Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Sifonoforlar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Tip: Yarımtip: Sinif: Yarımsinif: Dəstə: Sifonoforlar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sifonoforlar (lat. Siphonophorae) — heyvanlar aləminin dalayıcılar tipinin hidroidlər sinfinə aid heyvan dəstəsi.
Olçüləri 1 sm-dən 3 m-dək olur. Bədəni rəngsiz və şəffafdır. Bəziləri əlvandır. Sifonoforlar polimorf koloniyalar əmələ gətirir. Koloniyanın fərdləri xüsusi gövdə üzərində yerləşir. Gövdənin təpə hissəsində çox zaman üzmə qovuğu və ya pnevmatofor olur. Onun içərisi qazla (əsasən, azot qazı) dolu olub koloniyanı suda şaquli istiqamətdə saxlamağa kömək edir. Bəzi sifonoforlarda (lat. Physalia) üzmə qovuğu sudan kənara çıxır və yelkən vəzifəsi daşıyır. Cinsi yolla çoxalır. Sərbəst üzən sürfəsi (planula) tumurcuqlanmaqla cavan koloniya əmələ gətirir. 250 növü tropik dənizlərdə yaşayır. Bəzi iri tropik sifonoforlar, məsələn, uzunluğu 10 m-ə çatan Fizaliya adlanan Physalia physalis insan üçün təhlükəlidir.