazdığı kitabdan əlavə, "Şüurda çevriliş: uşaqlar, kompüterlər və məhsuldar ideyalar" (1980), "Uşaqlar üçün maşın: kompüter əsrində yeni düşüncəli məktəb" (1992) kitablarının və riyaziyyat, süni intellekt, təhsil və məntiq sahəsində çoxsaylı məqalələrin müəllifidir.

O, 1988-ci ildə təlim üzrə tədqiqatların LEGO-professoru adlandırılıb və onun üçün xüsusi olaraq kafedra yaradılmışdır.

Seçilmiş biblioqrafiyası

[redaktə | vikimətni redaktə et]
Kitabları
  • Counter-free automata, 1971, ISBN 0-262-13076-9
  • Perceptrons, (with Marvin Minsky), MIT Press, 1969 (Enlarged edition, 1988), ISBN 0-262-63111-3
  • Mindstorms: Children, Computers, and Powerful Ideas, 1980, ISBN 0-465-04674-6
  • Papert, S. & Harel, I. (eds). (1991) Constructionism: research reports and essays 1985 - 1990 by the Epistemology and Learning Research Group, the Media Lab, Massachusetts Institute of Technology, Ablex Pub. Corp, Norwood, NJ.
  • The Children's Machine: Rethinking School in the Age of the Computer, 1993, ISBN 0-465-01063-6
  • The Connected Family: Bridging the Digital Generation Gap, 1996, ISBN 1-56352-335-3
  1. 1 2 Ellison N. Seymour Papert // Encyclopædia Britannica (ing.).
  2. 1 2 http://www.ohmygeek.net/2016/08/01/murio-creador-de-logo/.
  3. 1 2 https://www.media.mit.edu/people/in-memory/papert.
  4. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #136174604 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 3 4 5 6 In Memory: Seymour Papert.
  6. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  7. 1 2 3 Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 21 (768), 7 iyun 2013, səh. 27.  (az.)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]