Sezar amanitası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Şöbə: Yarımşöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: Növ: Sezar amanitası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Amanita caesarea (lat. Amanita caesarea) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin amanitaceae fəsiləsinin amanita cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
Meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari, ağ örtüyə malikdir. Yetişdikdə yuxarı hissədə partlayır və papaqcıq xaricə çıxaraq böyüyür. Papaqcıq 10-15 sm diametrindədir, sıx, lətlidir, yarımdairəvi, sonradan bir qədər qabarıq, alov və ya çəhrayımtıl-qırmızı rənglidir, səthində tez qopan ağ, iri ziyilləri vardır, kənarları zolaqlıdır. Lövhələri sıx, oxralı sarı, quruyanda solğunlaşandır. Ayaqcıq 8-15 x 1.5-2 sm, oxralı-sarı, silindirik, əsası şişkindir, volva ağ, torbaya bənzərdir, ağ rəngli, sərbəst, kənarı dilimlidir. Ayaqcıqda olan halqa enli, sallanmış, üstü hamar, altı zolaqlı, sarımtıldır. Yeməlidir.
Simbiotrofdur, Quercus və Carpinus cinslərinin növləri ilə mikoriza əmələ gətirir. Oktyabr –noyabr aylarında palıd-vələsli meşələrdə rast gəlinir.
Hirkan meşələrində, Lənkəran, Astara ərazisidir.
Populyasiyasıyanın sayı azdır.
İqlim şəraitinə və torpağınkimyəvi tərkibinə yüksək seçici tələbkarlıqdır.
Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Populyasiyanın vəziyyəti nəzarət altında saxlanmalıdır. Göbələyin biologiyası və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.