Sinqapur Texnologiya İnstitutu | |
---|---|
1°17′25″ şm. e. 103°50′56″ ş. u.HGYO | |
Əsası qoyulub | 2009 |
Ölkə | |
Sayt | singaporetech.edu.sg |
Sinqapur Texnologiya İnstitutu (STİ) — Sinqapurda ictimai muxtar universitet.[1] Universitet təlim proqramlarını, öz dərəcə proqramlarını, eləcə də xarici universitetlərlə ixtisaslaşdırılmış dərəcə proqramlarını təklif edir.[2]
2005-ci ildə Sinqapur Təhsil Nazirliyi "Politexnik Xarici İxtisas Müəssisələri" təşəbbüsünü irəli sürdü. Onun məqsədi Sinqapurun iqtisadi inkişafını dəstəkləyən niş sahələrdə dərəcə proqramları təklif etmək üçün xarici universitetlərlə əməkdaşlıq etməyə təşviq etmək idi.[3] Hökumət Sinqapura xaricdən universitet tərəfdaşlarını cəlb edən institutun yaradılmasını dəstəklədi.[4]
2009-cu ildə universitet STİ-nin o vaxtkı prezidenti Tan Çin Tionq tərəfindən təsis edilmişdir. O, əvvəllər Sinqapur İdarəetmə Universitetinin sədr müavini olmuşdur.
2014-cü ildə Sinqapur Parlamenti universitetə muxtariyyət statusu və öz dərəcələrini icazə verən qanun layihəsi qəbul etdi. SİT öz imkanlarını inkişaf etdirmək və SİT adından yeni tətbiq olunan dərəcələr təklif etmək üçün xarici universitetlərlə əməkdaşlıq edəcək. Universitetdən həmçinin Sinqapurun iqtisadiyyatında və cəmiyyətində baş verən hadisələrə uyğun olaraq öz proqramlarını daim yeniləmək tələb olunur.[5][6]
Universitet 5 yerli Politexnik, NUS Liseyi, 2 yerli İncəsənət İnstitutu,[7][8] A səviyyələri və Beynəlxalq Bakalavr (IB) kvalifikasiyaları diplomları olan abituriyentləri qəbul edir. SAT balları da nəzərə alınır. Yetkin tələbələr də qəbul üçün müraciət edə bilərlər. Qiymətlərə əlavə olaraq, abituriyentlər təcrübə, əməkdaşlıq və dərəcə proqramlarına həvəs və bilik əsasında qəbul edilir.[9]
2017-ci ildə 41 dərəcə proqramı üzrə 2600 yer uğrunda 14 000 abituriyent mübarizə aparıb.[10]
Mühəndislik:
Davamlı İnfrastruktur Mühəndisliyi (Torpaq və tikinti xidmətləri) üzrə mühəndislik bakalavr və Mühəndislik texnologiyası magistri (MEngTech) dərəcələri 2014-15 tədris ilindən təklif olunur.[12]
İnfokommunikasiya texnologiyaları: İnformasiya və Kommunikasiya Texnologiyaları (İnformasiya Təhlükəsizliyi/Proqram Mühəndisliyi) üzrə mühəndislik bakalavr (Hons) dərəcəsi 2014-15 tədris ilindən təklif olunur.[13]
2014-15-ci tədris ilindən Mühasibatlıq üzrə bakalavr proqramı təklif edilmişdir.[14] [15]
Xarici universitetlərlə STİ tərəfdaşları aşağıdakı proqramları birgə təklif edirlər:[16]
Tərəfdaş Universitetlər | 2021 Dünya Reytinqləri | Tərəfdaş Universitetin ölkəsi | Proqramları | ||
---|---|---|---|---|---|
Tam adı | Qıs. | Times Higher Education Dünya universitet reytinqləri 2021 | Qlobal dünya reytinqi 2021 | ||
DigiPen Texnologiya İnstitutu | DigiPen | ABŞ | Kompüter Elmləri və Oyun Dizaynı — bakalavr
Real Zamanlı İnteraktiv Simulyasiyada Kompüter Elmləri — bakalavr Rəqəmsal İncəsənət və Animasiya İstifadəçi Təcrübəsi və Oyun Dizaynı — bakalavr İstifadəçi Təcrübəsi və Oyun Dizaynı — bakalavr | ||
Nyukasl Universiteti | NU | Qlobal miqyasda 178-ci[17] | Qlobal miqyasda 152-ci[18] | İngiltərə | Elektrik Enerjisi Mühəndisliyi
Mexanika Dizayn və İstehsalat Mühəndisliyi |
Münxen Texniki Universiteti | MTU | Qlobal miqyasda 43-cü[19] | Qlobal miqyasda 50-ci[20] | Almaniya | Elektronika və Məlumat Mühəndisliyi[21]
Kimya mühəndisliyi[22] |
Amerika Kulinariya İnstitutu | AKİ | ABŞ | Qida Biznesinin İdarə Edilməsi
Qida Biznesinin İdarə Edilməsi (Kulinariya sənəti) | ||
Qlazqo İncəsənət Məktəbi | QİM | Şotlandiya | Rabitə dizaynı — bakalavr
İnteryer dizaynı — bakalavr | ||
Dublin Triniti Kolleci | – | Qlobal miqyasda 155-ci[23] | Qlobal miqyasda 101-ci[24] | İrlandiya | Diaqnostik Radioqrafiya
Fizioterapiya Peşə terapiyası Radiasiya terapiyası |
Qlazqo Universiteti | Glas | Qlobal miqyasda 92-ci[23] | Qlobal miqyasda 77-ci[24] | Şotlandiya | Aerokosmik Mühəndislik
İnşaat Mühəndisliyi İnformatika — bakalavr Mexanika Mühəndisliyi Tibb bacısı |
Liverpul Universiteti | – | Qlobal miqyasda 163-cü[23] | Qlobal miqyasda 181-ci[24] | İngiltərə | Kriminologiya və Təhlükəsizlik |
Massey Universiteti | – | Qlobal miqyasda 284-cü yer[24] | Yeni Zelandiya | Qida Texnologiyası |
Hazırda STİ-da 6 Araşdırma mərkəzləri və 4 İnnovasiya mərkəzi var.
STİ-un 2024-cü ildə yeni açılmış kampusu 12.000 tələbəni qəbul edə biləcək.[25] Punqqoldakı yeni kampus iki əsas ərazidən ibarətdir - Kampus Heart və Kampus Kourt.[26] Kampusun 10 binası var. Həmçinin institutun Sinqapurun başqa universitetləridə kampusları var.[27]